Evdəki zibil iyini aradan qaldırmağın SADƏ YOLU

Evdəki zibil iyini aradan qaldırmağın SADƏ YOLULimon təkcə bir qida deyil. Onun həm də təmizləyici gücə malik olduğunu bilirdinizmi? Mətbəxlərin əvəzedilməzi olan limon ev işlərində də hər dərdə dərmandır.

BiG.AZ aile.lent.az-a istinadən limonu təmizləyici kimi istifadə edə biləcəyiniz sahələrlə sizi tanış edir.

Kəsmə taxtalarından ləkələri yox edir

Mətbəxdə kəsmə taxtalarında qalan yemək ləkəsi və qoxuların getməsi üçün bir limonu ortadan ikiyə bölün, taxtanın üstünə yaxşıca sürtün. Daha güclü təmizliyə ehtiyac varsa, əvvəl kəsmə taxtasına duz və ya karbonat səpin. Sonra isə limonu sürtün. Ləkələr çox inadkardırsa, duz-karbonat-limon sürtüb gecə boyu durulamadan eləcə saxlayın.

Zibil qoxusunu aradan qaldırın

Pis, iylənmiş, çürümüş qoxuları yox etmək üçün limon qabığı ilə soyuq suya ehtiyacınız var. Limon qabıqlarıyla qoxunun olduğu yeri yaxşıca ovaladıqdan sonra soyuq su ilə təmizləyin.

Geyimlərinizdəki ləkələri asanca çıxarın

Limon suyu duzla birləşdikdə paltarlardakı ləkələrə sanki meydan oxuyur. Siz sadəcə olaraq limon suyu-duz qarışığını ləkənin üstünə töküb yarım saata qədər saxlayın. Sonra bu qarışığı sirkə və isti su ilə yaxalayın.

Mikrodalğalı sobanı yağdan təmizləyin

Mikrodalğalı sobanın həm gözəl qoxuması, həm də tərtəmiz olmasını istəyirsinizsə, bir qabın içərisinə bir stəkan su, yumru-yumru doğranmış limon tökün, sobanın şüşəsi buxarlanana qədər istilədin. Qapağı açmadan bu limonlu iksiri 15 dəqiqə içəridə saxlayın ki, mikrodalğalı sobadakı kir və yağı daha asan təmizlənsin.

Sarı metal əşyalarındakı qaralmış ləkələri təmizləyir

Qaralmış və ləkəli yerlərə duz səpin və limon suyu ilə isladılmış süngərin köməyi ilə yüngülcə ovun. Suyla duruladıqdan sonra da yaxşıca qurudun.

Pas ləkələrindən xilas olun

Parça, toxunma və digər geyimlərdəki pas ləkələrindən xilas olmaq üçün limon suyu ilə su qarışığından istifadə edin. Quruyana qədər günəşdə saxlayın. Ləkə qalıbsa, eyni üsulu yenidən tətbiq edin.

Hamamda saralmış yerləri parıldadın

Kran, sink boruları və vanna otağının digər hissələrinə yığılmış mineral qalıqlarını yox etmək və parlatmaq üçün bir limonu ortadan ikiyə bölün. Qalıqların olduğu yerlərə sürtün, yaxşıca duruladıqdan sonra qurulayın.

T-sörtlərdəki tər ləkələrini aparır

Çətin gedən ləkələrlə mübarizə aparmaq artıq çətin deyil. Məsələn, t-şörtünüzdəki tər ləkəsini aparmaq üçün paltaryuyan maşına atmazdan əvvəl limon suyu və ya sirkəylə ləkələri ovmaq faydalı olacaq.

Yabanı otları bağınızdan təmizləyin

Yabanı, arzuedilməz otları bağınızdan uzaq tutmaq istəyirsinizsə, limon suyu püskürdün. Yalnız yetişdirdiyiniz bitkilərdən uzaq yerlərə sıxmalısınız. Yoxsa limonun turşusu çiçək və qönçələrə zərər verər, hətta məhv edər.

Evinizdəki qoxuyla mübarizə aparın

Evinizdəki kəskin qoxunu aradan qaldırmaq üçün kiçik qazanda limon dilimləri ilə suyu qaynadın. İstəsəniz, gözəl qoxu qatan başqa vasitələri də bu qarışığa əlavə edə bilərsiniz. Evinizdən gözəl qoxu gələcək və özünüzü sanki limon ağacları ilə dolu bağçada hiss edəcəksiniz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2047   Tarix: 13 dekabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19.04.2024 575
.

"Efirdə qısa geyinməyi yaraşdırmıram"

Aparıcı Xoşqədəm Hidayətqızı qısa geyinən aparıcılardan danışıb. Axşam.az xəbər verir ki, o, bu haqda sosial şəbəkədə canlı yayımda danışıb. Hidayətqızı bildirib ki, efirdə qısa geyinməyi aparıcıya yaraşdırmır:. "Efirdə qısa, açıq geyinmək. Qonağım geyinə bilər. Amma mən aparıcı, junalist olara

12:16 0
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19.04.2024 315
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19.04.2024 376
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

19.04.2024 980
.

Faktiki hava açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Göygöl, Gədəbəy, Şahdağ, Daşkəsən, Xınalıqda şimşək çaxır, arabir yağış yağır. Saat 16:14 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb

19.04.2024 310
.

Əməkdar artist vəfat etdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko vəfat edib. Axşam.az xəbər verir ki, bu barədə teatr feysbuk səhifəsində paylaşım edib. Sənətçi 48 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb

11:19 142
.

Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu

Kral II Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib. Məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlə

19.04.2024 235
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

19.04.2024 982