"50 manat əlil pensiyası ilə dolanmaq çox çətindir" - Deputat

"50 manat əlil pensiyası ilə dolanmaq çox çətindir" - DeputatElmira Axundova: "Günlərlə əlimizdəki pulu valyutaya dəyişmək istəyirik, amma tapa bilmirik"

Milli Məclisin iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı deputat Elmira Axundova çıxış edib.

"Keçən illərdəki uğurlu nəticələri əldə etmək üçün Azərbaycan iqtisadiyyatının qarşısında cənab Prezident tərəfindən qeyri-neft sahələrinin inkişafı, məşğulluq və gəlir səviyyəsinin artımı, iqtisadiyyatda səmərəliliyin və rəqabətliliyin artımı kimi əsas məqsədlər qoyulub. Bu baxımdan deputatlara təqdim edilən büdcə layihəsi bütün gələcək mümkün risk və problemləri nəzərə alan, balanslaşdırılmış və yüksək professionallıqla hazırlanmış bir sənəddir. Layihəni hazırlayan hökumət nümayəndələri böyük iş görüblər. Layihənin lehinə səs verəcəyəm. Bununla bərabər bəzi təkliflərimi səsləndirmək istəyirəm".

E.Axundova xatırladıb ki, bu yaxınlarda Prezidentin sərəncamı ilə ölkəyə idxal olunan bir sıra malların, qida, tikinti və s. məhsulların gömrük rüsumları artırıldı. Bu addım əhalinin yerli mallara üz tutmasına, daxili istehsalın artmasına xidmət etməlidir.

"Bununla belə hələ ki qiymətlərə nəzarət mexanizmi güclü deyil. Artıq bir çox yerli malların qiyməti süni şəkildə artırılıb. Bu da əhalinin narazılığına səbəb olur. Çünki əgər 1-2 ayda ərzaq qiymətləri 25-30 faiz artıbsa, bu vaxt ərzində insanların gəlirləri yaxşı halda 10-15 faiz artıb. Ona görə bu uyğunsuzluğu aradan götürmək hökumətin əsas vəzifələrindən biridir.

İkincisi, biz yerli kənd təsərrüfatı malları istehsalının artmasını istəyiriksə, bir sıra məsələləri diqqətdə saxlamalıyıq. İlk öncə qeyd edim ki, respublikada bir çox torpaqlar əkilmir. Məsələn, Masallıda 9 min ha münbit torpaq hələ ki istifadəsiz qalmaqdadır. Səbəblər çoxdur, amma ən birincisi suvarma çətinliyidir. Arzu edərdim ki, meliorasiya və suvarma işləri gələn il daha sürətlə həyata keçirilsin".

Elmira Axundova digər məsələ kimi tədarük mərkəzlərindən danışıb: "Belə ki, əgər tədarük mərkəzləri bütün rayonlar üzrə yaradılsa, kəndli məhsul istehsal etməkdən çəkinməyəcək. Bu il mövsümün qızğın vaxtında pomidorun yeşiyi 30 qəpiyə satılıb, təqribən 1 kilosu 3 qəpiyə. Axı bu qiymətə pomidor satan hansı kəndli növbəti il məhsul becərər. Bundan əlavə təklif edərdim ki, dövlət ehtiyacları üçün, məsələn, Müdafiə Nazirliyi, qida və kənd təsərrüfatı məhsulların alınması ilə bağlı tenderlər elan olunarkən yerli malların alınmasına üstünlük verilsin.

Digər bir təklifim ixrac edilən kənd təsərrüfatı məhsulları ilə bağlıdır. Yaxşı olardı ki, bir çox ölkələrdə olduğu kimi kənd təsərrüfatı malları ixrac edildikdə, ixrac edilən məhsulun ümumi məbləğinin 5 faizi qədər vəsait dövlət tərəfindən sahibkara geri qaytarılsın. Bu həm ixracı stimullaşdıracaq, həm sahibkara imkan verəcək ki, malı xarici ölkədə daha ucuz qiymətə və qısa müddətə satsın, ölkəyə valyuta axını təmin olunsun. Lakin cənab Prezident dediyi görə bu prosesə də ciddi nəzarət olunmalıdır".

Deputat respublikada növbəti geniş özəlləşdirmə mərhələsinin başladığına diqqət çəkərək, bu prosesə fərqli baxışı olduğunu söyləyib: "Özəlləşdirmə labüddür, çünki bəzi dövlət müəssisə və səhiyyə ocaqlarının səmərəliliyi istənilən qədər deyil və onların saxlanılması dövlət üçün böyük maliyyə yüküdür. Bu baxımdan mən onların özəlləşdirilməsinin tərəfdarıyam. O şərtlə ki, tibbi sığorta tam gücü ilə işə salınsın və özəlləşmə lazımi şərtlərlə aparılsın. Məsələn, özəlləşən müəssisənin işçiləri ixtisar olunmasın, müəssisənin profili dəyişdirilməsin. Bildiyimə görə özəlləşdirmə proqramında belə şərtlər var. Baxın, Respublikada nə qədər idman obyekti var ki, dövlətin balansındadır və özəlləşdirməyə ehtiyacı var. Belə obyektlər respublikada yüzlərlədir.
Digər bir fikrimi sizlərlə bölüşmək istəyirəm. Bildiyiniz kimi neft gəlirlərinin azaldığı bir vaxtda alternativ gəlir mənbələrini axtarmaq lazımdır. Bunlardan biri də xüsusən tranzit yük daşımalarıdır. Məlumdur ki, Şimal-Cənub dəmir yolu dəhlizi tezliklə işə düşəcək. Hesab edirəm ki, dövlətimiz bu sahədəki logistikaya yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində ciddi iş aparmalıdır. Çünki bu sahə böyük perspektivə malikdir, ölkəmiz dünya dəmiryolu şəbəkəsinin vacib həlqəsinə çevrilməlidir.

Artıq büdcədən rayonlara dotasiya ayrılması dövrünə son qoyulmaqdadır. Regionlar özlərini daxili yığımlar hesabına saxlayacaqlar. Bu labüd bir prosesdir. Bununla bağlı xüsusən rayon icra hakimiyyətləri rayon ərazisində güzəştli şərtlər təqdim etməklə xüsusən yerli sahibkarlara əlverişli mühit yaratmalıdırlar, yerli və xarici investisiya cəlb etməlidirlər. Məsələn, müəssisə tikmək üçün torpaq ayrılması, fermer təsərrüfatı yaratmaq üçün örüş yeri ayrılması və s. Bunun üçün məncə hökumət tərəfindən bütün icra hakimiyyətləri üçün konkret hədəflər müəyyən edən vahid plan hazırlanmalı, tapşırıqlar verilməlidir. Yenə də əsas prinsip sahibkarlar üçün əlverişli şəraitin yaradılmasıdır. Onlar da öz növbəsində rayon büdcəsini dolduracaqlar".

Elmira Axundova valyuta bazarı ilə bağlı həmkarı Yevda Abramovun çıxışını dəstəklədiyini vurğulayıb: "Valyuta dəyişmə məntəqələrinin ləğvi bir çox fəsadlara səbəb oldu. Birincisi, çox sayda insan, təcrübəli işçilər işsiz qaldı. İkincisi, qara bazar hal-hazırda tüğyan edir və süni şəkildə dolların baha qiymətə satışını həyata keçirir. Üçüncüsü, turistlər şənbə-bazar günləri özləri ilə gətirdikləri xarici valyutanı, əsasən bilirik ki, bu valyuta dollardır, dəyişməyə yer tapa bilmir. O valyutanı gətirdiyi kimi də ölkəsinə geri aparır. Buna görə çox istərdim ki, valyuta dəyişmə məntəqələri bərpa edilsin.

Toxunmaq istədiyim digər məsələ əlillərlə bağlıdır. Ümumiyyətlə Azərbaycanda əlillərə, xüsusən Qarabağ əlillərinə dövlət dəstəyi yüksək səviyyədədir. 2015-ci ilin statistikasına görə ölkəmizdə 570 min əlil var, onlardan 65 mini uşaqlardır. İlk növbədə əlillərin iş məsələsini həll etmək lazımdır. Bizdə belə bir kvota müəyyən edilib ki, bu və ya digər müəssisədə 25 iş yerindən biri əlilə ayrılmalıdır. Amma bu qayda işləmir, çünki işəgötürən əlili işə götürməkdənsə, cüzi cəriməni ödəməyi üstün tutur. Buna görə düşünürəm ki, cəriməni sərtləşdirmək lazımdır.

Bir çox inkişaf etmiş dövlətlərdə mövcud olan güzəştləri bizdə də tətbiq etmək olar. Məsələn, Belorusiyada kommunal xidmətlərdə 1 və 2-ci qrup tənha yaşayan əlillərə nisbi endirimlər, dərmanlara 90 % güzəşt, ictimai nəqliyyatdan pulsuz istifadə var. Almaniyada bütün əlillər üçün ictimai nəqliyyat və dərmanlar pulsuzdur. Ən əsas problem isə bizdə anadangəlmə əlillərin pensiya məbləğinin çox aşağı olmasıdır, 50-70 manat arası. Belə ailələrə yaşamaq çox çətindir, çünki anadangəlmə əlil övladına baxan ana onu evdə tək qoyaraq adətən başqa yerdə işləməyə gedə bilmir. Mən başa düşürəm ki, maliyyə çətinliklərimiz var, amma çalışıb gələcəkdə hansısa şəkildə anadangəlmə əlillərin pensiyasını artırmalı və bu kateqoriya vətəndaşların pulsuz dərman problemini həll etməliyik.

Sonda qeyd etmək istədiyim məsələ rayon məktəblərində istilik sistemi ilə bağlıdır. Mən bununla bağlı dəfələrlə çıxışlar edib, aidiyyəti qurumlara müraciət etmişəm. Amma məsələ həll olunmaq bilmir. Təsəvvür edin ki, dövlət müasir səviyyədə məktəb binası tikir, istilik sistemini qurur, qaz xəttini çəkir, lakin binaya qaz verilişi təmin olunmur. Əsas da o göstərilir ki, Azəriqaza vəsait ödənməlidir. Nəticədə uşaqlar soyuq otaqlarda dərs keçirlər. Artıq dərəcədə xahiş edirəm, bu övladların səsinə səs verək. İnanın ki, eyni problem bütün rayonlarımızda mövcuddur"./bizimyolinfo/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2633   Tarix: 07 dekabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan Almaniyanın KfW Bankının nümayəndə heyətini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya İnkişaf Bankının (KfW) nümayəndə heyətini qəbul edib. xəbər verir ki, müzakirələr bankın iştirakı ilə Ermənistanda yeni enerji sektoru layihələrinin potensial reallaşdırılması ətrafında gedib. Paşinyan Ermənistan və Almaniya arasında əməkdaşlığın davaml

19.04.2024 196
.

Faktiki hava açıqlandı

Bu gün saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirili

11:42 163
.

Britaniyanın Baş naziri Sunak: "İsrail-İran gərginliyinin artması heç kimin xeyrinə deyil"

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, İranın keçən həftə hava hücumundan sonra İsrailin şübhəsiz ki, özünü müdafiə etmək hüququ var, lakin gərginliyin artması heç kimin xeyrinə deyil. xəbər verir ki, Sunak paytaxt Londonda "Center for Social Justice" beyin mərkəzindəki çıxışınd

19.04.2024 245
.

Diqqət! Bakıda bu saatlarda geomaqnit qasırğası olacaq - Bunları edin...

Bu gün Yerdə geomaqnit qasırğası olacağı proqnozlaşdırılır. Bakıda qasırğa günorta saat 12:00-dan etibarən öz təsirini göstərməyə başlayacaq və 21:00-dək davam edəcək. xəbər verir ki, bu barədə məlumat Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının saytında yer alıb. Geomaqni

10:11 290
.

Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində tapança, avtomat və qumbaralar tapıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 19-da Xankəndi şəhəri ərazisindən yeddi ədəd müxtəlif markalı avtomat silahı, bir tapança, iki tüfəng, altı qumbara

16:30 0
.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

19.04.2024 278
.

Cavanşir Məmmədov vəfat etdi - Yenilənib

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib. Axşam.az-ın məlumatına görə, 70 yaşlı müğənni bu gün qəfil ürəktutmasından dünyasını dəyişib. Xəbəri Axşam.az saytına onun duet ortağı Firuzə İbadova təsdiqləyib. *. Müğənninin ölümü ilə əlaqədar Axşam.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib:. "Əməkda

13:23 1337
.

Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO

Alışı ucuz, satışı od bahasına. Satışla alış arasındakı fərq isə dodaq uçuqladır. -ın məlumatına görə, söhbət brilyantın satış və alış qiymətləri arasındakı fərqdən gedir. Satıcılar qızıldan fərqli olaraq brilyantın alışı ilə satışı arasında fərqin olduqca böyük olduğunu qeyd ediblər. Bildiriblər ki

11:02 207
.

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb. Bildirilib ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri Ruslan Həsənov və Elşən Manafov saxlanılıblar. Həmin şəxslərdə

17:00 0