"Qul bazarı"nın fəhlələri: "Aya 100 manat pul qazanmırıq"

"Qul bazarı"nın fəhlələri: "Aya 100 manat pul qazanmırıq""Hər günümüz belə keçir, aya 50-100 manatdan çox pul evə apara bilmirik".

Bu sözlər "Papanin körpüsü" altında iş gözləyən fəhlələrə aiddir. Yol boyu müxtəlif təmir üçün avadanlıqlar düzən fəhlələr soyuq havada da toplaşaraq bir qarın ac, bir qarın tox iş gözləyirdilər. Amma nə iş var, nə də çörək. Mənimlə söhbətləşən fəhlələrin birinə "necə dolanırsız" sualını verdikdə, əlini cibinə atdı. Yumruğunu cibindən çıxarıb ovucunu açdı və qurudulmuş çörək qırıntılarını mənə göstərib dedi: "Qardaş evə üzüm yoxdur, pulsuz getməyə. İş axtarıram, amma nə iş var, nə də iş verən. Bu çörək qırıntılarını görürsən, bəzən axşama kimi bu çörək qırıntıları ilə dolanıram…"

Balaca ocaq qurub istisinə yığışan fəhlələr elə bir-birinə baxıb deyirdi: "Ayə, bu ocaq da sönsə, necə duracağıq burda". Hərdən öz aralarında zarafat edirdilər, hərdən də dərin fikrə dalırdılar.Onlara yaxınlaşan adamlara ümidlə baxırdılar ki, birdən iş təklif edən olar. Amma bu soyuq havada körpünün altında yalnız onlar idi ki, saatlarla dayanırdılar. Hətta, onlardan biri mənə yaxınlaşıb dedi ki, qardaş nömrəmi götür, birdən iş olar, mən dam qırlayıram, baxma da birdən lazımın olsa canla-başla hazıram. Elə gördüklərimin təsiri altında Papanin körpüsünün altından 3-cü mikrorayon dairəsinə tərəf hərəkət etdim.

Dairəyə çatmamış fəhlələrin sıra ilə düzülüşünü gördüm. Yaxınlaşıb vəziyyətlərini soruşdum. Soruşmaq məncə yersiz idi, çünki vəziyyət elə göz qabağında idi. İşsiz qalan fəhlələr bir-birilərinin üzlərinə baxıb keçirdilər. Sanki bu baxışlarla bir-bilərinə "bu axşam necə olacaq, evə nə aparacağıq" demək istəyirdilər. Donduqları üçün ciblərindən əllərini çıxarmırdılar. Qar və yağış dənələri üzlərinə dəysə də, gözləri müştəri axtarışında idi. Elə onlara uğurlar arzulayıb fəhlələrdən ayrıldım. Avtobusa minəndə isə insanlar avtobusun şüşəsindən onlara baxıb nəsə düşünürdü, elə bəlkə də mənim düşündüklərimi onlar da düşünürdü…

"Qul bazarı"nın fəhlələri: "Aya 100 manat pul qazanmırıq"(qaynar.info)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1815   Tarix: 07 dekabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568