Müğənnilər bahalaşmadan DANIŞDI: "Qiymətlər qalxsa da, naşükürlük edə bilmərəm"

Müğənnilər bahalaşmadan DANIŞDI: "Qiymətlər qalxsa da, naşükürlük edə bilmərəm"Tarif (qiymət) Şurasının təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının qiymətini qaldırması son günlər ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Elektrik enerjisi istehsalında təbii qazın əhəmiyyətli rolu olduğu üçün elektrik enerjisinin qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə Şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib.

Bir çox sahəyə təsirsiz ötüşməyən qiymət artımı şou-biznesdə özünü necə göstərəcək? Müğənnilər bahalaşma ilə əlaqədar toy qiymətlərində dəyişiklik edəcəklər?

Musavat.com mövzu ilə əlaqədar müğənnilər arasında sorğu keçirib.

Əməkdar artist Ədalət Şükürov toy qiymətini qaldırmayacağını deyib:

"Mən neçə ildir ki, toya eyni qiymətə gedirəm. Toy qiymətimi dəyişmək fikrim yoxdur. Çünki insanların xətrinə dəyə bilmərəm. Kim dəyişirsə, özü bilər. O ki, qaldı qiymət artımına, bu dövlət tərəfindən atılan addımdır. Birdən-birə verilən qərar deyil, aylarla düşünülür. Mən olsaydım, qiymət qaldırmazdım. Necə olur ki, neftin qiyməti düşür, amma benzin qiyməti düşmür? Bunu anlamıram. Elə dövrdür ki, insanlara demək lazımdır ki, inciməyin, işıq 7 qəpikdir, elə edərik 6 qəpik olar. İndi elə zəmanədir ki, insanların əlindən tutmaq lazımdır".

Müğənni Nadir Qafarzadə xalqı pessimist olmamağa çağırıb:

"Onsuz da toyların sayı azalıb, insanlar artıq başqa ehtiyaclarını düşünür. Qiymət qaldırmaq haqda düşünmürəm. Allah Azərbaycan xalqının köməyi olsun. Heç kimi aclıqla, çörəklə imtahan etməsin. Hər qaranlıq gecənin bir gündüzü var. Bu artımlar varsa, gələcəkdə dövlətimiz tərəfindən insanlarımızın yaşayışının yaxşılaşdırılması üçün addımlar atılar, maaşlar, pensiyalar artırılar. İnsanlar pessimist olmasın. Avropada da belədir. Hər şey bahadır, amma insanlar pessimist deyil, daim üzlərində təbəssüm var".

Xanəndə Gülay Zeynallı toy qiymətini qaldırmayan sənət adamlarındandır:

"Bahalaşma ilə bağlı sualı dolları çox olan insana verin. Qazın və işığın pulunun artığını bilirəm. Bizim işimiz çox olur deyə evdə az oluruq. Mən yaşayışımdan çox razıyam, qiymətlər qalxsa da, naşükürlük edə bilmərəm. Allah sağlamlıq verib, ehtiyaclarımı ödəmək üçün çalışıram. Mənim toy qiymətim stabil deyil. Elə insan var ki, məni toyuna dəvət etməyə imkanı çatmır, amma arzusudur. Mən o toya ya pulsuz gedirəm, ya da az məbləğ alıram. Getdiyim məkana və toy sahibinin durumuna uyğun qiymət deyirəm. Toy qiymətimi qaldırmaq fikrim isə yoxdur".

Müğənni Aysel Əlizadə bildirib ki, toya aşağı qiymətə gedn müğənnilərdəndir:

"Yəqin belə məsləhət olub ki, qazla işığın qiymətini qaldırıblar. Bizə də ödəmək qalıb. Mən evdə az oluram, işıqdan qazdan istilikdən az istifadə edirəm. ona görə çox xərc çıxmır. Toy qiymətlərimə gəldikdə isə dəyişiklik olmayacaq. Onsuz da mən baha qiymətə toylara getmirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3635   Tarix: 05 dekabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu gün Mələkxanım Eyubovanın qızının toyudur

Bu gün Xalq artisti Mələkxanım Eyubovanın evində toydur. Axşam.az-ın məlumatına görə, xanəndənin qızı Nəzrin müğənni Mərdan Kazımovla ailə qurur. Toy şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bi

22.04.2024 835
.

"Atam yeni fikirlərə daha açıqdır, anam yox" - İradənin qızı

Müğənni İradə İbrahimova qızı İpək İzərin onun və həyat yoldaşı Ceyhun İzər haqqında söylədiyi fikirləri izləyiciləri ilə bölüşüb. Axşam.az xəbər verir ki, ifaçının paylaşımında bu fikirlər yer alıb. "Mən, İpək İzər. Bu gün anamla atamın fərqli özəlliklərini açıqlayacağam. Atam rahat biridir, ana

21.04.2024 533
.

O da "Korkma ben yanındayım"da olacaq - Foto

"Korkma ben yanındayım" serialının heyətində dəyişiklik edilib. Axşam.az xəbər verir ki, ekran işində aktyor Beran Kotan rol alacaq. O, layihədə "Okan" obrazına həyat verəcək. Qeyd edək ki, serialın baş rollarını Nilsu Berfin Aktaş və Eren Ören canlandırır

21.04.2024 483
.

"Molla Quranı göstərib deyir ki, sənin növbəndir"

Əməkdar artist Yusif Mustafayev ölüm xəbərinin yayılmasından danışıb. Axşam.az xəbər verir ki, ki, müğənni "Elgizlə izlə" proqramına zəng edərək bunları deyib:. "Kimə nə etmişəm? Bir dəfə demişəm ki, atam uzunömürlü olub, mən də çox yaşayacağam. Kim bilir, bəlkə sabah öldüm. Bir moll

22.04.2024 572
.

Türk mediası Cavanşir Məmmədovun ölümündən yazdı

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün vəfat edib. Axşam.az-ın məlumatına görə, bu barədə türk mediasında da xəbərlər dərc olunub. Məlumatda Azərbaycanın tanınmış sənətçilərindən biri Cavanşir Məmmədovun 70 yaşında evində ürəktutmasından dünyasını dəyişdiyi əks olunub. Həmçini

21.04.2024 737
.

Aygün Kazımova GÖRÜNÜŞÜ İLƏ GÖZ QAMAŞDIRDI - VİDEO

Xalq artisti Aygün Kazımova sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, ifaçı "instagram"da yeni görüntülərini yayımlayıb. Xalq artisti göbəyi açıq geyimdə cazibədar görünüşü ilə izləyicilərin diqqətini çəkib. Videoya çoxsaylı tərif, bəyəni gəlib. Həmin paylaşımı təqdim edirik

20.04.2024 9724
.

Aygün Kazımova GEYİMİ İLƏ DİQQƏT ÇƏKDİ - VİDEO

Xalq artisti Aygün Kazımova geyimi ilə diqqət çəkib. xəbər verir ki, o, "instagram" hesabında yeni görüntülərini paylaşıb. Sənətçi cazibədar görünüşü ilə izləyicilərin diqqətini çəkib. Paylaşıma xoş sözlər ünvanlayıblar. Həmin paylaşımı təqdim edirik:

21.04.2024 10500
.

Qarabaşaq yarmasını bir də bu cür bişirin - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Bəzi insanlar qarabaşaq yarmasını bişirməzdən əvvəl isladır, bəziləri isə qızadır. xarici mətbuata istinadən xəbər verir ki, bunun qarabaşaq yarmasının formasını saxlamasına və dadını maksimum dərəcədə artırmasına kömək etdiyinə inanılır. Bundan əlavə qarabaşaq yarmasını islatdıqdan sonra bir qaşıq limo

20.04.2024 776
.

"Onun ölümünə sevinmək nədir?"

Şair Nazilə Səfərli ötən gün 70 yaşında vəfat edən Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə mərhum sənətçi haqda pis rəy yazanlara iradını bildirib:. "Deyirəm, gör hansı zəmanəyə gəldik. Ölən insana bir rəhmət deməyə dilləri gəlmir. Cavanşi

21.04.2024 945