"Jurnalistlər mənim əziz qonaqlarımdır, qapalı konsert nə deməkdir ?" - İLLƏRİN SƏNƏTKARI

"Jurnalistlər mənim əziz qonaqlarımdır, qapalı konsert nə deməkdir ?" - İLLƏRİN SƏNƏTKARIXalq artisti Faiq Ağayev son günlərdə müğənni və jurnalistlər arasında yaşanmış hadisələrə öz münasibətini bildirib.

BiG.AZ xəbər verir ki, ifaçı bu məsələdə daha çox media əhlinin tərəfini saxlayıb:

"28 ildir səhnədəyəm, mənim bir prinsipim var. Jurnalistlər mənim əziz qonaqlarımdır. Qapalı konsert nə deməkdir, mən bilmirəm. Qapalı ad günü olar. Böyük tədbirlərdə jurnalistlərin haqqıdır gəlib konsertə baxsınlar, məlumat yazsınlar. Jurnalistlər mənim üçün termometrdirlər. Çünki cəmiyyətin münasibətini mənə çatdıran onlardır.
Məni çox üzür bu söhbət, bunun olmamasını istəyərdim. Mən il boyu zəhməti olan jurnalistləri dəvət edəcəm, istirahət etsinlər".

Sənətçi dekabrın 29 və 30-da Heydər Əliyev sarayında baş tutacaq konsetindən də söz açıb:

"1 ay qalıb konsertimə. Sənət mənim üçün nağıldır. Bu nağılı hazırlayıram. Çox gərgin, sıx bir qrafikdəyəm. Amma qabaqda gözlənilən ləzzət hər şeyə dəyər. Ənənəvi F.A. keyfiyyəti olacaq. Xarici mütəxəssislər cəlb etmişəm. Dekor ekranlardan ibarət olacaq. 23 mahnı olacaq. 8 yeni mahnı, kostyumlar hazırlanır, rəqslər olacaq. Səhnədə mən yaşayıram. Bəs niyə mən özümə 100% F.A deyirəm. Həyatda necə varamsa, səhnədə də oyam . Kim gəlmək istəsə gözüm üstə yeri var

Bəlkə konsertə kimi bir daha imicimi dəyişdim. Çox iddialı bir fikir var. Götür-qoy mərhələsindəyəm. konsertdə məni fərqli gördünüz".

Müğənni həmkarlarının fəxri ad alandan sonra dəyişməsindən də danışıb:

"2008-ci ildə mən xalq artisti adını alanda Polad Bülbüloğlu zəng edib, təbrik etdi və söylədi ki, indən sonra işləməsən sən bu ada layiq deyilsən. Bu gələcəkdə edəcəklərin üçün stimuldur. Səmimiyyətə qaldıqda isə insan var fəxri ad alıb dəyişməyə bilər, insan da var fəxri ad olmadan dəyişir".

"Jurnalistlər mənim əziz qonaqlarımdır, qapalı konsert nə deməkdir ?" - İLLƏRİN SƏNƏTKARI"Jurnalistlər mənim əziz qonaqlarımdır, qapalı konsert nə deməkdir ?" - İLLƏRİN SƏNƏTKARI


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1523   Tarix: 01 dekabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999