DİQQƏT! Yanvarın 1-dən çörək BAHALAŞACAQ

DİQQƏT! Yanvarın 1-dən çörək BAHALAŞACAQAzərbaycanda un və çörəyin qiyməti artırılacaq.

BiG.AZ-ın məlumata görə, bu barədə qərar Tarif Şurasının təbii qaz və elektrik enerjisinin satış qiymətlərini artırmasından sonra verilib. İş adamları zavodların daha artıq işıq və qaz pulu ödəyəcəyini, bu səbəbdən çörəyin qiymətinin artırılmasının zəruri olduğu qənaətinə gəliblər.

BakiPost.az-ın əməkdaşı məsələ ilə bağlı bir neçə çörək zavodu ilə əlaqə saxlayıb.

"Nur" çörək zavodundan saytımıza verilən məlumata görə, hələki heç bir qiymət artımı yoxdur: "Amma hər şey ola bilər. Yəni çörəyin qiymətinin qalxması gözləniləndir. İndidən konkret cavab verə bilmərik. Amma xərclərin qalxması çörəyə iki şəkildə təsir edə bilər. Ya çörəyin çəkisi dəyişəcək, ya da qiymətlər artacaq. Amma bununla bağlı indidən nəsə demək tezdir. Ola bilsin ki, çörəyin bahalaşması yeni ildən sonra baş versin".

"Sərham" MMC çörək zavodundan da bildirilib ki, qiymət artımı 2017-ci ilin əvvəllərindən qüvvəyə minsin: "Hazırda hər hansı qiymət artımı yoxdur. Amma ola bilər ki, bundan sonra çörəyin qiymətində artım olsun. Bunu zaman göstərəcək. Artım olarsa, yeni ildən sonra olacaq".

"Binə" çörək zavodundan isə verilən məlumata görə, çörəyin qiymətində bahalaşma olmayıb: "Çünki zavodumuz qazla deyil, dizellə işləyir. Əgər dizelin qiyməti qalxsa, çörəyin qiyməti də arta bilər. Amma yenə də gözləmək lazımdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5386   Tarix: 30 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Nazirdən Nəzrinlə Mərdana hədiyyə

Gənclər və İdman Naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb. Bununla bağlı Mərdan paylaşım edib. "Nazirimiz Fərid Qayıbov da bizi toy günü unutmadı. Təşəkkür edirik", - deyə, Kazımov bildirib. OLAY-ın əldə etdiyi məlumat

17:45 544
.

Ukrayna: "Rusiya PUA və raketlərlə Kiyev və 3 bölgəyə hücum edib"

Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Mikolayiv, Odessa və Çerkassı bölgələrinə pilotsuz uçuş aparatları və ballistik raketlərlə hücum edib. xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada Rusiyanın bu gecə 2 ədəd "İskəndər-M" ballistik raketi və 16 ədə

21:15 0
.

Mən öz puluma süni ada yaradıramsa... - Deputat

"Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanun layihəsində qeyd olunur ki, süni torpaq sahəsi yaradılandan sonra o dövlətin mülkiyyətinə keçir. -a istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasınd

18:45 156
.

"Vətəndaş nikahına girməsinlər"

"Vətəndaş nikahı Azərbaycana Avropadan keçib. Araşdırmalara görə, Avropada vətəndaş nikahı azalır. Amma Azərbaycanda getdikcə artır". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib. O bildirib ki, son 10 ildə vətəndaş nikahında

14:47 346
.

"İlham Əliyev siyasəti qeyri mümkünü mümkünə çevirir"-DEPUTAT

"Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazisini vaxtından əvvəl tərk etdi. Artıq Azərbaycan öz suveren ərazisinə tamamilə özü nəzarət edəcək. Bu böyük tarixi hadisə və növbəti diplomatik qələbəmizdir. Bu diplomatik qələbəmiz həm də sapı özümüzdən olan baltalara verilmiş ən böyük cavab və layiql

10:19 38
.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

21:00 0
.

Nigeriyada silahlı hücum nəticəsində 15 nəfər ölüb

Nigeriyanın Katsina əyalətində silahlı hücum nəticəsində 15 nəfər ölüb. xəbər verir ki, silahlı şəxslər Katsina əyalətinin Kankaridə hücum həyata keçirib. Hücumda 15 nəfər həyatını itirib, çoxu qadın olmaqla çoxlu adam qaçırılıb. Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, həmçini

21:00 0
.

"Məhsul" stadionu təmir olunur? - Video

Yasamal rayonunda "Məhsul" stadionu kimi tanınan ərazi illərdir baxımsız vəziyyətdədir. Burada heç bir təmir-tikinti işi aparılmayıb. Lakin bir neçə gündür ki, stadionun futbol meydançasına giriş lentlərlə məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-d

10:39 236
.

Ukrayna: Rusiya Kiyevə və 3 vilayətə dron və raketlərlə hücum edib

Rusiya Ukraynanın paytaxtı Kiyevə, eləcə də Mykolayiv, Odessa və Çerkasya vilayətlərinə dron və ballistik raketlərlə hücum edib. BİG.AZ xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb. Məlumata görə, Rusiya Kiyevə və 3 vilayətə dron və raketlərlə Rusiya bu gecə Ukrayn

11:52 101