Deputatlar bir-birilərini "qırdılar" - "Qaqa, niyə utanırsan?"

Deputatlar bir-birilərini "qırdılar" - "Qaqa, niyə utanırsan?"Millət vəkili Aqil Abbas Milli Məclisin bu gün keçirilən iclasında saxta profillərdən istifadə edəərək deputatları təhqir edənlərə sərt reaksiya verib.

"Qafqazinfo" xəbər verir ki, millət vəkili qeyd edib ki, Baş prokurorun imzası ilə gələn dəyişiklikdə söhbət təkcə möhtərəm prezident və ailəsi deyil, eyni zamanda vətəndaşların da təhqir olunmasının qadağan olunmasından gedir:

"Əgər kişisənsə öz imzanla yaz. Amma sən saxta profil açırsan və ölkəni qarışdıra bilərsən. İstəsələr internet vasitəsilə ölkəni qarışdıra bilərlər. Ona görə də, saxta profillərə də bu dəyişiklik şamil olunmalıdır. Azərbaycan parlamentində bu gün ən çox söyülən 3 deputat var. Onlardan biri mənəm, digərləri Fazil Mustafa və Hadi Rəcəblidir.

Elə bu yaxınlarda deputatların maaşlarının azlığı ilə bağlı açıqlamama görə 932 adam mənim atamı söymüşdü. Allah haqqı, mən deputat maaşı ilə bağlı elə söz deməmişdim. Həmkarlarımız isə bizi müdafiə etmək əvəzinə durub başqa açıqlamalar verirlər. Çünki onlar jurnalistlərdən qorxurlar. Qorxurlar ki, media onlar barədə tənqidi nəsə yazar. Durub millət vəkili Tahir Kərimli deyir ki, mən maaş alanda utanıram, onu qohumlarıma verirəm. Qaqa, niyə utanırsan? Maaşın çoxdusa, utanırsansa alma da.

Belə ona görə deyirlər medianın təpkisindən qorxurlar. Xaricdən idarə olunan saxta profillərlərlə də mübarizə apara bilərik. Deputat yoldaşlar deyir ki, hə maaşımız çoxdur. Çoxdursa, o zaman azaldın da. Xahiş edirəm ki, bu jurnalistlərdən az qorxun".

Fəzail Ağamalı isə Aqil Abbasın fikirlərinə sərt reaksiya verib:

"Onun səviyyəsi hələ çatmır ki, burada hansısa deputata söz desin. Bu birinci dəfə deyil, bir neçə dəfə o deputatlara qarşı çıxış edib. O hər dəfə millət vəkillərinə dərs keçməyə çalışır. Xahiş edirəm ki, onunla bağlı tədbir görülsün".

Qeyd edək ki, parlamentin komitə sədri hadı Rəcəbli mətbuata verdiyi son müsahibələr ölkədə ciddi rezinansa və etirazlara səbəb olub. Deputat müsahibələrinin birində "Müəllim dolana bilmirsə, işdən sonra fəhləlik eləsin", digərində isə "Şəhid ailələri, Qarabağ əlillərinə dövlət nəyə görə dərman pulu verməlidir?" deyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3122   Tarix: 29 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılığın əldə olunması tarixi hadisədir - RƏY

Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin ilkin mərhələsində Qazax rayonunun işğalda olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması barədə razılıq əldə olunması xüsusi önəm daşıyan tarixi hadisədir. Bunu "Report"a Milli Məclisi

17:40 0
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19.04.2024 324
.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

19.04.2024 660
.

İşi məhkəmədə olan klinikadan daha bir şikayət - Pasiyentin burnu çirk edib (FOTO+VİDEO)

"Laser Beauty Clinic" barəsində daha bir şikayət daxil olub. "Unikal"a müraciət edən pasiyent Gülya Məmmədova iddia edir ki, "Laser Beauty Clinic"də kosmetoloq Rəna Soltanova ona burun dolğusu etdikdən sonra burnu çirk etməyə başlayıb. Burun dolğusu üçün 350 manat pul ödədiyin

10:11 545
.

Sabah 30° isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 13-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

13:00 156
.

Quterreşdən Azərbaycan və Ermənistana çağırış

"Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə çağırıb". Bu barədə təşkilatın rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir. "Baş katib tərəflər

16:50 0
.

Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - FOTOLAR

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, təhlükəsizlik tədbirləri görülür. 17:24. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərini

17:39 0
.

İsrail əsgərləri 3 fələstinlini yaralayıb

İşğal altındakı İordan çayının qərb sahilində Nablus şəhərinin Beyta qəsəbəsində baş verən hadisələrdə İsrail əsgərləri 3 fələstinlini yaralayıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail əsgərlərinin Beyta qəsəbəsində ikisi uşaq olmaqla 3 fələstinlini yaraladığ

12:30 103
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 470