Yevlaxda əxlaqsızlıq edən gəlin amansızcasına döyüldü - TƏFƏRRÜAT

Yevlaxda əxlaqsızlıq edən gəlin amansızcasına döyüldü - TƏFƏRRÜATGəlininə xəsarət yetirməkdə ittiham olunan Yevlax rayon sakini, 1954-cü il təvəllüdlü Nigar Əzimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BiG.AZ xəbər verir ki, Samirə Mehdiyeva (ad və soyad şərti verilib) yüngül həyat tərzi keçirdiyi üçün Nigar Əzimovanın oğlundan ayrılıb.

Samirə Mehdiyevadan ayrılan həyat yoldaşı Dünyamın Əzimov anası Nigar Əzimovanın evində yaşayıb. Yevlax rayonunun Aran qəsəbəsində yaşayan Samirə Mehdiyeva övladlarını öz öhdəsinə götürməyib. Uşaqlar Nigar Əzimovanın öhdəsində qalıb.
Amma sonradan Samirə Mehdiyeva övladları ilə görüşmək istəsə də, keçmiş qayınanası buna mane olub. Səbəb isə yüngül həyat tərzi keçirən Samirəni nəvələrindən uzaq tutmaq olub.

Samirə Mehdiyeva bu ilin martın 24-də övladlarını görmək üçün qayınanası Nigar Əzimovanın Aran qəsəbəsində olan evinə gəlib. Bu zaman Samirə Mehdiyeva keçmiş qayınanasının zorakılığı ilə üzləşib.

Nigar Əzimova Samirəyə əxlaqsız olduğunu və bu üzdən uşaqları ilə görüşməsinə icazə verməyəcəyini deyib.

Bu zaman tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Nigar Əzimova stəkanla Samirə Mehdiyevanın başına vurub. O, "sağ gicgah nahiyyəsinin yarası, ənsə nahiyyəsinin dərialtı hemotoması" ilə nəticələnən xəsarət alıb.

Samirə Mehdiyeva həmin vaxt xəstəxanada tibbi yardım alıb və keçmiş qayınanasından Yevlax rayon polis şöbəsinə şikayət edib.
Nigar Əzimovanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham edilib.
Yevlax rayon Məhkəməsinin hökmü ilə Nigar Əzimova 300 manat cərimə cəzasına məhkum edilib. Hökmdən narazı qalan zərərçəkmiş Samirə Mehdiyeva apelyasiya şikayəti verib.

O, bildirib ki, Yevlax rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli hökmü qanunsuz və əsassızdır. Onun sözlərinə görə, bu iş ibtidai istintaq orqanı tərəfindən düzgün araşdırılmayıb, məhkəmə isə ibtidai istintaq orqanının düzgün olmayan araşdırılmalarına əsaslanaraq ədalətsiz qərar qəbul edib.

Samirə Mehdiyeva qeyd edib ki, həmin iş üzrə digər təqsirli şəxslər, o cümlədən Dünyamın Əzimov cinayət məsuliyyətinə cəlb edilməyib. O, bildirib ki, məhkəmə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Nigar Əzimovanı 300 manat məbləğində cərimə cəzası təyin etməklə kifayətlənib.

Samirə Mehdiyevanın sözlərinə görə, Yevlax rayon Məhkəməsinin hökmündə dəyişiklik edilməli, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Nigar Əzimovaya daha ağır cəza verilməli, bu işdə təqsirli olan şəxslər barəsində cinayət işi başlanılmalıdır.

Samirə Mehdiyevanın apelyasiya şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim İmanverdi Şükürovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edilib. Qərara görə, Samirə Mehdiyevanın apelyasiya şikayəti təmin edilməyib./teleqraf.com/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3771   Tarix: 23 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443