DİQQƏT! Bakı Ermənistanı bu silahla məhv edəcək

DİQQƏT! Bakı Ermənistanı bu silahla məhv edəcəkBelarus prezidenti Aleksandr Lukaşenko 28-29 noyabr tarixində Azərbaycana rəsmi səfərə gələcək.

BiG.AZ xəbər verir ki, səfərin proqramı hələlik açıqlanmayıb. Lakin Belarus liderinin Bakı səfərindən öncə noyabrın 22-də Moskvaya səfər etməsi diqqət çəkir. Bununla yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan noyabrın 11-də Minskə səfər etdi. Məhz Lukaşenkonun Ərdoğan və Putinlə görüşdən sonra Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə nələri müzakirə edəcəyi maraqlıdır.

Belarus mediası Lukaşenkonu Bakıya gətirən səbəblərin müxtəlif olduğunu yazıb.

Birincisi, Dağlıq Qarabağdır. Hansı ki, Lukaşenko dəfələrlə münaqişə tərəfləri arasında xüsusi vasitəçi ola biləcəyini bəyan edib.

İkincisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlıdır. 2017-ci ildə KTMT-yə Belarus rəhbərlik edəcək. Qurumun İrəvanda keçirilən iclasında Lukaşenko açıq şəkildə bildirdi ki, o, KTMT-nin fəaliyyətlərinə yeniliklər gətirəcək. Hesab olunur ki, Luşaenko İlham Əliyevlə bu məsələləri də müzakirə edə bilər. Məqsəd KTMT-yə sədrliyi dövründə Qarabağ münaqişəsinin həlli prosesində vasitəçi olmaqdır.

Üçüncüsü, hərbi-texniki əməkdaşlıq. Hesab olunur ki, Lukaşenko Əliyevlə silah satışı məsələsini danışacaq. Belarusun hərbi sənayesi inkişaf edib və orada mütləq Azərbaycanı maraqlandıran nəsə olmamış deyil. Həmçinin, "Polonez" raket kompleksi Bakının marağında ola bilər. Rusiyanın Ermənistana "İsgəndər"lər verməsi fonunda Minskin bu addımı da diqqətdən yayınmır.

Təbii ki, bütün bunlarla yanaşı, səfər zamanı Azərbaycan-Belarus iqtisadi əməkdaşlığı əsas prioritet istiqamət olacaq./publika/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2282   Tarix: 22 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089