"Efirdə aparıcının unitazda oturması qanunla qadağa..." - MTRŞ işə qarışdı

"Efirdə aparıcının unitazda oturması qanunla qadağa..." - MTRŞ işə qarışdı"Hər dəfə bildiririk ki, yayımçılar Azərbaycanın tamaşaçı auditoriyasının həssaslığını nəzərə almalıdır. Efirdə aparıcının unitazda formal olaraq, oturması və ya tualet mövzusunda danışması qanunla qadağan deyil. Amma ümumilikdə milli mentalitet, azərbaycanlı tamaşaçısının həssaslığı baxımından bu, yersiz hərəkət idi. Yerli yayımçılar bunu nəzərə almalıdır".

BiG.AZ xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O qeyd edib ki, ola bilsin, yayımçı bununla diqqət çəkmək, eksperiment etmək istəyib: "Lakin bunun doğuracağı reaksiyanı nəzərə almayıb. Əlbəttə, milli efirin monotonluğu, yeknəsəqliyi, eksperimentlərdən uzaqlığı məqbul deyil, amma bununla bərabər, tamaşaçını qıcıqlandıracaq addımlara da yol vermək olmaz. "Ferma" realiti-şousunda mütəmadi baş verən qalmaqallar da xoşagələn deyil və tənqidlərə tuş gəlir. Bu da onu deməyə əsas verir ki, ssenaridə, formatda müəyyən dəyişikliklər edilməlidir. Biz yaradıcı işə müdaxilə etmirik. Amma tamaşaçının xoşuna gəlməyən hala müxtəlif formada reaksiya verməsinin də qarşısını ala bilmərik. Hazırda ölkə əhalisinin 75 faizinin internetə, bununla da sosial şəbəkələrə çıxış imkanı var. Sosial şəbəkələrdə, mediada kütləvi şəkildə tənqidlər yer alırsa, bu zaman müvafiq olaraq, yayımçı da, tənzimləyici qurum da məsələyə laqeyd qala bilmir. Bu baxımdan yayımçılar ehtiyatlı olmalıdır. Baş verən hallarla bağlı kanal təmsilçiləri ilə müvafiq səviyyədə müzakirələr aparılıb. Ümid edirik ki, gələcəkdə bu cür hallar olmayacaq".

Qeyd edək ki, yuxarıda qeyd olunan məsələ ARB telekanalında yayımlanan proqramda baş verib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2084   Tarix: 22 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089