SEVDA: "Kiminsə ərini əlindən ala bilərəm, o tərəfə də keçərəm..." - VİDEO

SEVDA: "Kiminsə ərini əlindən ala bilərəm, o tərəfə də keçərəm..." - VİDEO"ARB Ulduz"un efirində yayımlanan "Şou məkan" verilişinin növbəti qonağı olan müğənni Sevda Sanəliyeva şəxsi həyatı ilə bağlı eksklüziv açıqlamalar verib.

BiG.AZ xəbər verir ki, müğənni qızını ilk dəfə göstərdi: "Biz sizi balaca qızımla, Leylamla salamlayırıq. İlk dəfədir ki, balam efirə çıxır, tamaşaçıları salamlayır. İki ay yarımlığından artıq yavaş-yavaş məşhurlaşmağa başlayır. Mən təxminən 3-4 il ara vermək istərdim. Bir övlad tapa bilmirdim, Allah mənə ikisini birdən verdi. Çox şükür. Yenə də Allah bir sürpriz etsə, yenə də istəyirəm. Beş dəfə də etsə, beş dəfə də istəyirəm".

Sənətçi uzun müddət övladsız qalmasından, müalicələrindən, min dərədən su daşımasından dili, dodağı yanmış kimi danışdı: "Hələ ailə qurmamışdan öncə müalicələr alırdım. Həkim müayinə edəndən sonra demişdi ki, nə vaxtsa ailə qursan, uşağın olmayacaq. Mən illərlə müalicə aldım. Ancaq heç bir təsiri olmadı. 7 il çox böyük stress keçirdim. Ona görə, bir müddət efirlərdən uzaqlaşdım. Türkiyədə və Moskvada müalicə aldım. Həkimlərin hamısı eyni cavabı verirdi ki, uşağın olmayacaq. Müalicələri kəsdiyim vaxtda, iynə və dərmanlardan uzaqlaşdığım bir vaxtda hamilə oldum. Sən demə, iynə, dərman qəbul etmək lazım deyilmiş. Hər şey Allahın iradəsi ilə imiş".

Müğənni ilk evliliyinin mənasız bir münasibət üzərində qurulduğunu elə ilk gündən anladığını söyləyir: "İlk ailəm uğursuz oldu. Daha doğrusu, buna ailə də demək olmazdı. Nə yaşadıq ki, nə də gördük? Mən ailə qurduğum günün səhəri başa düşdüm ki, səhv etmişəm. Düzgün insan seçməmişəm. O, mənim üçün düzgün insan deyil, mən də onun üçün. Bunu başa düşdük və anlaşıb ayrıldıq".

Sevda Sanəliyeva ikinci, daha doğrusu elə özünün dediyi kimi birinci həyat yoldaşı deyə bəh-bəhlə danışdığı insanı yerə-göyə sığdıra bilmir: "İkinci həyat yoldaşım, o, mənim ikinci yox, elə birinci yoldaşımdır. Bir-birimizi çoxdan tanıyırdıq. Mənə çox dəstək oldu. İmkan vermədi ki, əhvalım pis olsun. Yoldaşım mənim qolum, qanadımdır, mənim gücüm, qüvvətimdir. Anam rəhmətə getdikdən sonra mən onun dəstəyi ilə ayağa qalxdım. İkinci həyatı Allahın izni ilə yoldaşım mənə verdi. O, mənə işimdə, mahnılarımda, geyimimdə, çəkilişlərimdə, ev işlərində dəstək olur. Haqqımda müxtəlif, boş-boş söhbətlər gəzir. Bir müddət gəzib axırda yorulub oturacaq. Heç ona cavab verməyə ehtiyac yoxdur. Özü üçün, ailəsi, uşaqları üçün çalışıb vuruşan bir insanam. Kiminsə ailəsini dağıtmaq mənə düşməz. Kiminsə ərini əlində almaq mənə düşməz. Heç kəsdən qorxmuram, edərəm, o yana da keçərəm. Ancaq Allah da var axı".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6923   Tarix: 21 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sevgiləri 9 ay çəkdi

Türkiyəli müğənni Burayla aktrisa sevgilisi Ezgi Şenler ayrılıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı aktrisa müsahibəsi zamanı verib:. "Hər münasibət eşqlə başlayıb, sonlana bilir. Aramızda bəzi anlaşa bilmədiyimiz məsələlər oldu, danışaraq bitirmək qərarı aldıq

24.03.2024 573
.

Demet Akalından Röyaya dəstək

Türkiyənin məşhur müğənnisi Demet Akalın Röyadan danışıb. xəbər verir ki, müğənni aparıcısı olduğu verilişdə Röyanın konserti zamanı baş verənləri şərh edib. Həmyerlilərimizə keçmiş olsun diləklərini çatdıran Akalın "Azərbaycanın məşhur ulduzu Röya həmin gün, o məkanda komandası ilə konsert verəcəkdi

26.03.2024 662
.

Həmin roldan imtina etdi - Foto

"Yaban çiçekleri" serialının heyətində dəyişiklik edilib. Axşam.az xəbər verir ki, 2-ci bölümdən etibarən ekran işində "Gükhan"ı canlandıracağı planlaşdırılan aktyor Serhat Teoman layihədən imtina edib. Onun yerinə sözügedən obraza aktyor Yunus Narin həyat verəcək

24.03.2024 455
.

Röya Ayxanın təxirə düşən konserti ilə bağlı AÇIQLAMA - FOTO

Xalq artisti Röya Ayxanın Moskvada təxirə düşən konserti ilə bağlı təşkilatçılardan açıqlama verilib. xəbər verir ki, "Caspian music"in yaydığı məlumatda qeyd edilib:. "Röya Ayxanın konserti daha uyğun bir tarixə qədər təxirə salınıb. Bütün biletlər qüvvədə qalacaq. Yeni tarix və saatl

25.03.2024 802
.

Əməkdar artist: "Kürəkənimin 40 mərasimində evə nəvəmin meyiti gəldi"

"Qızım Ülkərin həyat yoldaşını mal-mülkə görə qardaşının oğlunu qətlə yetirdi. Səbəb isə əmisinin sahib olduqlarını ələ keçirmək idi. Elə oldu ki, bu məsələdən 6 ay sonra onu da öldürdülər. Onlar Ukraynanın cənub-şərq hissəsində, Zaporojye şəhərində qalırdılar. Qətlə yetirdikdən sonra isə meyitin

25.03.2024 981
.

Zaranın formada qalma sirri

Türkiyəli müğənni Zara formada qalmasının sirrini bölüşüb. Axşam.az xəbər verir ki, sənətçi müsahibəsində 9 kiloqram çəki atmasından danışıb:. "Tərəvəzli yeməklər yeyirəm. Günəş batandan sonra qidalanmıram. Həftənin 3 günü idman edirəm. Ən vacibi də stressdən uzaq dururam"

27.03.2024 366
.

Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb

Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb. xəbər verir ki, pop star "Dünya yalnız səndən ibarət" adlı mahnısını dinləyicilərinə təqdim edib. Ağayeva sözügedən mahnı üçün həmçinin kamera qarşısına keçib. Qırmızılara bürünən eşq qadını yeni mahnısı üçün klip də lentə aldırıb

26.03.2024 339
.

Rihanna dəyişdi - Foto

Barbadoslu dünyaca məşhur müğənni Rihanna yeni görünüşü ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı Kaliforniyanın Santa Monika şəhərində paparatsilərin obyektivinə tuş gəlib. Rihanna qara uzun saçlarını kəsdirərək sarı rəngə boyadıb

24.03.2024 494
.

Aygün Kazımovanın qızının YENİ FOTOSU YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, o sosial mediada yeni fotosunu yayımlayıb. Foto marağa səbəb olub. İlqarə görünüşü ilə izləyicilərini heyran edib. Fotoya çox sayda tərif gəlib. Həmin paylaşımı təqdim edirik:

24.03.2024 5731