Direktor məktəbdə işləməyən oğlu və gəlininin adına pul yazdırıb - FOTOLAR

Direktor məktəbdə işləməyən oğlu və gəlininin adına pul yazdırıb - FOTOLARMasallı rayon sakini Xanbala Qafarov rayonun Qəriblər kənd tam orta məktəbinin direktoru Şərafət Əliyevi qanunsuz əməllərini üzə çıxarıb.

Azxeber.com-a müraciət edən Masallı sakini direktoru qohumbazlıqda, qanunsuzluqda günahlandırıb: "Bu məktəbin şagirdlərinin adları bəzən uzaq qonşuluqda yerləşən Şığdaş və Qodman məktəblərinə saxta siniflər açmaq üçün transfer edilir. Bəzən isə bu kəndlərdən şagirdlər, daha doğrusu, onların adları Qəriblər kənd tam orta məktəbinin şagirdləri sırasına yazılır. Məktəbin direktoru Təhsil Şöbəsinin müdirinin həyətində yaxşı bənnalıq etdiyi üçün bu vəzifəyə təyin olunub. O məktəbin əsas işlərini, xüsusən, dərnək və dərsdənkənar məşğələlərin məktəbdə keçirilməsini təmin etməkdənsə, pul yığmaq, qanunsuz əməllərlə məşğuldur.

Şikayətçinin sözlərinə görə, Şərafət Əliyevin oğlu və gəlini Bakıda yaşasalar da, məktəbdə adları müəllim və laborant kimi qeyd olunub, onlara maaş yazılır. O həmçinin bunu təsdiqləyən səndələri də təqdim edərək araşdırmaların aparıldığını tələb edib: "Məktəb direktorunun oğlu Fürsənd Əliyev və gəlini Ülkər Məmmədli Bakıda yaşasalar da, bu məktəbdən maaş alanlar sırasındadırlar. Masalı Rayon Təhsil Şöbəsi müdirinin imzası ilə mənə göndərilən 3 iyul 2015-ci il tarixli, 105/1 nömrəli məktubda məktəb direktorunun oğlunun 2011-ci ilin noyabr ayından işdən azad edildiyi və gəlininin məzuniyyətdə olduğu bildirilir. Lakin Masalı Rayon Sosial Müdafiə Fondundan məcburi sosial sığorta ödəmələri haqqında çıxarışın fotosürətində məktəb direktorunun oğlu Fürsənd Əliyevin bu tarixdən uzun illər sonralar belə yüksək maaş aldığı görünür. Bu azmış kimi, həmin sənəddə məzuniyyətdə olduğu bildirilən gəlini Ülkər Məmmədlinin də laborant işləməklə (Bakıda yaşasa da. X.Q) bu vəzifəyə uyğun omayan yüksək əmək haqqı aldığı açıq-aydın öz əksini tapıb. Belə ehtimal edilir ki, məktəb direktoru laborant işləyən gəlininin adına əlavə dərs saatları da tarifləşdirib. Məktəb direktorunun qardaşı qızı Əliyeva Şahanə Lənkəran rayonunun Liman qəsəbəsində yaşayır, amma bu məktəbin müəllimidir. Bu qədər uzaq məsafədən hər gün dərsə gəlmək sinif müəlliminə mümkün olmadığı üçün onu məktəbdə tapmaq olmur".

Xanbala Qafarov daha bir faktı üzə çıxarıb: "Müəllimlərin diaqnostik qiymətləndirməsi keçirilən zaman Təhsil Narliyinin saytında bu məktəbdə ibtidai sinif müəllimi olan Məmmədova Yeganə adlı şəxsin də işlədiyi məlum oldu. Lakin bu adamı nəinki məktəbdə görən, heç onun kimliyini tanıyan belə məktəbdə yoxdur. Bu məktəbdə ayrı-ayrı illərdə bir sıra texniki işçilər saxta yolla işə götürülüb və maaşı direktor tərəfindən mənsimsənilib. Hazırda adı məktəbdə xadimə kimi rəsmiləşdirilən Firəngiz Məmmədovanı buna misal gətirmək olar. Bu adamın məktəbə bircə gün belə gəlmədiyini bütün məktəb kollektivi təsdiq edə bilər", - vətəndaş yazır.

Direktor məktəbdə işləməyən oğlu və gəlininin adına pul yazdırıb - FOTOLARDirektor məktəbdə işləməyən oğlu və gəlininin adına pul yazdırıb - FOTOLARDirektor məktəbdə işləməyən oğlu və gəlininin adına pul yazdırıb - FOTOLARDirektor məktəbdə işləməyən oğlu və gəlininin adına pul yazdırıb - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1161   Tarix: 16 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

20:15 57
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

10:35 492
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

16:28 420
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

14:10 635
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 502
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

20:00 90
.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

14:16 665
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

14:29 667
.

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 23 nəfər tutuldu

Türkiyə İŞİD-ə qarşı əməliyyat keçirib. BİG.AZ xəbər verir ki, hadisə xüsusi xidmət orqanları tərəfindən qeydə alınıb. Əməliyyat zamanı 23 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri məlumat yayıb. "Ölkənin 7 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı il

16:57 119