"Xoşqədəm və Zaurdan fəxri adlar geri alınmalıdır" - MİLLƏT VƏKİLİ

"Xoşqədəm və Zaurdan fəxri adlar geri alınmalıdır" - MİLLƏT VƏKİLİSosial mediada "Səni Axtarıram" verlişinin teleaparıcısı olan Xoşqədəm Hidayətqızının efir sərgüzəştləri haqda yayılan video cəmiyyətdə sensassiyya yaradıb. Fəxri ad aldıqdan sonra ona qarşı hazırlanan bu sui-qəsd yəqin ki, müəllif tərəfindən də gözlənilməz oldu. Bir zamanlar, 2014-cü ilin hansısa baharında çəkilən bu kadrlar bilərəkdən mediaya sızdırılaraq Xoşqədəm Hidayətqızına arxadan zərbə vurdu.

Yayılan kadrlardan bəlli oldu ki, sən demə həqiqətən də böyük izləyici kütləsinə sahib olan aparıcı aktyorluq qabiliyyətindən istifadə edərək müxtəlif yaş təbəqələrindən olan şəxslərin hiss və emosiyalarını ələ almaqla reytinq qazanıb. Bu vaxtadək Azərbaycan teleməkanında ən reytinqli verlişlərə müəlliflik edən aparıcının yaşlı bir kişi haqda "xərəkdə gətirin, ayaqlarını da bağlayın ki, qalxmasın" sözləri auditoriyasında ona olan inamı yerlə yeksan etdi. Halbuki, yaşlı kişi öncəki kadrda gəzə bildiyini demişdi.
Bəs görəsən, aparıcıya verilən fəxri ad geri alına bilərmi?

BiG.AZ xəbər verir ki, millət vəkili Fazil Mustafa bu haqda cebhe.info-ya danışıb. Onun sözlərinə görə,cəmiyyətin də istədiyi yalandır, ağlaşmadır:

"Hamı düşüb bir jurnalistin üstünə ki, Xoşqədəm xalqı aldadır. Aldanmaq istəyən xalqın elə özüdür. Dində, tarixdə aldanmaq istəyən xalq belə proqramlarda da aldanacaq. Bizim camaat hind filmlərini böyük maraqla izləyir, onlar kədərlənmək, yalandan da olsa ağlamaq istəyirlər. Camaat hind filminə niyə baxır? Bilirlər ki, real səhnə deyil. İstəyirlər ki, yalandan da olsa, xəyali romantika yaşasınlar. Xoşqədəm yazıq reytinq üçün verliş qurub, şou yaradıb. Nə pislik edib ki? Xalqı xoşbəxt edib, ağladır. Bunun nə ziyanı var ki? Bu gün hansısa aparıcı elmi, hüquqi bir verliş hazırlasa bu qədər reytinq qazana bilərmi? Xeyr".

F.Mustafa trelekanalların bu qədər saktakarlığı təbliğ etməsini cəmiyyətin savadsızlığı ilə izah edib: "Ancaq Azərbaycanda belə saxtakarlıq etmək olar. Bu, Azərbaycan ənənəsidir. Böyük əksəriyyət bu cür verlişlərin fanatıdır. Bizimkilər kövrəlib ağlamağı, sinədöyüb qan çıxarmağı çox sevirlər. Avropa ölkələrində bu cür verlişlərin yayımına yol verməzlər. Çünki orada oxumuş insanların sayı çoxdur, onlar elmə maraq göstərirlər".

Şəxsi mövqeyindən çıxış edən F.Mustafa qeyd edib ki, telekanallar bu cür verlişlər verməməlidir: "Xoşqədəm xanım kifayət qədər ustalıqla şou göstərir. Onun işi budur. Nə qədər ki, cəmiyyətimiz inkişaf etməyəcək, belə verlişlər telekanallarda yayımlanacaq. Xoşqədəmin verlişinə inanmadığım üçün baxmıram da. Amma sizi əmin edə bilərəm ki, sabahdan Xoşqədəmin verlişlərinin reytinqi 10 qat artacaq".

F.Mustafa qeyd edib ki, telekanalların "borc"u həm də reytinq artırmaqdır. Bu məqsədlə verliş hazırlanırsa onlara maneə ola bilməzlər. F.Mustafanın sözlərinə görə, bu gün fəxri ad alanların 80 faizi heç bir ciddi işə imza atmayıb:

"Fəxri adların 80 faizi geri alınmalıdır. Xoşqədəmdən də, Zuardan da, digərlərindən də. Bu ad heç nəyi ifadə etmir. Sadəcə olaraq bir ənənədir, hamıya verilir"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 23499   Tarix: 14 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28.03.2024 280
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

Müğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar

Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə

28.03.2024 369
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28.03.2024 260
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28.03.2024 455
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0