Ölüm belə baş verir: Hamı oxusun

Ölüm belə baş verir: Hamı oxusunAqoniya - orqanizmin terminal vəziyyətlərinə aid olub, ölmənin dönən mərhələsidir. Aqoniyadan əvvəl preaqonal vəziyyət olur, bu vaxt qan təzyiqi çox düşür, xəstə huşunu getdikcə itirir, beyinin elektrik fəallığı azalır, üzv və toxumaların oksigen aclığı şiddətlənir. Preaqonal vəziyyətdən aqoniyaya keçid mərhələsi terminal pauza adlanır, bu vaxt tənəffüs birdən-birə dayanır, buynuz qişanın refleksləri sönür; bu vəziyyət bir neçə saniyədən 3 dəqiqəyə qədər davam edir.

Bundan sonra ölmənin ikinci dövrü - aqoniya başlayır. Əvvəlcə ağrı hissiyyatı itir, bütün reflekslər sönür, xəstə huşunu itirir. Xəstənin tənəffüsü zəif, seyrək ola bilər, yaxud əksinə, o maksimum nəfəs alıb tezliklə nəfəsini axıra qədər buraxıb qısa ola bilər; bu zaman tənəffüs amplitudası böyük ola bilər. Xəstə hər dəfə nəfəs alanda başı dala gedir, ağzı geniş açılır. Ürək yığılmaları tədricən yavaşıyıb, bir dəqiqədə sayı 40-20 olur, nəbz sapvarı olub əllədikdə çox çətin bilinir. Arterial təzyiq civə sütunu ilə 20-10 mm-ə düşür. Bəzən ənsə əzələlərinin rigidliyi və ümumi tonik qıcolmalar baş verə bilər. Xəstə qeyri-iradi siyir və yerini batırır. Bədənin temperaturu çox düşür.

Aqoniyanın müddəti ölümün səbəblərindən asılıdır. Travmatik şok və qanitirmə nəticəsində baş verən aqoniya dövründə dəri örtükləri mum kimi solğun olur, burun sivriləşir, buynuz qişa bulanıq olur, göz bəbəkləri genişlənir, taxikardiya baş verir. Ürək qəflətən dayandıqda xəstənin dodaqları, dəri örtükləri və bütün gövdəsi tez bir zamanda göyərir. Üzü şişir, qıcolmalar baş verir, nəbz ələ gəlmir və beyin qabığının funksiyaları itir. Xəstə qan itirdikdə, şok və ya asfiksiya zamanı aqoniyanın klinik əlamətləri göründükdə dərhal kompleks reanimasiya tədbirləri keçirmək lazımdır, birinci növbədə süni tənəffüsə başlamaq, eyni zamanda ağızdan-ağıza, ağızdan buruna hava üfürüb ağ ciyərləri ventilyasiya etmək, həmçinin ürəyi dolayı masaj etmək lazımdır. Aqoniya travmatik şok nəticəsində baş veribsə, venaya qan və plazma əvəzediciləri vurmaqla yanaşı bunları arteriyaya da vururlar.

Aqoniya vəziyyətindən çıxarılmış xəstə üzərində uzun müddət ciddi müşahidə aparmaq, ona yaxşı qulluq etmək və intensiv müalicə aparmaq lazımdır. Çünki müxtəlif səbəblər üzündən terminal vəziyyət təkrar oluna bilər. Xəstənin bədəninin dörd bir tərəfinə isitqac qoymaq, yataq yarası əmələ gəlməməsi üçün tədbir görmək, dərini dezinfeksiyaedici məhlullardan biri ilə silmək, xəstəni çevirmək, yataq ağlarını və alt paltarı dəyişmək, xəstəni yedizdirmək və içizdirmək lazımdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4554   Tarix: 07 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 199
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yayımlanan videoda Akopyanın kiçi

24.04.2024 702
.

"18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil

Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin

12:24 103
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə BİG.AZ-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo

24.04.2024 323
.

Yamayka Fələstini dövlət kimi tanıyıb

Yamayka Fələstini rəsmi olaraq dövlət kimi tanıdığını açıqlayıb. xəbər verir ki, bu barədə Yamaykanın xarici işlər naziri Kamina Conson Smit bildirib. "Yamayka uzun müddətdir davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi iki dövlətli həll yolunu müdafi

24.04.2024 239
.

İsrail ordusu Livanın cənubuna intensiv hava zərbələri endirib

İsrail ordusunun Livanın cənubundakı qəsəbələrə eyni vaxtda intensiv hava hücumu təşkil etdiyi bildirilib. xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusuna məxsus döyüş təyyarələri Livanın cənubunda ən azı 13 dəfə 4 nöqtəni vurub. İsrail döyüş təyyarələrinin hədə

24.04.2024 226
.

"Bu uğur İlham Əliyev tərəfindən müəyyən edilmiş diplomatiyamızın qələbəsidir" - Politoloq

Azərbaycan-Ermənistan sərhədində ilk dirək yerləşdirilib. Politoloq Elşən Manafov -a bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhəd xətlərinin müəyyən edilməsi istiqamətində uzun müddət aparılan danışıqlar demarkasiya proseslərinin həllində ilk ciddi uğurla nəticələnmişdir:. "Bu uğur il

24.04.2024 377
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 83
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24.04.2024 975