"Özünün olmayan milyonluq üzük şəkli paylaşır, kasıba acıq verir" - Tolik müğənnilərə

Prodüser Tarix Əliyev BiG.AZ-a açıqlamasında müğənniləri tənqid atəşinə tutub.

BiG.AZ xəbər verir ki, bəzi müğənnilər gündəmdə qalmaq üçün yalandan gah ərə gedirlər, gah boşanırlar, gah da arvad alırlar:

"Yalançı toylar, filan. Artıq insanlar da belə şeylərdən bezib . Belə xəbərlərlə mən gündəmə gəlmək istəmirəm. İstəyirəm ki, insanların yadında xeyir işlərimlə yadda qalım. İstəmirəm məni söysünlər, o mərhələni keçmişəm mən. 15 ildir bu sahədəyəm, çox adamı tanıdım. İlhamə Quliyevanın ölümündən sonra bəzilərini daha yaxşı tanıdım. İndi onları görəndə salam vermək istəmirəm. Şou-biznes aləminin bəzi saxta müğənnilərindən hörmət istəmirəm. Dünən çıxan müğənni mənə hörmət etmirsə, o mənə maraqlı da deyil. Elələri heç özü də hörmətli insanlar deyil. İlhamə xanımın ölümündən sonra, özümə söz verdim ki, bu həyatdan elə getməliyəm ki, insanlar mənə rəhmət oxusunlar. Amma İlhamə Quliyeva həyatda pis insan olmayıb. Onun aqressiyası ətrafında olan insanların ona münasibətindən olub. Şou-biznesdə İlhamənin yeri görünür".

Tolik vurğulayıb ki, müğənnilər toydan başqa bir şey düşünmür:

"Müğənnilərin yeni ideyaları yoxdur, klip çəkdirmirlər ki, pul yoxdur. Yalnız düşündükləri toydur. Sənətdən, klipdən çox ancaq toy düşünürlər. Toya gedim pulumu qazanım vəssalam. Son ərəfədə Heydər Əliyev sarayında konsert edən müğənniləri sayaq: Röya Ayxan, Elnarə Abdullayeva, Nuri, indi də Faiq Ağayev neçə illik fasilədən sonra. Deyirlər ki, indi mən durub 50 min verib konsert edəcəyəm? Deməli, bu müğənnilərin xalqa olan inamı yoxdur ki, xalq mənim konsertimə 20-30 manat verib bilet alacaq".

Tolik sosial şəbəkədə paylaşım edən müğənniləri də tənqid atəşinə də tutub. O, bildirib müğənnilər firavan həyat tərzini paylaşması heç də doğru deyil:

"Bəzi müğənnilərin sosial şəbəkədəki paylaşımları ilə izləyicilərini bezdirir. "Ağzın açır, şəkil qoyur, ağzın yumur, şəkil qoyur, kasıblara acıq verir. Sağ əlini yuxarı qaldırır, barmağındakı üzük göstərir, heç öz üzüyü də deyil. O üzüyün bir milyon qiyməti var, yazır ki necədir? Ayaqqabısının şəkilini qoyur. Axı bu gün Azərbaycanda yaşayan insanları fikirləşməliyik. Sosial durum o qədər də ürəkaçan deyil. İnsanların problemləri var. Bunları düşünmək lazımdır".

Mirvari Nəcəf

"Özünün olmayan milyonluq üzük şəkli paylaşır, kasıba acıq verir" - Tolik müğənnilərə"Özünün olmayan milyonluq üzük şəkli paylaşır, kasıba acıq verir" - Tolik müğənnilərə


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3375   Tarix: 20 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Dünyaya uşaq gətirmək vacib deyil"

"Sevinirəm ki, Fətulla (qardaşının övladı - red.) ailəni tək idarə edir. Dünyaya uşaq gətirmək vacib deyil". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Zaurla Günaydın" verilişində deyib. Müğənni ailəsindən danışıb:. "Fətulla uşaq idi, çılğın, hər şeydə

26.03.2024 517
.

"O qədər səhvlər etmişəm ki..."

"Mən səhv tutmağı sevmirəm. Səhvi olmayan insan natamamdır. O qədər səhvlər etmişəm. Bu gün onlar məni Aytən Səfərova edib". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Zarafat bir yana" verilişində deyib. O bildirib ki, efirdə hər zaman qadınları müdafiə edir: . "Hə

26.03.2024 597
.

Aparıcı "Niva" ilə Bakıdan Çinə gedir

Aparıcı Fərid Rəsul maraqlı bir addım atıb. Axşam.az xəbər verir ki, "Yenə adi günlərdən biri" adlı layihə edən Fərid "Niva" markalı maşınla Bakıdan Çinə yola düşüb. Fərid bundan əvvəl Avropadan İran vasitəsi ilə Çinə getməyi plnlaşdırıb. Amma İran sərhəddində onu buraxmadıqları üçü

25.03.2024 843
.

Aygün Bəylərin məzarından yeni görüntülər - VİDEO

Əməkdar artist Aygün Bəylərin məzarından yeni görüntülər yayılıb. xəbər verir ki, onun məzarı bir gənc tərəfindən təmizlənərək, səliqəyə salınıb. Paylaşıma "Aygün Bəylər, səni də unutmadıq" şərhi yazılıb. Muğam ifaçısı yanvarın 6-da Ankarada müalicə aldığı xəstəxanada vəfat edib. O, uzun müddə

24.03.2024 982
.

"Yalı çapkını"nda gözlənilməz ayrılıq - Foto

"Yalı çapkını" serialında növbəti ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə aktrisa Binnur Kaya vida edəcək. O, layihədə "Nükhet" obrazına həyat verir. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır

24.03.2024 590
.

"Deyirlər ki, Nüşabə oğlu yaşda kişiyə ərə gedib"

"Mən 1967-ci ildənəm. Ərim Rza bəy isə 1974-ci ildəndir. Yəni mən ərimdən 7 yaş böyüyəm". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Xeyirli axşamlar" proqramında deyib. Müğənni həyat yoldaşı ilə aralarında olan yaş fərqinin tənqid edilməsinə cavab verib:

13:12 717
.

"Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"

"Bütün verilişləri izləyirəm. ATV-də baş redaktor olmuşam, alışqanlığım var: bütün verilişlərdən xəbərim olmlıdır. "Bizimləsən" uzun illərdir yayımlanır. Zaur və komandasının yardım etdiyi qədər xəstə heç bir proqramda olmayıb". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Günay Baxşəliyev

26.03.2024 603
.

Xanımı Kadir İnanırın son vəziyyətini açıqladı

"Təbii ki, hələ də yorğundur, zamana ehtiyacı var. Ziyarətimdə məni tanıması, əlimdən tutması kimi müsbət reaksiyaları oyanış prosesinin davam edəcəyinə ümid verdi". "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Kadir İnanırın 23 illik həyat yoldaşı Jülide Kura

28.03.2024 505
.

Zaranın formada qalma sirri

Türkiyəli müğənni Zara formada qalmasının sirrini bölüşüb. Axşam.az xəbər verir ki, sənətçi müsahibəsində 9 kiloqram çəki atmasından danışıb:. "Tərəvəzli yeməklər yeyirəm. Günəş batandan sonra qidalanmıram. Həftənin 3 günü idman edirəm. Ən vacibi də stressdən uzaq dururam"

27.03.2024 737