
Tanınmış müğənni Zamiq Hüseynovun BiG.AZ-a müsahibəsini təqdim edirik:
- Zamiq, yeni mövsümdə səndən hansı yenilikləri gözləyək?
- Yeni mahnı və kliplərimlə yanaşı konsert də verəcəyəm. Həm də ki, artıq dizaynerliklə məşğul oluram, öz geyimlərimi hazırlayıram. Yeni bir ideyam var, onu həyata keçirəcəyəm. Təbii ki, bu da musiqi ilə bağlı olan bir layihədir.
- Zamiq,yay bitdi, istirahətin necə keçdi? Deyirlər ki istirahətə ən çox pul xərcləyən məşhurlardansan ...
- Bir dəfə yaşayıram axı ... Allah hamıya imka , çoxlu pul yetirsin. Həm qazanaq, həm də ki, gəzib, dincələk. Bəli səyahət etməyi çox sevirəm.
- Dünyanın neçə ölkəsində olmusan?
- 20-yə yaxın ölkədə olmuşam. Dəqiq sayını xatırlamıram.
- Ailə həyatı qurmağa hazırlaşırsanmı?
- Hələki yox. Ailə qurmaq barədə düşünmürəm.
- Həyatında sevgi yoxdurmu?
- Sevgilim yoxdur. Nə vaxtsa olub, indi yoxdur.
- Ümumiyyətlə necə bir xanımla ailə həyatı qurmaq istəyərdin?
- Necə qadın olacağını təsəvvür etməmişəm. Amma təbii ki, baxımlı və gözəl olmalıdır. Həm də ki, ürəyi gözəl olmalıdır. Onun baxışı, gülüşü, danışığı məni təsirləndirməlidir.
ƏFRUZƏ AĞAYEVA

