Lənkəranski barədə ŞOK FAKTLAR: "Hayalet" adamı...

Lənkəranski barədə ŞOK FAKTLAR: "Hayalet" adamı...Türkiyənin "Sabah" qəzeti bugünkü buraxılışında azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin qətlə yetirilməsi ilə bağlı geniş yazı dərc edib.

BiG.AZ xəbər verir ki, yazıda Lənkəranski ilə bağlı maraqlı faktlar yer alıb. O, yazını təqdim edirik:

Məqalədə qeyd edilir ki, beynəlxalq mafiya hesablaşmasının son sui-qəsdi İstanbulda baş verdi. Öldürülməsi üçün başına 5 milyon dolar mükafat qoyulan "Hayalet" adlı azərbaycanlı "qanuni oğru" Rövşən Caniyev 2013-cü ildə İstanbulda işlənən və təşkilatçısı olaraq göstərildiyi bir qəsdin üçüncü il dönümündə atəşə tuş gələrək avtomobilində qətlə yetirildi. İstanbul polisi faktla bağlı istintaqa başlayıb.

2013-cü ildə lüks bir villanın hovuzunda baş vermiş sirli cinayətin qatili olaraq axtarılan iki şübhəlidən birinin qətlə yetirilməzdən öncə Caniyevin yanında olduqları ortaya çıxdı. Faktla bağlı iki şübhəli yaxalandı. Canıyevin qətlinin tarixi cinayətin intiqamı olduğu üzərində köklənən istintaq orqanları hazırda üç ildə baş vermiş qətllərin şifrələrini çözməyə çalışır.
Rövşən Lənkəranskinin öldürüldüyü cinayət yerinə gələn polislər Cumhuriyyət Prokurorluğuna məlumat vermək üçün cəsədin üzərində tapdıqları sənəddə onun adı Rövşən Əliyev kimi qeyd edilmişdi. Fəqət sənəd saxta idi. O, beş güllə ilə öldürülən Azərbaycan vətəndaşı idi. Həm də tanınmasını istəməyən bir adam idi. Qısa müddətdə cəsədin gerçək kimliyi ortaya çıxdı: Rövşən Canıyev...

41 yaşlı Caniyev Azərbaycan, Ukrayna və Rusiyada "Hayalet" ləqəbli ilə tanınan və mafiya qrupları ilə çox yaxın əlaqələrə malik rəhbər idi. O, ilk cinayətini 1996-cı ilində işləmişdi. Öldürülməsi üçün 5 milyon dollar mükafat qoyulan, İnterpol (Beynəlxalq Polis Təşkilatı) tərəfindən axtarılan "qanuni oğru"nun ləqəbi, dünyaya gəldiyi Azərbaycanın Lənkəran şəhərinin adından götürülmüş Lənkəranski idi.

Son illər "Hayalet" kodu adıyla tanınan, gizli "CV"-sində atasının qatilini məhkəmə salonunda öldürən adam yazan Canıyev 2001-ci ildə sərbəst buraxıldıqdan sonra onun adı çoxlu sayda cinayət və sui-qəsddə hallandırılırdı. Öldürülməsindən bir həftə öncə Türkiyəyə gizli yolla gəldiyi sübut edildi.

Polis kamera qeydlərini müşahidə etdi. Gecənin qaranlığında yoxa çıxan sui-qəsdçilərin izinə düşən İstanbul polisi müəyyən etdi ki, sui-qəsdi həyata keçirdikdən sonra olay yerinə gəldikləri avtomobili tərk edərək cinayət yerindən maşınsız qaçan üç killer avtomobili Antalyadan kirayələyib. Kirayə götürülən avtomobilin kimə məxsus olduğunu araşdıran 3 nəfərlik polis qrupu qaçan sui-qəsdçilərin kimliklərini müəyyənləşdirmək və izlərinə düşmək üçün vaxt itirmədən Antalyaya göndərildi.

Bu arada, istintaq başqa faktları da araşdırıb. Məsələ burasındadır ki, 2013-cü ilin yanvar ayında kürd mafiya lideri "Ded Hasan" ləqəbli Aslan Usoyanın Rusiya paytaxtı Moskovadakı restoranlardan birinin önündə öldürülməsi hadisəsi də bu cinayətlə bağlı ola bilər. Çünki bu hadisədə Rövşən Caniyev müqəssir bilinirdi.

"Ded Hasan" qrupunun Rövşen Caniyevi öldürməsi üçün 12 killer tutduğu iddia edilirdi. Öldürülməsi üçün Caniyevin başına 5 milyon dollar pul mükafatı qoyan da "Ded Hasan" qrupu idi.

Əvvəlcə Rövşən Caniyevin adamları onun haqqında 2013-cü ildə "Türkiyədə öldürüldü" şayiəsini yaydılar. Caniyev artıq "Hayalet" kodu adı ilə yada salınırdı. Və saxta sənədlə gizlənirdi.

Bununla yanaşı, İstanbulda altı silahlı şəxs Caniyevin məhbəs dostu, azəri iş adamı Əli Həmidova da hücum edib onu güllələmişdilər. Bu hadisədə də Caniyevin adı hallanırdı.
İddialara görə, Caniyev keçmişdə birlikdə qumarxana işlətdiyi və borclarını ödəməyərək böyük miqdarda faiz borcu ilə Türkiyəyə qaçan Əli Həmidovun izini Cəfər adlı keçmiş MTN-çinin yardımı ilə Türkiyədə tapıb. Və 2013-cü ildə yenə onun köməyi ilə keçmiş şərikini qətlə yetirib.

"Ded Hasan" və Həmidovun sirr dolu qətllərinin ortaq nöqtələrindən biri, eyni şəxsin cinayətlərdə əlbir olmasıdır. Bu şəxsin "qanuni oğru" Rövşən Caniyev olduğu iddia edilir. Polisdə Caniyevin 2013-cü ildə öldürülən Əli Həmidov cinayətinin intiqamı üçün qətlə yetirilməsinə dair şübhələr var. O tapıntılardan biri, cinayətlərin tarixləridir – Caniyev Əli Həmidovun ölümünün üçüncü ildönümündə - avqustun 18-də qətlə yetirilməsidir.
Bununla yanaşı, Caniyevin istifadə etdiyi avtomobilin sahibinin Əli Həmidovun ölüm işinə görə axtarılan şəxslərdən biri olduğu üzə çıxdı. Beləcə, Caniyevin 3 il əvvəl öldürülən Əli Həmidovun intiqamı üçün Həmidovun adamları tərəfindən öldürülməsi ehtimalının da fakt olması araşdırıldı.

Cinayətkar qrup Rövşən Caniyevin Türkiyəyə gəlişindən 1 ay əvvəl qardaş ölkəyə gəliblər. Onlar sui-qəsddən 1 həftə öncə "Köstəbək" ləqəbli şəxsdən Rövşən Caniyevin Türkiyəyə gələcəyi barədə məlumat əldə ediblər. İlk olaraq Antalyaya gedən sui-qəsdçilər orada kirayə götürdükləri bir avtomobillə İstanbula gəlib. Avtomobilə saxta dövlət nömrə nişanı taxan silahlı qatillər qətli gerçəkləşdirdikdən sonra qaçıblar.

Qeyd edək ki, hazırda faktla bağlı istintaq davam edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6693   Tarix: 03 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 381
.

17 yaşlı gimnast meningitdən vəfat edib

İspaniyalı batut gimnastı Maria Herrance Qomez 17 yaşında meningit xəstəliyindən dünyasını dəyişib. xəbər verir ki, bu barədə idmançının məşq etdiyi "Kabanillas del Kampo" şurasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, şəhərdə matəm elan edilib, bütün sosial və mədəni tədbirlər ləğ

18.04.2024 604
.

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi dəyişdirildi

İsveç Parlamenti, biri cinsiyyətin dəyişdirilməsi üçün minimum yaş həddi 18-dən 16-ya endirilən və digəri isə əməliyyata girişi asanlaşdıran iki yeni qanun qəbul edib. xarici mediaya istinadən xəbər verir ki, İsveç Parlamentində altı saat davam edən qızğın müzakirələrdən sonra qanun layihələri lehin

18.04.2024 331
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 365
.

Qəzzada ölənlərin sayı 33970-yə çatıb

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33970-yə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 195 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamaya görə, İsrail ordusunu

18.04.2024 156
.

"Trans yağların yaratdığı bütün zərərli təsirlərdən qorunmağın ən asan üsulu balanslı qidalanmaqdır" - Qida eksperti

Azərbaycan bu ildən etibarən trans yağ turşuları ilə mübarizə sahəsində görülən işlərlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan "Ölkələrin Qiymətləndirmə Aləti"ndə 2-ci səviyyədən 3-cü səviyyəyə yüksəlib. Qida eksperti Fərid Səfərov -a bildirib ki, süni trans yağ maye yağları

18.04.2024 481
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 160
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 207
.

"Valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Gülnar Orucova bildirib ki, valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır. Validey

18.04.2024 380