Hitlerlə bağlı yeni faktlar ORTAYA ÇIXDI: Şokoladlı bomba...

Hitlerlə bağlı yeni faktlar ORTAYA ÇIXDI: Şokoladlı bomba...Faşist Almaniyasının rəhbəri, XX əsrin ən qəddar diktatorlarından olmuş Adolf Hitlerlə bağlı bir sıra faktlar üzə çıxıb.

BiG.AZ xəbər verir ki, araşdırmaçıların media vasitəsilə ictimaiyyətə təqdim etdikləri məlumatların nəticələrində bəzi maraqlı məqamlar yer alıb.

Adolf Hitlerin Amerika sahibkarlarına münasibəti mənfi idi. Amma Adolf amerikalı ixtiraçı Henri Fordun idarəçilik qabiliyyətinə, həmin dövrdə çətin görünən iqtisadi uğurlarına o qədər heyran olmuşdu ki, öz nitqlərində amerikalı iş adamının adını vurğulayır, hətta onun şəkillərini saxlayırdı. Bununla yanaşı, Hitler hər il Fordun doğum günlərində ona hədiyyələr göndərirdi.

Faşist Almaniyasının lideri SSRİ paytaxtı Moskvanın bütün sakinlərini məhv etməyi
planlaşdırırdı. Əgər almanlar 1941-ci ilin qışında SSRİ-nin paytaxtını ələ keçirsəydilər, Moskvanın ərazisində böyük su anbarı, yaxud süni göl inşa ediləcəkdi.
İngilis və amerikalı hərbçilər Hitlerin sevimli generalı, sonralar feldmarşal rütbəsinə ucalmış Ervin Rommeldən qorxur, Şimali Afrikadakı hərbi uğurları ilə şöhrət qazanmış ali rütbəli alman zabitindən ehtiyatlanırdılar. Antihitler koalisiyasının üzvləri "Səhra tülküsü" ləqəbli Rommelin fotolarını hərbi qərargahın divarlarından, gəmilərdən asaraq "Bu adam təhlükəlidir" sözlərini yazırdılar. Məhz bu general Hitlerin bütün yəhudi əsirlərini məhv etmək barədə göstərişini rədd etdi. Maraqlı cəhət burasındadır ki, Hitler marşalın bu addımına göz yummuşdu.

Almaniyanın qəddar diktatoru həkimlərə inanmır, bədən ölçüsünün sirli qalması üçün dərzilərə də müraciət etmirdi. Buna görə də fürerin yeni paltarlarını köhnələrin ölçüsündə tikirdilər.

Hitler 1942-ci ildən intihar etdiyi günədək narkotik maddələrdən istifadə edirdi. Sonralar məlum oldu ki, o, əsirlərə və girovlara qarşı vəhşilik etmələri üçün alman əsgərlərinə də narkotik maddələrdən istifadə etməyə icazə verib.

İraq prezidenti Səddam Hüseynin gizli bunkerinin layihəsini hazırlayan şəxs Adolf Hitlerin bunkerinin sxemini hazırlayan qadının nəvəsidir.

Məşhur "Time" jurnalı 1938-ci ildə Hitleri "İlin adamı" elan etmişdi.
Almaniyanın füreri ictimai yerlərdə papirosun reklam edilməsini qadağan etmişdi. Bu, Avropada ilk qadağa idi. Hitler papiros çəkmir, kabinetində, öz yanında da kiminsə papiros çəkməsinə icazə vermirdi.
İnsanlara qarşı qəddar olan diktator heyvanlara qarşı olduqca mülayim idi. Hitler heyvan ətini yemir, Almaniyada heyvan ovunun maksimum məhdudlaşdırılmasına çalışırdı.

O, yaşıllıqların məhvinə, ağacların kəsilməsinə qarşı çıxırdı. 1936-cı il Berlində keçirilmiş Olimpiya oyunlarının qalibləri Hitlerdən hədiyyə olaraq palıd ağacının şitillərini aldılar. Hitler elə həmin Olimpiadada qalib gəlmiş zəncinin əlini sıxıb onu təbrik etməkdən imtina etmişdi. İrqçi fürerin bu hərəkətinə məhəl qoymayan idmançı "Mən bura alman fürerinin əlini sıxmağa yox, qalib gəlməyə gəlmişdim", – atmacası ilə reaksiya bildirmişdi.

Hitlerin də Stalin kimi sülh üzrə Nobel mükafatı nominasiyasına namizədliyi irəli sürülmüşdü.
Faşist Almaniyasının rəhbəri şirin dadı sevirdi. O, qadın xəttinə malik idi. Bəziləri hətta Adolfun homoseksual olmasından şübhələnirdilər.

Çörçil Hitlerin məhvi üçün Xüsusi Əməliyyat İdarəsi adlı məxfi qurup yaratmışdı. Bu qrupda xüsusi təlim görən ingilis, çex, slovak əsgərləri Adolfun aradan götürülməsi üçün gizli əməliyyata hazırlaşırdılar. Elə Hitler də Çörçili fiziki cəhətdən məhv etməyi planlaşırırdı. Bu əməliyyat partlayıcı maddənin şokoladın içinə yerləşdirilməsilə reallaşmalı idi. Lakin sui-qəsd planı alınmadı.

Hitler "Məhv olmuş irqlər" muzeyində nümayiş etdirilmək üçün tarixə satqın düşmüş bəzi yəhudilərə aid faktları, fotoları böyük həvəslə yığırdı./publika.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2442   Tarix: 03 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693