"Əməkdar artist Röya efirə içkili çıxıbsa..." - MTRŞ işə qarışdı

"Əməkdar artist Röya efirə içkili çıxıbsa..." - MTRŞ işə qarışdı"Bu gün və bazar ertəsi qeyri iş günü olduğundan "Xəzər" televiziyasında yayımlanan əməkdar artist Röyanın da qatıldığı "Nəsib olsa" verlişində qanunsuzluğa yol verilməsi və qeyri-etik ifadələr işlənməsi ilə əlaqədar MTRŞ tərəfindən monitorinq aparılacaq".

BiG.AZ xəbər verir ki, bu sözləri Sonxeber.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev deyib.

Onun sözlərinə görə, proqramda qayda pozuntusu aşkar edildiyi halda Milli Televiziya və Radio Şurası tərəfindən arayış təqdim olunacaq. Verilişdə qanunsuzluğa yol verildiyinə görə bu məsələ müzakirə predmeti olacaq.

MTRŞ rəsmisi əlavə edib ki, televiziyalarda proqramlar yayımlandığı vaxtdan bir gün sonra MTRŞ yayımlanan proqramlarda qanunsuzluq olub -olmaması ilə bağlı monitorinq aparır.

"Ümumiyyətlə MTRŞ tərəfindən gün ərzində efirdə yayımlanan proqramlarda qayda pozuntuları olması ilə bağlı hər gün bütün kanalların efirinin monitorinqi aparılır. Nəticələr ümumiləşdirildikdən sonra müvafiq addımlar atılır" - Q.Cəbiyev vurğulayıb.

Qeyd edək ki, ötən gün müğənni Röya Ayxan "Xəzər" televiziyasında ilk efir günü yayımlanan "Nəsib olsa" verilişinin qonağı olub. Müğənni proqramda tez-tez aparıcının sözünü kəsib, qonaqlara replikalar atıb və hədiyyə qutusuna təpik vurub.

Röya öncə onun adı yazılan gül qutusunu təpikləyib. O, "Məhəbbət, ehtiras... Kamal, bas bağla. Harada kişi varsa, orada ehtiras var. İnsanlar qayğı içindədir. Onlara sevgi, ehtiras lazımdır", - deyə bildirib.

Müğənni daha sonra aparıcı Zaur Kamalla danışan aparıcının sözünü kəsib. O, deyib ki, Zaur qocalmır. O, harada yatır? Soyuducuda necə dərəcədə qalır ki, qocalmır? 10 ildir ki, səhnədəyəm. Zauru uşaqlıqdan izləyirəm. Zaurdan soruşmaq istəyirəm ki, nə zaman öləcək?"

Röyanın bu addımı birmənalı qarşılanmayıb. Bəzi sosial şəbəkə istifadəçiləri onun efirə içkili çıxdığını iddia edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 18851   Tarix: 24 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 460
.

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb. Bildirilib ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri Ruslan Həsənov və Elşən Manafov saxlanılıblar. Həmin şəxslərdə

17:00 0
.

Ağcabədidə avtomobil piyadanı öldürüb

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb. APA xəbər verir ki, Tahir Hüseynov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Şahin Cəfərovu vurub, daha sonra yol kənarında dayanmış VAZ-2106 markalı avtomobilə çırpılıb. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağl

15:16 0
.

Diqqət! Bakıda bu saatlarda geomaqnit qasırğası olacaq - Bunları edin...

Bu gün Yerdə geomaqnit qasırğası olacağı proqnozlaşdırılır. Bakıda qasırğa günorta saat 12:00-dan etibarən öz təsirini göstərməyə başlayacaq və 21:00-dək davam edəcək. xəbər verir ki, bu barədə məlumat Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının saytında yer alıb. Geomaqni

10:11 290
.

Cavanşir Məmmədov vəfat etdi - Yenilənib

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib. Axşam.az-ın məlumatına görə, 70 yaşlı müğənni bu gün qəfil ürəktutmasından dünyasını dəyişib. Xəbəri Axşam.az saytına onun duet ortağı Firuzə İbadova təsdiqləyib. *. Müğənninin ölümü ilə əlaqədar Axşam.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib:. "Əməkda

13:23 1337
.

Britaniyanın Baş naziri Sunak: "İsrail-İran gərginliyinin artması heç kimin xeyrinə deyil"

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, İranın keçən həftə hava hücumundan sonra İsrailin şübhəsiz ki, özünü müdafiə etmək hüququ var, lakin gərginliyin artması heç kimin xeyrinə deyil. xəbər verir ki, Sunak paytaxt Londonda "Center for Social Justice" beyin mərkəzindəki çıxışınd

19.04.2024 245
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19.04.2024 654
.

Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı - CANLI YAYIM

Əməkdar artist Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlanıb. -ın məlumatına görə, o, Yasamal qəbiristanlığında dəfn ediləcək. Onun nəşi ekspertiza üçün Respublika Klinik Xəstəxanasına aparılıb, sonra isə Göy məscidə göndəriləcək

14:06 466
.

İsrail əsgərləri 3 fələstinlini yaralayıb

İşğal altındakı İordan çayının qərb sahilində Nablus şəhərinin Beyta qəsəbəsində baş verən hadisələrdə İsrail əsgərləri 3 fələstinlini yaralayıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail əsgərlərinin Beyta qəsəbəsində ikisi uşaq olmaqla 3 fələstinlini yaraladığ

12:30 103