Şəbnəm hamiləliyini etiraf etdi: "Öz əmimoğlumdur, onunla eyni evdə..."

Şəbnəm hamiləliyini etiraf etdi: "Öz əmimoğlumdur, onunla eyni evdə...""Bəli, Hacı Rafiq mənim ərimdir, tezliklə oğlumuz olacaq".

Bu sözləri müğənni Şəbnəm Əsədova (Tovuzlu) şəxsi həyatı barəsində yayılan son, ilginc məlumatlarla bağlı müsavat.com-a açıqlama verərkən bildirib. Müğənni barəsində yayılan məlumatları hiddətlə qarşılayıb:

"Mənim şəxsi həyatım nə yaman bəzilərinin gözünü çıxardıb?! Ay bala, ailə qura, uşaq doğa bilmərik? Bu günün gündəmi Şəbnəm olub? Başqa mövzu yoxdur yazmağa? Başa düşə bilmirəm, nə istəyirlər məndən? Efirə də çıxa bilmirəm bunların əlindən, efirlərdən imtina edirəm artıq son vaxtlar. Evdə mənim ata-anam var, özüm də ailəliyəm. Ərimi reklam etməliyəm hamıya?

Bəli, hamiləyəm, uşaq doğmaq qadının peşəsidir də. Təbii ki, ərim də ailəm də, əslim-köküm də var, göbələk deyilik ki, yerdən çıxmış olaq.

Famil mənim ilk həyat yoldaşım olub, mehribançılıqla ayrılmışıq. Bu, çoxdan olub, 4-5 il bundan əvvəl. Mən artıq ikinci dəfə həyat qurmuşam, o da öz əmimoğludur. Yəni, Hacı Rafiq mənim yoldaşım, öz əmimoğludur, əsli-kökü də tovuzludur. Kim deyir ki, o, beyləqanlıdır?"

Müğənni həyat yoldaşının ailəli, 3 övladı olduğu barədə şayiələrə də aydınlıq gətirib:
"Bəli, ailəli olub, ayrılıb, övladı da yoxdur. Onunla 4 ildir ki, ailəliyik. Nikahımızı toy kimi, banket şəkilində, 60-70 nəfərlik etmişik, gəlinlik də geyinmişəm. Lakin mediaya bu barədə məlumat verilməyib. Amma mən indi məcburam ki, o nikah şəkillərindən yayım, yoldaşımın üzü görünməsə də. Qoy bir-ikisi sakit olsun...

Deyirlər ki, 45 yaşı var. Adamın 40 yaşı yoxdur heç, yeni doğulacaq körpəsini gözləyir".

Şəbnəm Tovuzlu mətbuatdakı yazılarda ərinin başqası ilə səhv salındığını da qeyd etdi:
"Yazılarda qeyd olunan başqa Hacı Rafiqdir. Mənim yoldaşımın obyektləri "Memar Əcəmi"də deyil, "Tarqovı"da, "İçərişəhər"də və Moskvada var. O, Surqutda yaşayan adam olub. Bizim müğənnilərin çoxunun birinci ailəsi dağılıb, sonra da ailə qurub, burda nə var ki. Bizim də uşağımız olacaq, əsilli-köklü adamıq.

Həyat yoldaşım iki ildir Həcc ziyarətinə gedib-gəlib, din adamıdır. Başqa bir Hacı Rafiq də var.
Ola bilsin ki, o adam bir qədər məşhurdur deyə, onunla səhv salınıb. Bəli, o adamın övladları var, özü də beyləqanlıdır. Mənim yoldaşım o deyil. Hacılar min dənə var, elə Hacı Rafiq də var...

Bu cür şayiələrin yayılmasında evimə gəlib-gedən 4-5 adamdan şübhələnməyə başlamışam. Artıq onların da ayağı kəsiləcək mənim evimdən və gələ bilməzlər.

Baxın, rəqqasə Fatimə xanımın övladının atasını tanıyırsız? Əlbəttə ki, yox, amma gündəmdə deyil. Bəs niyə məhz mən? Deməli, aralarda gözü götürməyənlər, satqınlar var".

Qeyd edək ki, bir müddət bundan əvvəl keçmiş MTN qalmaqalında adı hallanan müğənni Şəbnəm Əsədovanın (Tovuzlu) şəxsi həyatı ilə yayılan yeni, ilginc məlumatlar mətbuatda, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Belə ki, Qafqazinfo.az saytının yazdığına görə, müğənni Rafiq adlı şəxsdən hamilədir. Onların vətəndaş nikahında yaşadığı bildirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 34106   Tarix: 23 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761