"Mənimlə Həccə getsələr, sağ-salamat qayıdacaqlar"

"Mənimlə Həccə getsələr, sağ-salamat qayıdacaqlar"Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası, keçmiş deputat hacı Qalib Salahzadə bir neçə ay əvvəl demişdi ki, 28-ci dəfə Həcc ziyarətinə yollanacaq.

BiG.AZ xəbər verir ki, musavat.com 1990-cı ildən bəri davamlı olaraq Həccə gedən sabiq deputatın bu dəfə də ziyarətə gedib-getmədiyini aydınlaşdırmaq üçün onunla əlaqə saxlayıb.

Qeyd edək ki, elə bu gün (12 sentyabr-red.) azərbaycanlı zəvvarlar hacı adını qazanıblar. Telefon zənginə cavabından bəlli oldu ki, 28-ci dəfə Həcc ziyarətinə getmək ona müyəssər olmayıb. Q.Salahzadə bunun səbəbini konkretləşdirmədi:

- Evdə bir problem oldu, ona görə də gedə bilmədim. Amma Allah qoysa, Həccdən qayıtsınlar, mən ayın axırında Ümrəyə gedəcəyəm. Həccə gedənləri izləyirəm. Şükürlər olsun ki, hər şey qaydasındadır. Bizim zəvvarlar bu gün Hacı adını qazandılar. Təbrik edirəm. Allah getmək istəyənlərə də qismət eləsin!

- Bildiyimizə görə, siz bu vaxta kimi 500 nəfəri şəxsi hesabınıza Həcc ziyarətinə göndərmisiniz. Bu dəfə özünüz gedə bilməsəniz də, kimisə ziyarətə göndərdinizmi?

- Yox. Özüm ki, getmədim, ona görə də başqaları getmək istəmədi. Düzünü deyim ki, camaat deyir, özün gedəndə bizi apar (gülür). Elə bilirlər ki, mən gedəndə guya bunlara heç bir şey olmayacaq, sağ-salamat qayıdıb gələcəklər. Mənə o qədər inam var ki. Deyirəm, əşi, gedin də ziyarətə. Deyirlər, yox, yox, sən gedəndə biz də gedərik. Mən, ümumiyyətlə, kiməsə yaxşılıq edəndə, kömək eləyəndə bunu özümə fəxr bilirəm. Belə işlər görəndə, necə deyərlər, özüm-özümdən razı qalıram. Belə əməllər adama ruh yüksəkliyi verir. Kimsə razı qalır, dua edirsə, bu, mənə bəsdir.

- Bəs, planlaşdırdığınız ziyarətə gedə bilməməyiniz əhvalınızı korlamadı ki?

- Yox. Elə şeylər var ki, onun detallarını açıqlamaq istəmirəm. Allah qoysa, vaxtı çatanda deyərəm. Amma mən bütün gün ərzində xəbərləri izləyirəm, Məkkəyə, Mədinəyə baxıram. İndi ziyarətdə olanlara həsəd aparıram ki, maşallah, nə yaxşı getdilər. Bu, tamam başqa şeydir, heç nə ilə ölçülən hiss deyil.

- Bəzən deyirlər ki, ölkədə müəyyən problemlər var deyə, Həcc ziyarətinə sərf olunan vəsait Azərbaycana xərclənsə, həm ölkə, həm insanlar qazanar, həm də bunun savabı böyük olar. Belə fikirlərlə razılaşmaq olarmı?

- Qəti şəkildə. Birincisi, ölkədə heç bir çətinlik yoxdur. Kimlər ki, deyir, ölkədə problemlər var, dedikləri boş şeydir. Mən yaltaq adam deyiləm ki, kiməsə xoş gəlmək üçün danışım. Heydər Əliyevhakimiyyətə gələndən sonra günü-gündən - demirəm ki, aydan-aya - insanların güzəranı yaxşılaşıb. Allah ona qəni-qəni rəhmət eləsin. Hörmətli cənab prezident İlham Əliyev gələndən sonra da günbəgün insanların vəziyyəti yaxşılaşır. Təkcə yaşadığım Bilgəh kəndində bu gün 200 adama, qaçqına, şəhid ailəsinə qurban payı verilib. Bu, hələ siyahı ilə verilən paylardır. İmkan olmasa, bunu necə vermək olar? Maştağa kəndində isə deputat Eldar Quliyev 800-ə yaxın adama qurban əti paylayıb. Mən hələ bildiklərimi deyirəm, Nardarandan xəbərim yoxdur.

- Yəqin siz də qurbanlar kəsibsiniz...

- (Gülür) Əlbəttə. Qurban olum Allaha, mən nə edirəmsə, heç dilə gətirmirəm. Eldar Quliyev də yəqin məni bağışlayar. Yeni deyirəm, əgər insanların pul qazanmaq imkanı olmasa, bu qədər qurbanlar kəsə bilərmi? Azərbaycan xalqının bir dənə Qarabağ problemi var, vəssalam, şüttəmam. Vallah, billah, Azərbaycan xalqının başqa heç bir problemi yoxdur. Hamımızın da yerinə cənab prezident özü fikirləşir, götür-qoy edir. Allah atasına rəhmət eləsin. Heç dövlətin mənim kimi adamların payladığı qurban ətinə də ehtiyacı yoxdur. Maşallah, dövlətimiz kifayət qədər güclüdür.

- Hacı, qarşıdakı referendumla bağlı fikriniz necədir?

- Mən referendumun tərəfdarıyam. Referendum Azərbaycan xalqının güzəranını daha da yaxşılaşdıracaq. Əlbəttə, seçilən vitse-prezidentlərin nəzarəti olacaq, vəziyyət daha da yaxşı olacaq.

- Hacı, gələcək planlarınız haqda nə deyə bilərsiniz?

- Gələcəyi Allahdan başqa heç kəs bilmir. Sabah nə olacağını ancaq böyük Allah bilir. Biz indidən heç nə deyə bilmərik. Allah nə məsləhət bilsə, elə də olacaq.

- Bəs, hazırda nə işlə məşğul olursunuz? Deputatlıq fəaliyyətindən sonrakı məşğuliyyətiniz nədən ibarətdir?

- Mənim həyatda heç bir problemim yoxdur. 7 nəvəm, 1 nəticəm var, böyüyürlər. İnşallah, sənə də nəticə görməyi qismət eləsin! Bayaq yığılıb gəliblər - mən gündüzlər 3-4 saat yatıram - qoymayıblar yatmağa (gülür). Adam öz övladı ilə yeri gələndə sərt davrana bilir. Amma nəvəyə, nəticəyə "burdan dur, orda otur" demək olmur (gülür). Doğrudan mənim heç nəyə ehtiyacım yoxdur, naşükür adam da deyiləm. Hər şeyə min dəfə şükür edirəm. Hörmətli prezidentimizə, ailəsinə dua edirəm. Bizə halallıq versinlər ki, biz də onların hesabına firavanlıq içində yaşayırıq. Var-dövlət hamısı Allahın işidir. Ruzi-bərəkəti Allah verir. Bizim bəxtimiz onda gətirdi ki, hakimiyyətəHeydər Əliyev gəldi, ondan sonra da prezidentimiz İlham Əliyevdir. Allah ona uzun ömür, can sağlığı versin!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 854   Tarix: 13 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264