Rəqsanə türkiyəli musiqiçiyə 16 min dollar "atdı" - Musiqiçidən səfirliyə ŞİKAYƏT

Rəqsanə türkiyəli musiqiçiyə 16 min dollar "atdı" - Musiqiçidən səfirliyə ŞİKAYƏTTürkiyəli musiqiçi Caner Tepecik müğənni Rəqsanə İsmayılova ilə bağlı şikayət edib.

Axşam.az-a açıqlama verən C.Tepecik ifaçı ilə işbirliyi qurduğunu, amma pulunu ala bilmədiyini deyib.

O bildirib ki, Rəqsanə mahnılarının hazırlanması üçün 16 min dollar ödəməlidir:

"Azərbaycanda musiqiçi Hacı Nazim Məmmədovla çalışıram. 3 ay əvvəl Nazim mənə zəng etdi ki, sənətçi dostum var, onun 4 mahnısını aranjiman etmək lazımdır. Həmin ərəfədə çox işim varıydı, Emrahın serialının musiqilərini aranjiman edirdim. Nazimin sözünü yerə sala bilmədim, o, çox dəyər verdiyim, sözünə sadiq olan dostlarımdan biridir. Əlimdəki işlərə ara verib, gün ərzində iş saatımı 20-yə qaldırdım. 4 mahnını aranjiman edib, göndərdim. Nazimlə belə işləyirik ki, mahnını aranjiman edib göndərirəm, pulun yarısını mənə ödəyirlər. Aranjimanı dinləyib, geri göndərir, üzərinə başqa musiqi alətlərini canlı çaldırıb hazırlayıram, 1 gün sonra pulum butöv formada ödənilir.

Bir mahnını normal halda 3-4 günə hazırlayıb bitiririk. Mən pulumu aldıqdan sonra, müğənni istədiyi vaxt oxuya bilər. Rəqsanə xanıma 4 mahnı hazırladım. Nazimin sözünü yerə sala bilmədiyim üçün mahnını göndərdim, pulun yarısı ödənilməliydi, olmadı. Mən mahnını tam hazırlayıb verdim. 1 ay sonra mənə pulu bütöv ödəyə bilməyəcəyini, hər həftə bir az verəcəyini dedi. Nazimdən soruşdum, o da kömək etməyimi istədi. Rəqsanə xanımın bu istəyi ilə də razılaşdım. Etdiyim işin yarısının yarısından az – 2500 dollar ödənildi. Ümumilikdə 16000 dollar ödənməlidir".

C.Tepecik R.İsmayılovanın ona hədə-qorxu gəldiyini bildirib:

"Mən də hər dəfə Nazimə zəng edirəm. Musiqiçi adamam, duyğusal insanam, özümü pis hiss etməyə başladım. Bundan əvvəl nə Nazimlə, nə də İstanbulda başqa müğənni ilə belə hadisə yaşamamışam. Türkiyənin ən məşhur simaları ilə işləmişəm, bu cür hərəkət görməmişəm.

Əlimdəki bütün işi atıb, Rəqsanə xanıma xidmət göstərdim. Pulum hələ də ödənilmir. Hər dəfə bir bəhanə uydurdu, hər dəfə "yaxşı" dedim, beləcə, 3 ay keçib.

Nazimə zəng vurub dedim ki, xəbərin olsun, Azərbaycanın Türkiyədəki səfirliyinə və Türkiyənin Azərbaycandakı səfirliyinə şikayət edəcəyəm. Rəqsanə xanım bunu eşidəndə, bizi mafiya ilə hədələdi.

Nazimə dedim ki, qardaşım, bəlkə biz səhv edirik, bizə borcu olan odur, yoxsa biz ona pul verməliyik?

Dostum mənim yanımda çox pis vəziyyətə düşdü, kaş bu halı yaşamazdıq. Amma buradan da deyirəm, Rəqsanə xanımla bağlı lazımi orqanlara müraciət edəcəyəm".

Musiqiçi əlavə edib ki, o, Azərbaycandan Abbas Bağırov, Zarina, Elton, Röya Ayxan, Günay İbrahimli kimi müğənnilərlə çalışıb, heç biri ilə problem yaşamayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 7689   Tarix: 08 sentyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu da Ayanın SEVGİLİSİ - FOTO

Müğənni Ayan Babakişiyeva sevgilisi ilə şəklini paylaşıb. OLAY yazır ki, sənətçi instaqramın hekayə bölməsində yerləşdirdiyi fotoda həmin bəyin üzünü gizlədib. "Həm bu dünyaya, həm də mənim dünyama xoş gəldin, həyatımın adamı. Səni çox sevirəm"

14.04.2024 1320
.

"Nikosayağı"nın qəza törətdiyi "Porsche" satılır: bu qiymətə - FOTO

"Nikosayağı" adı ilə tanınan bloger Nicat Şakirlinin qəzaya düşdüyü avtomobil satışa çıxarılıb. xəbər verir ki, "Porsche" markalı avtomobil 20 min dollara ( 34 min AZN) satılır. Bununla bağlı elan saytların birində yerləşdirilib. Qeyd edək ki, ötən ilin avqustunda N. Şakirli idar

13.04.2024 818
.

Dilarə Əliyeva toylara aparıcı kimi getməməsinin səbəbini açıqladı

"Mən söz adamıyam. Mənim üçün söz tapılmış bir nemət, dür, zər cəvahiratdır". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva "Göstərir radio" proqramlıda qonaq olarkən deyib. Aktrisa ilk dəfə niyə toy aparıcılığı etməməsinə aydınlıq gətirib: . "Mənim qarşımd

14.04.2024 555
.

Nadir HƏYAT YOLDAŞI VƏ GƏLİNİ İLƏ - FOTOLAR

Müğənni Nadir Qafarzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. BİG.AZ axşam.az-a istinadən bildirir ki, sənətçi həyat yoldaşı Sevinc və gəlinləri Əntiqə ilə fotosunu izləyiciləri ilə bölüşüb. Onlar Ramazan süfrəsində bayramı bir yerdə qeyd ediblər. Qeyd edək ki, müğənninin oğlu Loğman Əntiq

14.04.2024 1450
.

Nigar Anar Ələkbərovla foto paylaşdı

"Avroviziya 2011" qalibi Nigar Camal Prezidentin köməkçisi Anar Ələkbərovla foto paylaşıb. Axşam.az xəbər verir ki, müğənni A.Ələkbərovu ad günü münasibətiylə təbrik edib. Nigar "Heç bir gözəllik yaxşı ürəkdən daha parlaq ola bilməz! Ad gününüz mübarək olsun, Anar müəllim! Özəl gününüzd

14.04.2024 672
.

Türkiyədə də toyları olacaq

Xəbər verdiyimiz kimi, Xalq artisti Natiq Şirinovun qızı Sevilin toyu baş tutub. Axşam.az-ın məlumatına görə, Semih adlı bəylə ailə quran Sevilin Türkiyədə də toyu olacaq. Bu barədə Xalq artisti Alim Qasımovun nəvəsi Fatimə sosial medi hesabında yazıb. O, hava limanından paylaşıdıqları görüntülərə "Siz

13.04.2024 918
.

Nəzrinin xınasından görüntülər - Video

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrinin ötən gün xınayaxdı mərasimi olub. Axşam.az xəbər verir ki, bolger mərasimdən olan görüntüləri sosial media hesabında yayımlayıb. Məclisdə iştirak edənlər arasında müğənni Elariz Məmmədoğlu oğlu Məmmədin xanımı Mehriban da yer alıb. Qeyd edək ki

16.04.2024 687
.

Miranda Kerr yenidən ana ola bilər

Model Miranda Kerr yenidən ana olmaq istədiyi deyib. xəbər verir ki, model sonuncu dəfə 6 həftə öncə uşaq dünyaya gətirib. "Heç vaxt heç vaxt demərəm" ,- deyə o bildirib. Qeyd edək ki, Miranda Kerrin Orlando Bloom ilə evliliyindən bir oğlu Spiegel ilə evliliyindən 3 uşağı var

16.04.2024 0
.

Fərqanə Qasımova qızı ilə - Foto

Əməkdar artist Fərqanə Qasımova qızı Fatimə ilə fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, xanəndə şəklin qudası, Xalq artisti Natiq Şirinovun qızı Sevilin toyunda çəkildiyini bildirib. Qeyd edək ki, Fatimə N.Şirinovun oğlu Ümid Natiqoğlu ilə ailəlidir. Cütlüyün bir qız övladı var

14.04.2024 1220