"Bu, inanılmaz nəticədir" - Azad Rəhimov

"Bu, inanılmaz nəticədir" - Azad Rəhimov"Rio-2016" Olimpiya Oyunları Azərbaycan üçün bir çox məqamla əlamətdar olub.

BiG.AZ xəbər verir ki, oyunların yekunları ilə bağlı gənclər və idman naziri Azad Rəhimov jurnalistlərin suallarını cavablandırıb.

Yüksək nəticələr qazanan idmançılarımıza, eyni zamanda, Braziliyadakı nümayəndə heyətinə böyük dəstək verən azarkeşlərə dərin minnətdarlığını bildirən nazir deyib: "Həqiqətən də hər gün burada - uzaq Rioda biz onların dəstəyini, diqqətini hiss edir, çoxlu mesajlar alırdıq. Bakıdan çoxlu məlumatlar gəlirdi və sözsüz ki, bu dəstək bizim üçün də, idmançılarımız üçün də çox vacib idi. Düşünürəm ki, qazanılan qələbələrdə bu dəstək də böyük rol oynadı".

Olimpiya Oyunlarının idman aləmində ən mötəbər tədbir olduğunu vurğulayan nazir qeyd edib ki, idmançılarımız Azərbaycan tarixinə yeni bir səhifə yazıblar. Hər dörd ildən bir keçirilən bu nüfuzlu yarışlara idmançılar, idmanla bağlı olan insanlar, idman mütəxəssisləri - hamı çox ciddi hazırlaşır. "Bu, həqiqətən də Azərbaycan idmanının növbəti təntənəsidir və bu münasibətlə hamını ürəkdən təbrik edir, idmançılarımıza yeni uğurlar arzulayıram. İnanıram ki, onlar gələcəkdə də bütün xalqımızı və azarkeşləri sevindirəcəklər", - deyə A.Rəhimov bildirib.

Qarşıda duran vəzifələrdən danışan nazir deyib ki, gərgin keçən yarışlardan sonra idmançılara istirahət üçün müəyyən vaxt veriləcək. Bir neçə aydan sonra isə Tokio Olimpiya Oyunlarına hazırlıqlar başlanacaq. Həm nazirlik, həm Olimpiya Komitəsi, ilk növbədə, federasiyalar bu işə çox ciddi yanaşırlar, nəticələri təhlil edərək növbəti mərhələlərdə atılacaq addımları planlaşdırırlar. Nazirlik bu məsələdə onlara hərtərəfli dəstək olur. Təlim-məşq toplantılarının maliyyələşdirilməsi, idmançıların yarışlara göndərilməsi, dopinqlə bağlı məsələ nazirliyin prioritet istiqamətlərindəndir və buna daha çox diqqət yetiriləcək.

A.Rəhimov deyib: "Azərbaycanda hər bir idman növü üzrə lazımi maddi-texniki baza formalaşdırılıb, idmançılara hər cür şərait yaradılıb. Bu şərait Rio və ya London Olimpiya Oyunlarından heç də fərqlənmir. Yəni, olimpiya standartlarına tam uyğundur. Həqiqətən də Azərbaycan idman ölkəsinə çevrilib və bu, müvafiq beynəlxalq təşkilatlarda da etiraf olunur".

Azərbaycan idmançılarının "Rio-2016"da qazandıqları göstəricilərin gözlənilən olub-olmadığına dair sualı cavablandıran Azad Rəhimov deyib: Biz ilk növbədə dünyanın, ölkə ictimaiyyətinin və mediasının, mütəxəssislərimizin bu göstəriciləri necə qiymətləndirdiklərinə baxırıq və belə bir təhlil çox vacibdir. Statistik rəqəmlər də çox önəmlidir. Sözsüz ki, 18 medal Azərbaycan üçün böyük nailiyyətdir. Azərbaycanın idman sahəsində effektiv bir dövlət olduğunu, idmançılarımızın bu göstəriciyə görə dünyada birinci yerdə qərarlaşdığını nəzərə alsaq deyə bilərik ki, qazanılan nəticələr heç də gözlənilməz deyil. Böyük Britaniyanın "The Telegraph" qəzetinin apardığı təhlillərə əsasən Azərbaycanın Olimpiya millisi idmançı payına düşən medal sayına görə ən nəticəli komanda hesab edilib. Medal sayı baxımından biz dünyada 207 ölkə arasında 15-ciyik. Bu, doğrudan da inanılmaz nəticədir. Avropa ölkələri arasında biz yeddinci, İslam dövlətləri arasında birinci, MDB məkanında ikinciyik. Medalın keyfiyyəti baxımından 39-cu yeri tuturuq. Daha bir sevindirici hal odur ki, bu gün biz beş idman növündə çıxış edirik. Halbuki qızıl medalların sayına görə bizi qabaqlayan bəzi ölkələr maksimum üç idman növündə çıxış ediblər".

Hakim səhvlərinin, bəzi hallarda ədalətsiz qərarların nəticələrə təsirinə münasibət bildirən nazir gimnastımız Marina Durundanın çıxışını misal gətirib: "Digər federasiyaların prezidentləri mənə yaxınlaşıb deyirdilər ki, Marina Durunda çox gözəl çıxış etdi. Həqiqətən də bu çıxış ən azı bürünc medala layiq idi".

İdmançılarımızdan kimi daha çox fərqləndirdiyi barədə suala cavab verən A.Rəhimov deyib ki, mükafat qazanan 18 idmançı arasında heç kimi fərqləndirmir. Onlar hamısı bizim qəhrəmanlarımızdır. Azərbaycan xalqının oğulları, vətəndaşlarıdır. Hamısı Azərbaycanı düşünürlər. Əsas məsələ də məhz budur.

Komandamızdakı legionerlərə gəlincə nazir qeyd edib ki, onlar da Azərbaycan vətəndaşıdır. Burada yaşayaraq, hazırlaşaraq medal qazanırlar. Bu, bütün idman növləri üçün böyük bir inkişafdır. "Biz həmin legionerləri dəstəkləyirik və onlara heç bir fərq qoymuruq", – deyə A.Rəhimov vurğulayıb./qafqazinfo/


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1249   Tarix: 23 avqust 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya mətbuatı Mahir Emreli barədə yol verdiyi səhvi düzəltdi - FOTO/VİDEO + YENİLƏNİB

Rusiyanın saytı Mahir Emreli barədə yol verdiyi səhvi aradan qaldırıb. -ın xəbərinə görə, artıq futbolçu onlayn xəbərdə azərbaycanlı kimi təqdim olunub. 13:34. Millimizin futbolçusu Mahir Emreli Rusiyada erməni oyunçu kimi təqdim edilib. xəbər verir ki, Rusiyanın məşhur idman saytlarından olan futbolçumu

16.09.2021 2354
.

Tokio paralimpiadası iştirakçısının keçmişdə terrorçu olduğu məlum olub

İspaniyanı Tokio-2020 paralimpiada oyunlarında üzgüçü Sebastyan Rodriqes Velozo təmsil edib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı iflic idmançının keçmişdə terrorçu olduğu məlum olub. O, bir zamanlar törətdiyi qətlə görə 84 il müddətinə azadlıqdan məhrum edilib. Velozonu

29.08.2021 1121
.

39 il komada qalan futbolçu vəfat etdi

PSJ-nin sabiq futbolçusu Jan-Pyer Adams dünyasını dəyişib. xəbər verir ki, 39 ildi komada olan veteran müdafiəçi 73 yaşında vəfat edib. Adams 1972 - 1976-cı illərdə Paris təmsilçisinin formasını geyinib. 1982-ci ildə çempionat oyununda dizindən zədə alan futbolçu əməliyyat zamanı həkimlərin səhvi üzündə

06.09.2021 1068
.

Millimizin keçmiş voleybolçusu toy etdi - FOTOLAR

Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Yakimçuk ailə həyatı qurub. -a istinadən xəbər verir ki, milliləşən legionerin toy mərasimi vətəni Ukraynada baş tutub. Xanım voleybolçu Dmitri Şatovla evlənib. Kiyevdə anadan olan Yelenanın toyu da paytaxtda gerçəkləşib. Cütlük şad gününü Kiyev vilayətind

24.08.2021 1745
.

Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO

"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin

23.08.2021 2064
.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954
.

Futbolda BU DA OLDU: Baş məşqçi...

Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı. Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brayan Priske Pedersen Avropa Liqasının qrup mərhələsinə düşdükdən sonra jurnalistlərin yanına paltarsız gəlib. -ın -a istinadla verdiyi xəbərə görə, mütəxəssis mətbua

27.08.2021 1769
.

Paralimpiya Oyunları: Azərbaycan atleti qaçışda finişə gəlib çıxmadı

Tokioda keçirilən Paralimpiya Oyunlarında Azərbaycan atleti finişə çata bilməyib. Atletikanın 100 metr məsafəyə qaçış yarışlarında T13 kateqoriyasında yarışan idmançımız Elmir Cəbrayılov finala çıxmağı bacarmayıb. Belə ki, o, təsnifat mərhələsinin qrupunda beş nəfərin yarışdığı mübarizədə finişə gəli

29.08.2021 912
.

"Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq

Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr

02.09.2021 898