Azərbaycan 3-2 Qazaxıstan

Azərbaycan 3-2 QazaxıstanAÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün milli komandamız Bakıda, Tofiq Bəhramov adına respublika stadionunda Qazaxıstanı qəbul edib. BiG.AZ xəbər verir ki, Belçika ilə oyunda son dəqiqələrdə vurduğu qolla güclü rəqibə qarşı heç-heçə əldə etmiş futbolçularımız bu görüşdə əzmkar qələbə qazanıb.

Qarşılaşma komandamızın üstünlüyü ilə başlanıb, ancaq şanssızlıq nəticəsinə Qazaxıstan hesabı açıb. Lakin ikinci hissədən sonra hər şey millimizin xeyrinə dəyişib. Oyunda üstünlüyünü kəskin şəkildə hiss etdirən futbolçularımız çox keçmədən bərabərlik qolunu vurub. Belçika ilə oyunda vurduğumuz qolun bənzəri bugünkü matçda da qeydə alınıb. Mahirin ötürməsini Rauf başla qapıya göndərib.

Komandamız bundan sonra da hücumlarını davam etdirib. Cərimə meydançasında Rauf Əliyevə qarşı kobudluq edən qazaxların qapısına təyin edilən penaltini matçın ən yaxşılarıdan olan Mahir Şükürov qola çevirib. Yığmamız bununla da kifayətlənməyib və kombinasiyalı hücumu Vaqif Cavadov qolla tamamlayıb.

Matçın son dəqiqələrində qonaqlar qollardan birinin əvəzini çıxa bilib. Kamran Ağayevin şanssızlığı qapımıza avtoqol vurulması ilə nəticələnib. Lakin oyun komandamızın qələbəsi ilə başa çatıb.

AÇ-2012-nin seçmə mərhələsi
A qrupu

6 sentyabr

20:00. Azərbaycan - Qazaxıstan - 3:2
Qollar: Rauf Əliyev, 54 (1:1). Mahir Şükürov, 62 (2:1). Vaqif Cavadov, 67 (3:1) - Sergey Ostapenko, 20 (0:1). Kamran Ağayev, 77-avtoqol (3:2).
Hakimlər: Anders Hermansen, Martin Vulf, Jakob Bille, Kenn Pii Hansen (Danimarka).
Hakim-inspektor: Marinus Koopman (Hollandiya).
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Komandaların start heyəti:

Azərbaycan: 1. Kamran Ağayev, 20. Ufuk Budaq, 13. Vurğun Hüseynov, 14. Rəşad Sadıqov (k), 16. Aqil Nəbiyev, 4. Mahir Şükürov, 8. Aleksandr Çertoqanov, 19. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 7. Vaqif Cavadov,11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 23. Andrey Popoviç, 2. Rail Məlikov, 3. Saşa Yunisoğlu, 6. Rəşad Sadiqov, 10. Branimir Subaşiç, 15. Ruslan Abışov, 21. Elşən Məmmədov.
Baş məşqçi: Berti Foqts.

Qazaxıstan: 12. Aleksandr Mokin, 2. Aleksandr Kirov, 3. Yuri Loqvinenko, 5. Mark Qurman, 6. Kayrat Nurdauletov (k), 7. Jambıl Kukeyev, 20. Sergey Ostapenko, 21. Mixail Rojkov, 11. Ulan Konısbayev, 14. Marat Şaxmetov, 17. Sergey Qridin.
Ehtiyat oyunçular: 1. Anton Tsirin, 10. Marat Xayrullin, 13. Serxan Mujikov, 16. Maksat Bayjanov, 18. Nurtas Kurqulin, 19. Sergey Xijniçenko, 23. Vitali Yevstiqneyev
Baş məşqçi: Miroslav Beranek.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 4825   Tarix: 07 sentyabr 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dani Alveş azadlıqda: İlk görüntüləri yayıldı - FOTO/VİDEO

Futbol üzrə olimpiya çempionu Dani Alveş apellyasiya şikayətinə qədər girov müqabilində həbsdən buraxılıb. Məlumata görə, braziliyalı girov ödəmək üçün 1 milyon avro toplaya bilib. Onun hesabları dondurulub. Alveş girov ödəməsi ilə yanaşı, iki pasportunu (Braziliya və İspaniya pasportlarını) təhvil verib

25.03.2024 653
.

Kaxaber Tsxadadze: "Kimsə pis məşqçi olduğumu desə, əsəbiləşəcəyəm"

"Deyiləcək çox şey yoxdur. Oyunçular xarakter göstərməli idilər, amma göstərmədilər. Sonradan meydana daxil olanlar oyunu gücləndirə bilmədi. İkinci qol kuryoz oldu. Bir oyunçu 4 nəfəri aldadıb keçir. Gənc oyunçu Şahin Şahniyarov bu gün özünü yaxşı tərəfdən göstərdi. Ona uğurlar arzulayıram"

14.04.2024 197
.

"Qarabağ"ın futbolçusunun şəhərdə dönər kefi - VİDEO

Ağdamın "Qarabağ" klubunun braziliyalı futbolçusu Olavio Juninyo diqqət mərkəzinə düşüb. -in məlumatına görə, "Qarabağ"ın ulduz futbolçusunun şəhərdə dönər almasının görüntüsü yayılıb. Futbolçu lavaşda dönər aldıqdan sonra onu elə küçədəcə yeməyə başlayıb. Xatırladaq ki, "Qarabağ"

02.04.2024 545
.

Gürcüstan millisi tarix yazdı - Video

Futbol üzrə Gürcüstan millisi Avro-2024-ün pley-off mərhələsində Yunanıstan yığmasına penalti zərbələrində qalib gələrək tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb. "Qafqazinfo" xəbər verir ki, qolsuz bərabərliklə başa çatan əsas hissənin ardınca penaltilər seriyası oynanılıb. Gürcüsta

27.03.2024 611
.

"Araz Naxçıvan"ın baş məşqçisi komandadan ayrılmağının səbəbini açıqlayıb

"Araz Naxçıvan" klubunun baş məşqçisi Azər Bağırov komandadan ayrılmağının səbəbini açıqlayıb. Bu barədə "Report"a 39 yaşlı mütəxəssis bildirib. "Son oyunda "Kəpəz"ə uduzduğumuza görə istefa verməmişəm. Sadəcə, bəzi məsələlər var idi, onları dəyişə bilmədim. Rəhbərliy

06.04.2024 282
.

KİV: "Əl-Hilal" "Barselona"nın hücumçusu üçün 100 milyon avro ödəməyə hazırdır

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu növbəti transfer pəncərəsində "Barselona"nın hücumçusu Rafinyanı almağa hazırlaşır. "Report" xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb. Məlumata görə, Səudiyyə klubu braziliyalı futbolçunun transferi üçün 100 milyo

24.03.2024 473
.

Arda Güler "Real"dan ayrılmaq qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülerin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. O, bu qərara dünən axşam La Liqada səfərdə "Malyorka"ya qarşı matçdan sonra gəlib. Arda komandasının 1:0 hesab

14.04.2024 704
.

"Qurban Qurbanov instaqram nədir, onu da bilmir"

"Qurban Qurbanovun göstərdiyi nəticələr elə nəticələrdir ki, onu qarşımıza hədəf kimi qoymuruq. İstər Türkiyə, istər Rusiya, Niderland, istərsə də, Belçika məşqçiləri olsun, onlar bu uğuru təkrarlaya bilməzlər". "Qafqazinfo" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşa

04.04.2024 602
.

Devid Bekhem niyə Viktoriya ilə evlənmək qərarına gəldiyini AÇIQLADI

48 yaşlı məşhur ingilis futbolçu 25 ilə yaxındır ki, müğənni və dizayner Viktoriya Bekhemlə evlidir. xarici mediaya istinadla bildirir ki, cütlük şou-biznesin ən güclülərindən biri hesab olunur. Birlikdə cütlük çox şey yaşayıb və dörd uşaq böyüdüb. Devid Bekhem bu yaxınlarda niyə "Spice Girls"

24.03.2024 540