Stilistlə Elzanın qırğını: "Yazığım gəlir ona, ayıb olsun..."

Stilistlə Elzanın qırğını: "Yazığım gəlir ona, ayıb olsun..."Əməkdar artist Elza Seyidcahanla stilist Pərviz Mirzəyev arasında qalmaqal yaşanıb.

BiG.AZ xəbər verir ki, ötən gün E.Seyidcahanın efirdə stilist Pərvizlə bağlı, "Pərvizdən də yaxşı ustalarla çalışıram" deməsi stilistin əməlli-başlı narazılığına səbəb olub.

Stilist Pərviz Mirzəyev BiG.AZ-a özəl açıqlamasında bildirib ki, Elza Seyidcahan efirdə çıxıb onu bəyənmədiyini desə də, dəfələrlə stilist kimi ona müraciət edir: "Elza o insandır ki, bütün günü məni bezdirir ki, Pərviz sənin yanına gəlim. O, həmişə yalvar-yaxar edir ki, Pərviz gəlim də. Mənim də vaxtım olanda qəbul edirəm, olmayanda edə bilmirəm. İndi də çıxıb efirdə deyir ki, məni bəyənmir. Mən sizə "WhatsApp" yazışmalarını göndərim ki, məni bəyənməyən insan görün mənə necə yalvarır".

Yazışmaları təqdim edirik:

Stilistlə Elzanın qırğını: "Yazığım gəlir ona, ayıb olsun..."Stilistlə Elzanın qırğını: "Yazığım gəlir ona, ayıb olsun..."Stilistlə Elzanın qırğını: "Yazığım gəlir ona, ayıb olsun..."Əməkdar artist Elza Seyidcahan isə BiG.AZ-a sözügedən yazışma ilə bağlı açıqlama verib:

"Afaq Gəncəli məndən efirdə soruşdu ki, saçını Pərviz düzəldib? Mən də dedim ki, təbii ki, Pərvizdən də yaxşıları Azərbaycanda var. Pərviz mənim yazışmamı yaymaqla nə demək istəyir? Onu çox istəyirəm, çox istədiyimi də yazmışam. Amma onun məsuliyyətsizliyi var. Məsuliyyətsizliyi övladım edəndə də bağışlamıram. Üzünə deyirəm ki, belə olmaz. Pərvizi məşhur edən mənim kimi sənətkarlardır. Amma onun məsuliyyətsizliyi özünü məhv edir. İnsan nə qədər salon gəzər? Bir dəfə İlhamə Quliyevanın tədbirinə gecikmişdim, o da məni biabır etmişdi. Bunun da səbəbkarı Pərviz idi. Pərviz həmişə məni hər yerə gecikdirir. Sonuncu dəfə mən onun yanına gedirdim. Dedi gəl. Yolda olanda mənə dedi ki, gəlmə , qonaqlarım gəlir. Bu nə hörmətsizlikdir axı? Belə hörmətsizliyə görə adamı biabır edərlər. Mənim ona ürəyim yanır, yazığım gəlir. Ayıb olsun ona, getsin qonaqlarını qarşılasın. İstedadı var, amma məsuliyyətsizliyi onu geri atır. Pərviz ağlını itirib ki, özünü biabır edir. Onu Pərviz Mirzəyev edən mən olmuşam. Yazışmamı yaymaqla nə demək istəyir axı? Ustanın yanına gedəndə yazırlar ki, haradasan, gəlirəm və s. Bu yazışmada qeyri-adi bir şey yoxdur. Problem deyil qoy yaysın. Şükür Allaha ki, Pərvizin yanında ayıb işim yoxdur. Azərbaycanda 90 faiz stilist Elza Seyidcahanla işləmək üçün növbəyə durub. Mən Pərviz kimi Anar Ağakişiyevin də yanına getmişəm. Anarın kişiliyinə, peşəkarlığına niyə görə hörmətim var? Çünki nə vaxt demişəmsə, canla-başla yanına getmişəm. Təbii ki, onun da müştəriləri çox olur. Amma vaxtı olmayanda başa düşmüşəm ki, məndən öncə növbəyə yazılanlar var. Qızım onun salonuna gedəndə salonu ayağa qaldırmışdı ki, Elzanın qızı gəlib. Anar kimi sadə, sözünün üstündə duran peşəkar stilistlər Azərbaycanda çox olmalıdır".

Mirvari Nəcəf


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 7193   Tarix: 27 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İbrahim Tatlıses oğlunu mirasdan rədd edəcək

İbrahim Tatlıses oğlu Ahmet Tatlısesi mirasdan rədd edəcək. xəbər verir ki, bu barədə müğənni özü bildirib. "Mənə "əqli problemi var" deyə şər atdı. Sağlam olduğumu sübut etmək üçün 5 xəstəxanada müayinədən keçdim. Hamısı əqli problemimin olmadlğını dedi. Onu mirasdan rədd edəcəm"

17.04.2024 778
.

Fahriye Evcen və Burak Özçivit oğlunun ad gününü qeyd edib- FOTOLAR

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit ilk oğulları Karanın 5 yaşını qeyd ediblər. xəbər verir ki, bu barədə cütlük sosial şəbəkədə paylaşım edib. "Karanım 5 yaşında. Neçə belə yaşlara" ,- deyə Burak Özçivit əlavə edib. Qeyd edək ki, cütlüyün 2 övladı var

15.04.2024 1295
.

Həbsxanada evlənən müğənni: "Heç kimin bacarmadığını etmişəm"

"Mən heç nəyi gizlətmirəm. Kimsə mənə pis baxırsa, məni qınayırsa başına gələcək". Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin deyib. İfaçı həbsxanadakı evliliyindən söz salıb:. "Həbsxanada olanda evliliyim olub. Sevmişəm, Allah qarşısında kəbinlə, dövlət qarşısında rəsm

18.04.2024 1197
.

Nazpəri Dostəliyeva TANINMAZ HALDA - VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva yeni görünüşü ilə diqqət çəkib. xəbər verir ki, yeni klipinin çəkilişində 64 yaşlı müğənninin üzündəki dəyişiklik gözdən yayınmayıb. Həmin görüntülər sosial şəbəkə istifadəçilərinin də marağına səbəb olub

14.04.2024 1002
.

Xəyalə Manaflının toyudur - Fotolar+Video

Müğənni Xəyalə Manaflının bu gün toyudur. Axşam.az xəbər verir ki, ifaçı Nurlan adlı bəylə ailə qurur. Cütlüyün toyu Bakıdakı restoranların birində keçirilir. Məclisdə şou-biznes nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Xəyalə Nurlanla TikTok-da tanış olub. Müğənni bu yaxınlarda sosial şəbəkəd

17.04.2024 1598
.

"Qayınanam bacısı qızını salıb oğlunun yanına" - VİDEO

Tanınmış jurnalist və aparıcı Afət Rahilqızı açıqlaması ilə diqqət çəkib. xəbər verir ki, şəxsi həyatından danışan jurnalist maraqlı etiraflar edib. Övladı olmadığı üçün qurduğu ailədə problemlər yaşayan Afət onu müalicə üçün anasının evinə göndərən keçmiş qayınansını qınayıb. Sosial şəbəkə hesabında

15.04.2024 1457
.

Ədalət Şükürov qızına toy edir

Əməkdar artist Ədalət Şükürov qızı Jaləyə toy edir. OLAY-ın məlumatına görə, sənətçinin övladının şad günü 5 mayda paytaxtın dəbdəbəli restoranlarından birində baş tutacaq. Qeyd edək ki, Ə.Şükürovun qızı Jalənin nişanı yanvarın 28-də olub. O, Ənvər adlı bəylə ailə qurmağa hazırlaşır

16.04.2024 1800
.

Sevdanın geyimi tənqid olundu - Video

Müğənni Sevda Yahyayeva "24/7" adlı yeni mahnısı üçün kamera qarşısına keçib. Axşam.az xəbər verir ki, sənətçi görüntüləri instaqram hesabında paylaşıb. Büstqalterin üstündən qara uzun pencək seçimi edən sənətçinin geyimi müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərinin bəziləri müğənnini

16.04.2024 7131
.

Gülay bağının görüntüsünü paylaşdı

Müğənni Gülay Zeynallı bağının görüntülərini paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi həyətindən videonu sosial şəbəkə hesabında paylaşıb. "Yay gəlir. Deməli, xərc gəlir" deyə, Gülay paylaşımında yazıb

14:56 134