
Müğənni Könül Kərimova haqqında boşanma xəbərləri yayılıb.
BiG.AZ xəbər verir ki, ifaçı bu haqda "ATV maqazin onlarla" verilişində danışıb.
Xalası oğlu ilə evli olan müğənni haqqında yayılan şayiələrə belə aydınlıq gətirib:
"Həyat yoldaşımdan ayrılmamışam. Müəyyən dövr problemlərimiz var idi. Gənc idik və hər ailədə söz-söhbət olur. Hazırda ailəliyəm, yoldaşımla birlikdə yaşayırıq. Xasiyyətimiz düz gəlməsə də, uşaqlarımın atasıdır. Biz bir yerdə yaşayırıq. Ayrılan vaxtımız deyil".
