
Azərbaycanlı model Günay Musayeva etiraz edib.
BiG.AZ xəbər verir ki, buna səbəb Türkiyənin TGRT kanalında yayımlanan "Bu millətin çocukları" adlı video çarx olub. Video-şarxda "Ne mutlu ermeniyim deyene" ifadəsi modeli əsəbiləşdirib.
O, bunlardan təsirlənərək sosial şəbəkədə bunları yazıb:
"Son zamanlarda kanallarda yayımlanan bu videoda, təəssüf ki, Azərbaycan ölkəsi unudulub. Diqqətimi çəkən "Nə mutlu erməniyəm" yazısı olmasına baxmayaraq, Azərbaycanın yer almamasıdır. Yaşadığımız pis hadisələrdə Azərbaycan ölkə və xalq olaraq hər zaman Türkiyəyə dəstək oldu. Amerikada edilən müsahibənin anonsuna görə ANS kanalını bağladılıb, 550 jurnalist, işçi küçədə qalıb.
Qafqaz Universitedi də daxil olmaqla bir çox təhsil mərkəzi bağladıldı. Bütün bunlar "bir millət, iki dövlət", qardaşlığın, bərabərliyin göstəricisidir. Onda niyə Azərbaycana bu videoda yer verilmədi? Maraqlı gəldi, hər iki ölkənin vətəndaşı və birini digərindən ayırmadan sevən bir vətəndaş olaraq bu yazıyı paylaşıram".
