Elgizlə Ulvira üz-üzə gəldi: "Toy olsun" kimindir?

Elgizlə Ulvira üz-üzə gəldi: "Toy olsun" kimindir?

Bir il müddətində ANS telekanalının efirində həftə içi 5 gün canlı olaraq yayımlanan "Toy olsun"un aparıcısı Elgiz Əkbər verilişdən kənarlaşıb.

Milli.Az xəbər portalına danışan aparıcının sözlərindən belə qənaətə gəldik ki, məsələnin bir çox səbəbləri var: "Verilişlə bir illik müqavilə bağlamışdım. Yenidən müqaviləni imzalamaqdan vaz keçdim. Çünki daha maraqlı bir layihəm var. Tamaşaçılarıma yeni və çox maraqlı veriliş təqdim edəcəm.

Qulağıma digər xəbərlər də çatır. Eşitdiyimə görə, bizim verilişdən digər kanallarda da yayımlanacaq. Məlumdur ki, eyni formatlı verilişdən bəlli bir kanalda da yayımlanır. Ancaq ondan əlavə daha iki kanalda da nümayiş olunacaq. Mən də belə şeyləri eşidib qərara gəldim ki, artıq mən getməliyəm. Ancaq sevinirəm ki, veriliş 1 il ərzində gündəmdən düşmədi. Ona görə də yeni mövsümdə verilişin "şitini" çıxarmaq istəməzdim. Çünki 3-4 kanalda eyni mövzuda verilişlər yayımlansa, tamaşaçılar bezəcəklər.

Mənə çox adam deyir ki, axı bu veriliş sənin fikrin idi. Niyə məhz sən getdin? Amma neyləmək olar?! Həyat belədir də. Dünyada əbədi olan heç nə yoxdur. Hər şeyin əvvəli odluğu kimi, axırı da var. Mən ömrümün axırına qədər Ülvira ilə bir səhnədə ola bilmərəm axı. Həmişə onun yanında qalası deyiləm ki. Bu, absurddur. Bu ayrılıq gec-tez baş verməli idi".

Aparıcı əlavə etdi ki, verilişdə tək yenilik onun getməsi deyil: "Veriliş özü də dəyişib. Onun bir adı qalıb. Düzünü desəm, veriliş barədə artıq mən də o qədər çox məlumata malik deyiləm. Ancaq bilirəm ki, bir çox maraqlı yeniliklər var".

Bəs görəsən, Elgiz həmkarı və yaxın dostu Ülviradan onunla birgə verilişdən uzaqlaşmadığı üçün inciyibmi? Aparıcı bu suala belə cavab verdi:

"Qətiyyən incimirəm. Burada Ülviralıq bir iş yoxdur. Əslinə qalsa, o məndən inciməlidir. Çünki mən onu yarı yolda buraxıb, yeni veriliş açdım. Amma yenilik etmək mənim öz fikrim idi.

Mən ümumiyyətlə yenilikləri çox sevirəm. Yeri gələndə "Toy olsun"u da Azərbaycanda ilk dəfə mən açdım. Əslində, o veriliş iki il bundan öncə efirə çıxmalı idi. Bunu hətta bizim Bədii Şurada da qəbul etmişdilər. Ancaq "Elgizli axşamlar" verilişi başımı qatdı. Lakin yenə də "Toy olsun" efirə gec çıxmasına baxmayaraq, çox uğurlu alındı, savab qazandıq. 20-yə yaxın insan ailə həyatı qurdu. Biz onlara toy elədik. Inşaallah onların uşaqları dünyaya gələcək. Şəxsən mən öz verilişlərimdə o uşaqları tamaşaçılara təqdim edəcəm. Bu da bir daha sübüt edəcək ki, bizim veriliş çox ciddi eyni zamanda səmimi idi. O, mənsiz də davam edəcək", - deyə Elgiz bildirdi.

Elgiz yeni verilişindən də danışdı: "2 ildir, bu veriliş üzərində çalışıram. Tam olaraq beynimin məhsuludur. Bu yeni verilişdə hər şey daha da maraqlı olacaq. Çünki burada şou, sosial və digər mövzular yer alır. Tamam başqa bir layihədir. Hər kəsə lazım olacaq verilişdir. Detallarını tam açıqlamaq istəməzdim. Veriliş yanvar ayından efirə çıxacaq.

Bununla yanaşı, mənim "Elgizli axşamlar" verilişim hər zamanki kimi efirdədir. Yeni mövzüm üçün çəkilişlər artıq baş tutub. Bu verilişdə də dəyişikliklər çoxdur. Xatırlayırsınızsa, verilişdə şou-biznes və mədəniyyətlə bağlı müzakirələr aparılmayıb. Ancaq bu mövsümdə şou və mədəniyyət sahələrinə də mütləq önəm vermək istəyirəm. Lakin bu, o demək deyil ki, mən hər mövzunu da müzakirəyə çıxaracağam. Əgər qlobal nə isə baş versə, çəkəcəyik".

"Toy olsun"la bağlı verilişin digər aparıcısı Ülvira Qarayeva da Milli.Az xəbər portalına danışdı. Ancaq Elgizdən fərqli olaraq Ülvira başqa arqumentlər gətirdi:

""Toy olsun"un yeganə adı eyni qaldı. Verilişin yeni formatlı aparıcısı mən seçildim. Bunu isə rəhbərlik istədi. Verilişin yeni formatlı aparıcısı olmaq mənə tapşırıldı. Elgizin isə bundan heç xəbəri yox idi. Düzdür, onun yeni layihəsi var idi. Ancaq verilişdə tək mənim qalmağımı o elə məndən eşitdi. Bildiyiniz kimi, bizim şirkətdə hər bir qərarı rəhbərlik verir. Verilişdə Elgizsiz darıxacam. Amma o nəyin daha yaxşı olduğunu özü bilir. Mənə elə gəlir ki, hər kəs özü istədiyi layihədə qaldı. Mən də burada qalmaq istəyirdim".

Qeyd edək ki, Elgiz açıqlamasında "Toy olsun" verilişini ANS kanalına ilk dəfə özünün gətirdiyini iddia edir. Elgizin sözlərinə görə, o, bu layihəni hələ 2 il öncə kanalın bədii şurasına təqdim etmişdi. Ancaq Ülvira məsələni təkzib etdi:

"Elgiz yenə nəyisə yalnış danışır. Bəlkə də verilişlə bağlı Elgiz nəyisə zamanında fikirləşib. Ancaq məhz mən bu layihə ilə birgə ANS-ə gəldim. Bu, mənim öz layihəm idi və Elgizi verilişə rəhbərlik verdi ki, mənimlə birgə çıxsın. "Toy olsun"un yeni variantından Elgizin xəbəri yox idi. Onun başı yeni verilişinə qarışmışdı. Verilişin yeni variantını Elgizə təklif etmədilər. O, verilişdən özü getməyib. Bu, birbaşa rəhbərliyin qərarı idi..."

"Mən Elgizdən incimirəm. Yaradıcılıq yolunda nəyi seçməyi hər kəs özü yaxşı bilir. Verilişin bu formatında elə bir aparıcı bəsdir. Yaradıcı kollektivimizlə belə gərara gəldik ki, mənimlə birgə meyxanaçı Tərlan Dağlı da çıxacaq. Ancaq təbii ki, daimi aparıcısı mənəm. Elgiz isə "Elgizli axşamlar"ın əvəzolunmaq aparıcısıdır. Elgiz o verilişə daha çox lazımdır".

Verilişin yeni formatına gəlincə isə Ülvira bunları dedi: "Maraqlı süjetlər olacaq. Təbii ki, evlənmək məsələsi öz yerində qalacaq. Verilişdə münsiflər heyəti də oturacaq. Onlardan biri çox maraqlı və qeyri-adi stilist Samir Əliyevdir ki, onun məsləhətlərinə daim ehtiyacımız olub. Qalan 3 nəfəri isə efirdən görəcəklər. Verilişdə bəylər ayrı, xanımlar ayrı iştirak edəcəklər. "Toy olsun" sentyabrın birinci yarısında efirə çıxacaq", - deyə Ülvira əlavə etdi.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Oxunub: 12734 Tarix: 31.08.2011
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər