Xoşqədəm ANS-in bağlanmağına münasibət bildirdi

Xoşqədəm ANS-in bağlanmağına münasibət bildirdiTanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı ANS televiziyasının yayımının dayandırılmasına münasibət bildirib.

BiG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, hal-hazırda fəaliyyətini Xəzər TV-də davam etdirən aparıcı ANS-lə bağlı məlumatlara sevinənləri qınayıb.

Xoşqədəm Hidayətqızının məsələ ilə bağlı fikirlərini təqdim edirik:

"İki gündür Arda bir az rahatsız və yollar... Dünən axşam yerləşdik otelə və nəhayət ki, mən də imkan tapdım iki gün sonra sosial şəbəkələrə göz gəzdirim. Statusların böyük əksəriyyəti ANS-in bağlanması ilə əlaqədardır. Kimisi bu addımı pisləyir, kimisi də... Bax bu ikincilər ki, var onların o sevinc yağan statuslarını oxudum və açığı üzüldüm. Niyə sevinirsinız? Nə olub? Dostlar, niyə biz yıxılanı baltalamaq üçün məqam gözləyirik, axı niyə? Bilirsiniz nəyi xatırladım?! "Səni axtarıram" bağlanmadan üç gün öncə tanıdığım bir şəxslə danışırdım, mənə və proqrama təriflər yağdırır, hətta dedi "Səni axtarıram"ın əhəmiyyəti ilə bağlı bir yazı hazırlamaq istəyir. Dedim sağ ol, istəmirəm yazma, onsuz da bilən bilir. Üç gün sonra "Səni axtarıram" bağlandı və həmin adam mənim və proqramın əleyhinə elə bir yazı yazmışdı ki,.. Gözlərimə inanmadım. Yəni mən bu halları görmüşəm, yaşamışam. Cavab belə verməmişəm, vermərəm də. Ancaq bu olay fərqli bir olaydır. Dayana bilmədim, yazmaq istədim. Təbii ki, bu günlər arxada qalacaq və hər şeyi qoyaq bir kənara, bu olaya sevinənlər, unutmayın, orda yüzlərlə insan çalışır, evinə çörək aparır. Belə çıxır onların ailəsinə çörək pulu apara bilməyəcəyinə sevinirsiz.

Qısası, yıxılanı baltalamaq çox asan. Məsləhətim, yıxılanı baltalamayın!!!"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5049   Tarix: 20 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Dünyaya uşaq gətirmək vacib deyil"

"Sevinirəm ki, Fətulla (qardaşının övladı - red.) ailəni tək idarə edir. Dünyaya uşaq gətirmək vacib deyil". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Zaurla Günaydın" verilişində deyib. Müğənni ailəsindən danışıb:. "Fətulla uşaq idi, çılğın, hər şeydə

26.03.2024 517
.

"O qədər səhvlər etmişəm ki..."

"Mən səhv tutmağı sevmirəm. Səhvi olmayan insan natamamdır. O qədər səhvlər etmişəm. Bu gün onlar məni Aytən Səfərova edib". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Zarafat bir yana" verilişində deyib. O bildirib ki, efirdə hər zaman qadınları müdafiə edir: . "Hə

26.03.2024 597
.

Aparıcı "Niva" ilə Bakıdan Çinə gedir

Aparıcı Fərid Rəsul maraqlı bir addım atıb. Axşam.az xəbər verir ki, "Yenə adi günlərdən biri" adlı layihə edən Fərid "Niva" markalı maşınla Bakıdan Çinə yola düşüb. Fərid bundan əvvəl Avropadan İran vasitəsi ilə Çinə getməyi plnlaşdırıb. Amma İran sərhəddində onu buraxmadıqları üçü

25.03.2024 843
.

Aygün Bəylərin məzarından yeni görüntülər - VİDEO

Əməkdar artist Aygün Bəylərin məzarından yeni görüntülər yayılıb. xəbər verir ki, onun məzarı bir gənc tərəfindən təmizlənərək, səliqəyə salınıb. Paylaşıma "Aygün Bəylər, səni də unutmadıq" şərhi yazılıb. Muğam ifaçısı yanvarın 6-da Ankarada müalicə aldığı xəstəxanada vəfat edib. O, uzun müddə

24.03.2024 982
.

"Yalı çapkını"nda gözlənilməz ayrılıq - Foto

"Yalı çapkını" serialında növbəti ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə aktrisa Binnur Kaya vida edəcək. O, layihədə "Nükhet" obrazına həyat verir. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır

24.03.2024 590
.

"Deyirlər ki, Nüşabə oğlu yaşda kişiyə ərə gedib"

"Mən 1967-ci ildənəm. Ərim Rza bəy isə 1974-ci ildəndir. Yəni mən ərimdən 7 yaş böyüyəm". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Xeyirli axşamlar" proqramında deyib. Müğənni həyat yoldaşı ilə aralarında olan yaş fərqinin tənqid edilməsinə cavab verib:

13:12 717
.

"Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"

"Bütün verilişləri izləyirəm. ATV-də baş redaktor olmuşam, alışqanlığım var: bütün verilişlərdən xəbərim olmlıdır. "Bizimləsən" uzun illərdir yayımlanır. Zaur və komandasının yardım etdiyi qədər xəstə heç bir proqramda olmayıb". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Günay Baxşəliyev

26.03.2024 603
.

Xanımı Kadir İnanırın son vəziyyətini açıqladı

"Təbii ki, hələ də yorğundur, zamana ehtiyacı var. Ziyarətimdə məni tanıması, əlimdən tutması kimi müsbət reaksiyaları oyanış prosesinin davam edəcəyinə ümid verdi". "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Kadir İnanırın 23 illik həyat yoldaşı Jülide Kura

28.03.2024 505
.

Zaranın formada qalma sirri

Türkiyəli müğənni Zara formada qalmasının sirrini bölüşüb. Axşam.az xəbər verir ki, sənətçi müsahibəsində 9 kiloqram çəki atmasından danışıb:. "Tərəvəzli yeməklər yeyirəm. Günəş batandan sonra qidalanmıram. Həftənin 3 günü idman edirəm. Ən vacibi də stressdən uzaq dururam"

27.03.2024 737