Aprel döyüşlərinin sonuncu ŞƏHİDİ: "Darıxdım, balamı istəyirəm..." - FOTOLAR

Aprel döyüşlərinin sonuncu ŞƏHİDİ: "Darıxdım, balamı istəyirəm..." - FOTOLARBiG.AZ modern.az-a istinadən Aida Eyvazlının yazsısını təqdim edir:

O gənc gəlin, indi sevdiyini, başının tacını, ona sona qədər yol yoldaşı olmayan həyat yoldaşını axtaranda Sumqayıtdakı Şəhidlər Xiyabanına gedir. Qucaqlayır başdaşını, ağlayır, yaman ağlayır.

Hələ 1994-cü ildə Bakıdakı Şəhidlər Xiyabanına gedəndə də bir sarı saçlı gözəlin başdaşını qucaqlayıb ağladığını görmüşdüm. İndi Aynuru da elə gördüm. Aprelin əvvllərindəki döyüşlərdə həlak olmuş gənc sevgilisi, 4 yaşlı oğlu Aminin atası Seymur Baxışovun başdaşını qucaqlayıb ağlayırdı...

Hələ 1994-də bu şeiri yazmışdım:

Əhdinə vəfalı gözəl,
Nə yanığlı ağlayırsan
Göz yaşınla mərmər daşın,
Ürəyinmi dağlayırsan.

Daşa dönmüş o şəkili
Bağrına basdığın bəsdir,
Səsini eşidən deyil,
Nə danışsan da əbəsdir.

Qucaqlayıb baş daşını
Tellərin yaman ağlayır.
Dərdin köksündə hönkürür,
Diləyib aman ağlayır.

Bir tumara həsrət qalan,
Tellərinin tumarı yox.
Nə zamandır dərdlərinin,
Səngiməyi, xumarı yox.

Sevgilin daşa dönəndən ,
Daşlara saldın meylini,
Daha daşlara söylərsən,
Hər dərdini, gileyini.

Baxışovlar ailəsi ilə söhbətimin davamını evlərində etdim. Şəhid Seymur Baxışovun iyulun 12-si 29 yaşı tamam oldu. Ailə üzvləri həmin gün məzarlığa bir daha doğum gününü qeyd etməyə gəldilər. Daşla danışdılar, daşa dönmüş Vətənin bir parçasına baş əydilər.

Seymur 1987-ci ildə Sumqayıtda doğulmuşdu. Köhnə Sumqayıtda yaşayırdı. Onların yaşadıqları 4-cü mikrorayon əslində köhnə sumqayıtlıların yurd yeridir. Bu məhəllə və mikrorayonda yaşayan sumqayıtlılar Sumqayıtı qurub-tikənlərdirlər. 4-cü mikrorayon həm də fəhlələrin yaşadıqları ünvandır. Seymurun atası Qulamhüseyn kişi və anası Zemfira xanım da hərbçidirlər. Böyük qardaşı Samir də hərbçidir. Bu ailə Azərbaycan Ordusuna könül verənlərdəndir. Ancaq indi ata-anası təqaüdə çıxıblar. Qardaşı Samir Baxışov isə bu gün də Azərbaycan Ordusunun zabitidir. Seymur Baxışov cəbhədən ən gec qayıdan şəhid oldu. Onu bütün Azərbayacn intizarla gözlədi.

Anası Zemfira Baxışova:

- Aprelin 3-dən sonra oğlumla əlaqə qura bilmədik. Lakin son günə qədər, tabutu bu evə gələnə kimi ürəyimdə bir ümid, bir işıq var idi. Fikirləşirdim ki, erməni tərəf bəlkə əsir götürüb, yəqin ki dövlətimizin səyi sayəsində yaralı da olsa, qaytarılacaq...

Bacısı Səbinə Baxışova:

- Seymur evimizin kiçiyi idi. Ancaq sevincli anlarımızın çoxu onunla bağlıdır. Əsgərliyini çəkib gələndən sonra, 2006-cı ildə hərbi xidmətə getdi. O gündən sonra bizim də firavan günlərimiz başladı. Biz kasıb yaşamışıq. Ancaq mərd yaşamışıq. Və Seymur aldığı aylıq əmək haqqı ilə hamımızı sevindirməyə başladı. Bir də gördün ki, anama və mənə bahalı palto alıb gətirib. Böyük qardaşıma əl yetirirdi. Qazancı o qədər bərəkətli oldu ki, hamımıza çatdı. Hətta mənə ev tikməyə də kömək etdi. Seymur bizim sevinc mələyimiz idi.
2009-cu ildə isə onu evləndirdik. Noyabrın 8-də toy elədik. Aynurla Seymura baxanda özümü lap xöşbəxt hiss edirdim. Bu iki cütlük bir-birinə qoşa göyərçinlər, qumrular kimi bağlanmışdılar. İtkin xəbəri çıxandan sonra, qohum-əqraba, dost tanış gəlib-gedirdi evimizə. Kimsə "həlak oldu, erməni tərəfindədir hələ" deyəndə, az qalırdım həmin adamı parçalayam. Evdə hamımız havalı kimi idik. Böyük qardaşım hərdən "özünüzü ələ alın, hazır olun..." deyəndə, sözünü ağzında kəsirdim. Barışmaq istəmirdim, eşitmək istəmirdim.
Aprel ayının 18-də qardaşımı gətirdilər. Ancaq tabutu açmağa qoymadılar. Xatirimdə sağ görünüşü ilə qalıb. Onu ölmüş vəziyyətdə təsəvvür edə bilmirəm. Bu gün də qardaşımın yoxluğunu qəbul etmirəm.

Anası Zemfira xanım:

- Gözüm elə qapıdadır. Elə bilirəm ki, girəcək içəri, yenə evimiz işıqla, sevinclə dolacaq. Yəqin ki, öldüyüm günə qədər gözüm onu son dəfə salamat yola saldığım qapıda qalacaq. Oğlu Amin əvəllər dəcəllik edərdi. İndi isə atasının adını çəkəndə hirslənir. Elə bilir ki, onu atıb gedib. Daha heç bir reaksiya vermir, heç kimdən soruşmur atasını. Ancaq hərdən "ana, mən şəhid oldum" mahnısını oxuyur. Bilmirəm, haradan, nə zaman öyrəndi bu mahnını. Oturub ailə üzvləri birlikdə xatirələrimizi danışırıq, bir-birimizə sual veririk ki, niyə belə oldu... Cavab tapa bilmirik.

Səbinə qardaşından danışanda gözlərində bir işıq, bir sevinc oyanır. Elə bil ki, bu dəqiqə qapını açıb içəri girəcək qardaşını gözləyir. İstəmir, inanmır Seymurun yoxluğuna.

Xanımı Aynur Seymurun səs yazısını dinlədir mənə. Onunla sonuncu dəfə danışdığı səs yazısı da qalıb telefonunun yaddaşında, başqa səs yazıları da var. Təhərindən-tövründən anlayıram ki, bu taleyi kəm, bəxti yarımçıq gəlin indi Seymurun səsinə sığınıb, gecələr tək qalanda onun səsini qucaqlayır, səsini bağrına basıb, ağlayır, hönkürür... Seymur isə daha başqa heç nə danışmır. Elə aprelin 1-nə qədər dediklərini təkrar edir.

Gözlərində bir dünya kədər-qəm var. Adama elə gəlir ki, o gəlinin gözlərini sevinc birdəfəlik tərk edib.

Şəhidin xanımı Aynur:

- Cürbəcür şayiələr gəzirdi ki, Seymurun bədəni tanınmaz haldadır, bəlkə də özü deyil. Lakin mənə məhkəmə tibb ekspertlərinin çəkdikləri şəkilləri göstərdilər. Seymurun bütün bədən əzaları yerində idi. Atılan mərmi bronjiletinin açıq olan hissələrindən sağ və sol böyrünu yaralamışdı. Aldığı yaralardan və qanaxmadan dünyasını dəyişmişdi. Buna görə çox rahatam ki, Seymurun bədənini 20 gündən sonra dövlətimiz bizə bütöv qaytarmağa müvəffəq oldu. Ancaq bilmirəm ki, aprelin 1-də nə baş vermişdisə, Seymuru yola salanda dedim ki, "mənə söz ver ki, mütləq qayıdacaqsan", o isə "əlbəttə" söylədi. Yoldan mənə telefon mesajı da göndərdi...

Gizir Seymur Qulamhüseyn oğlu Baxışov 1994-2005-ci illərdə 14 saylı orta ümumtəhsil məktəbində oxuyub. Atası Qulamhüseyn Baxışov istəyir ki, oğlunun oxuduğu 14 saylı orta məktəb indi Seymurun adını daşısın.
Şəhidliyindən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı indi Seymurun şəxsi əşyalarının içərisindədir. O şəxsi əşyaların içərisində qəlpələrə sinə gərən "Azərbaycan Respublikasının vətəndaşı" pasportunun üzlüyü də var. Balaca Amin hələ bunların fərqində deyil, uşaqlar bəzən unudurlar... Amin isə incidiyindən unutmaq istəyir. Gözlədiyi atasının gəlmədiyini görüb və gözlərini yoldan çəkib. Böyüyəndə biləcək ki, indi Şəhidlər Xiyabanında uyuyan Azərbaycanın qəhrəmanlıq tarixini yazanların sırasında onun atası, heç vaxt 30 yaşını qeyd eləməyəcək Seymur Baxışov da var.

Gözləri qapıdan yığılmayan Zemfira xanım oğlundan sonra qaməti bükülən Qulamhüseyn kişi, sevgisinə həsrət qalan Aynur isə axtardıqları sualların cavabını onda tapacaqlar ki, uğrunda canları qurban gedən şəhidlərin qanı alınsın, Vətənin bütün torpaqları geri qaytarılsın. O zaman Xəzərlə üzbəüz yerləşən Sumqayıtdakı Şəhidlər Xiyabanında uyuyan Şəhidlərimizin də ruhu bayram edəcək!

Aprel döyüşlərinin sonuncu ŞƏHİDİ: "Darıxdım, balamı istəyirəm..." - FOTOLARAprel döyüşlərinin sonuncu ŞƏHİDİ: "Darıxdım, balamı istəyirəm..." - FOTOLARAprel döyüşlərinin sonuncu ŞƏHİDİ: "Darıxdım, balamı istəyirəm..." - FOTOLARAprel döyüşlərinin sonuncu ŞƏHİDİ: "Darıxdım, balamı istəyirəm..." - FOTOLARAprel döyüşlərinin sonuncu ŞƏHİDİ: "Darıxdım, balamı istəyirəm..." - FOTOLARAprel döyüşlərinin sonuncu ŞƏHİDİ: "Darıxdım, balamı istəyirəm..." - FOTOLARAprel döyüşlərinin sonuncu ŞƏHİDİ: "Darıxdım, balamı istəyirəm..." - FOTOLARAprel döyüşlərinin sonuncu ŞƏHİDİ: "Darıxdım, balamı istəyirəm..." - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 19712   Tarix: 20 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB məlumat yayıb. Qurumdan -a bildirilib ki, hadisə nəticəsində xəsarət alan 2 nəfər (kişi cinsli) Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriliblər. 2003-cü il təvəllüdlü şəxsə başın digər hissələrinin səthi travması, boynun səth

17.04.2024 1297
.

"Jurnalistlər elə əmək haqqı ala bilməlidir ki, özlərinin sosial problemlərini həll edə bilsinlər" - Azər Həsrət

Azərbaycanda jurnalistlərin maddi imkanı ürəkaçan deyil. Bir müddət bəzi jurnalistlərə ev verilsə də, jurnalistlərin özlərinə ev alacaq qədər əmək haqqı qazanması gərəkdiyini bildirənlər də var. Mövzu ilə bağlı -a danışan media eksperti Azər Həsrət bildirib ki, media subyektləri ilə təmin etməlidir

17.04.2024 358
.

Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılmasına başlanılıb. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsinə dair görüntülər yayılmışdı

17.04.2024 444
.

Bu ərazilərdə yerləşən sənədsiz EVLƏR SÖKÜLƏ BİLƏR - AÇIQLAMA

Bakı və ətraf ərazilərdə çoxsayda sənədsiz evlər mövcuddur. Bu sənədsiz evlər müvafiq kateqoriya üzrə qadağan olunan ərazilərdə tikildiyi üçün vətəndaşlar çıxarış ala bilmir və həmin evlər sökülür. Artıq Azərbaycanda sənədsiz evlərin sökülməsi ilə bağlı müavfiq işlər görülür və bu barədə təkliflər aktuallaşıb

17.04.2024 1220
.

Aytən Səfərovanın düşdüyü qəzanın anbaan görüntüləri: Cinayət işi açıldı - YENİLƏNİB + VİDEO

Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı cinayət işi açılıb. -ın əldə etdiyi məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi üzrə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi qaldırılıb, istintaq hərəkətləri aparılır. Qeyd edək ki, CM-in 263-cü maddəs

17.04.2024 2387
.

Paşinyan Bəşər Əsədə təbrik məktubu göndərib

Ermənistanın Baş naziri Nikol Paşinyan Suriyanın prezidenti Bəşər Əsədə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. "Suriya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə sizə və dost Suriya xalqına ən səmimi təbriklərim

17.04.2024 324
.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinə

10:12 214
.

Avtomobil qəzasında ölən məşhurlar - FOTOLAR

Hər il avtomobil qəzasında kifayət qədər şəxs dünyasını dəyişir. BİG.az yol qəzası zamanı ölən məşhurların siyahısını təqdim edir:. Müğənni Aslan Hüseynov 2021-ci ildə "Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında özünün idarə etdiyi "BMW" markalı avtomobillə qarşıda hərəkə

17.04.2024 946
.

Simge Sağından İkardi etirafı

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin qollarından sonra stadionda səsləndirilən "Aşkın Olayım" mahnısı məşhur olan Simge Sağın 2018-ci ildə musiqisevərlərə təqdim etdiyi mahnının məşhurlaşması ilə bağlı etiraf edib. Türkiyə mediasına istinadən xəbər verir ki, şəxsi həyat

17.04.2024 595