Binəqədidəki yanan binada naməlum 16-cı meyit

Binəqədidəki yanan binada naməlum 16-cı meyitBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən Uğur Bəşirov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BiG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə verib.

Yanğında vəfat edən 3 yaşlı Fərəhin anası Günay Məhərrəmova həmin gün yaşananları danışıb: "Qonşunun qışqırıq səslərini eşitdim. Uşağı götürüb qaçdım, bir mərtəbə düşdüm, bloku tüstü basmışdı, qaranlıq idi. Daha düşə bilmədiyim üçün yuxarı qalxdım, əl atdım bir qapıya, təsadüfən öz evimiz idi. Qucağımda uşaq, pəncərənin qabağında dayanıb aşağıdakı xilasedicilərə əl elədim ki, kömək eləsinlər. Onlar da əl elədilər, bildim ki, məni görürlər. Mən huşumu itirdim, ayılanda ağzımda oksigen maskası vardı. Uşağı soruşdum, dedilər ki, "narahat olma, yaxşıdı". Balonda oksigen qurtarmışdı deyə, yenə huşumu itirdim. Sonra ayıltdılar. Məni evdən çıxarmağın yolunu bilmirdilər. Orta yaşlı kişi məni çiynində çıxartdı. Məni aparanda yerdə insanların cansız bədənləri vardı, onları adlayıb keçirdik. Sonradan bildim ki, Fərəh ölüb".

Günay Məhərrəmova onlara dəymiş ziyanı Binəqədi Rayon İcra Hakimiyyətindən tələb edib: "Çünki sakinlərin müraciətindən sonra binanın o materialla üzlənməsi dayandırılmışdı. İcra Hakimiyyəti niyə yenidən icazə verdi? Eyni zamanda, bu yanğında təqsiri olan hər kəsdən tələb edirəm".

Hadisə zamanı xəsarət alan FHN əməkdaşı Kamil Dünyamalıyev də zərərçəkmiş qismində ifadə verib. O bildirib ki, özündəki oksigen maskasını İbrahim adlı 1 yaşlı uşağa verib, nəticədə özü xəsarət alıb.

Prosesin gedişində təqsirləndirilən şəxslərdən Qəzənfər Novruzovun səhhəti pisləşib və məhkəməyə Təcili Tibbi Yardım çağırılıb. Məhkəmədə fasilə elan olunub.

Zərərçəkən Aynurə Cəfərova yanğın vaxtı 2 yaş yarımlıq uşağı ilə balkonda gözlədiyini deyib: "Tüstü evə dolmuşdu, heç yer görünmürdü. Telefonun işığı ilə uşağı tapdım. Uşaq tüstüdən boğulurdu. Otaqlardan birinə alov dolanda, balkona qaçdıq. Hərdən əlimizi çıxarırdıq ki, sağıq, kömək eləyin. Saat 4-dən sonra evdən çıxdıq".

Digər zərərçəkən Surxay Sadıqov bildirib ki, yanğın zamanı binada olan oğlunun sağ olmasına baxmayaraq rəsmilər onu ölü biliblər: "Evdən çıxa bilməyib. Tüstü olub, alov dolandan sonra qaçıb, blokda yıxılıb. Bir nəfər pilləkənlərdən çıxarıb gətirib. Meyitlərin yanına qoyublar, elə biliblər ölüb. Həkimlər baxıb görüblər ki, sağdı. 6 saylı xəstəxanaya aparıblar".
Zərərçəkən Sevinc Abdullayeva yanğın vaxtı evdə yeni doğulan körpəsi ilə qaldığını, yanğın söndürüləndən sonra çıxarıldıqlarını deyib.

Prosesdə ifadə verən zərərçəkənlərdən biri Zəmanət Daşdəmirov naməlum 16-cı meyit haqda məlumat verib: "Yanğın vaxtı yerdə bir cəsəd gördüm. Onun başı yarılmışdı, qan axırdı, ölmə ehtimalı çox idi. Amma mən onu tanımadım. Digər ölən 15 nəfərin hamısını tanıyırdım.

Onlardan biri deyildi, onun qolunda döymə vardı. Həmin adam binadan özünü atan Yaşar deyildi, çünki mən onu yerdə görəndən 20 dəqiqə sonra Yaşar özünü atdı. Ehtimal var ki, adı məlum olmayan 16-cı ölü təxribatçı olub, binanı o yandırıb".

Məhkəmə prosesi iyulun 21-də davam etdiriləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4928   Tarix: 19 iyul 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568