"İcra başçısı camışlarına vaxt ayıra bilir, bizə yox?!" - Şəhid anası

"İcra başçısı camışlarına vaxt ayıra bilir, bizə yox?!" - Şəhid anası"Mənim oğlum sağlığında 1700 manat əmək haqqqı alırdı. Kaş ki, sağ olaydı, mənim də Adil Məmmədov kimilərə ehtiyacım qalmayaydı".

BiG.AZ xəbər verir ki, Qobustan rayonunun Bədəlli kəndində yaşayan şəhid anası Müstəcəbova Şəhla azinforum.az İnformasiya Portalına rayon icra hakimiyyətinin onlara qarşı olan hədsiz biganəliyindən bəhs edən şikayət ünvanlayıb. Qeyd edək ki, şikayət edən xanım 04.04 2016-cı il tarixində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəməncasına şəhid olan Müstəcəbov Orxan Ələskər oğlunun anasıdır. Şəhid anası bildirir ki, hətta bu günə kimi onun oğlunun qəbri belə düzəldilməyib:

"Bu müddət ərzində İcra Hakimiyyətinin başçısı Adil Məmmədovdan zərrə qədər də dəstək görməmişik. Bütün yası da öz vəsaitimiz hesabına etdik. Çox sağ olsun, ölkənin birinci xanımı Mehriban Əliyeva bizə dəstək göstərməsəydi yasın xərcinə görə oğlanlarım bankdan kredit götürməli olacaqdı. Mən fürsətdən istifadə edib Mehriban xanıma bütün şəhid ailələrinə göstərdiyi qayğı və diqqətə görə dərin təşəkkürümü bildiriəm. Yaxşı olardı ki, bizim icra başçımız da belə əməllərə baxıb örnək götürərdi. Bütün rayonlarda şəhidlərimiz olub. Mən maraqlanmışam, yerli icra hakimiyyətləri həmin ailələrə böyük qayğı göstərir. Adil Məmmədov isə, hər gün mənim evimin yanından keçib fermada saxladığı camışlara baş çəkə bilir, ancaq şəhid anası ilə maraqlanmağa vaxt tapmır. Gəlin, evimizə baxın, yağış yağanda başımıza damır. Mənim oğlum sağlığında 1700 manat əmək haqqqı alırdı. Kaş ki, sağ olaydı, mənim də Adil Məmmədov kimilərə ehtiyacım qalmayaydı. Bir şəhidin qəbrini düzəltməyə icra hakimiyyətinin gücü çatmırsa, onda burda niyə işləyir?".

Qeyd edək ki, şəhid Müstəcəbov Orxan Ələskər oğlunun məzarı Qobustan rayonunun Yekəxana kəndindədir.
"İcra başçısı camışlarına vaxt ayıra bilir, bizə yox?!" - Şəhid anası"İcra başçısı camışlarına vaxt ayıra bilir, bizə yox?!" - Şəhid anası"İcra başçısı camışlarına vaxt ayıra bilir, bizə yox?!" - Şəhid anası


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1935   Tarix: 10 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması Prezident İlham Əliyevdən növbəti ustad dərsidir"

"Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması Prezident İlham Əliyevdən növbəti ustad dərsidir. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyas

11:49 1
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

17:47 33
.

Türkiyədə güclü zəlzələ oldu - FOTO

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib

18.04.2024 653
.

Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu

Kral II Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib. Məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlə

12:27 196
.

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib

Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib. xəbər verir ki, bu barədə Milli Qəhrəmanın hazırda İsveçdə yaşayan yaxınları bildiriblər. "Şahin Tağıyev üç gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib", - ailə üzvləri Milli Qəhrəman haqqında danışarkə

18.04.2024 376
.

Gecə körpüyə çıxıb intihar etmək istədi - Video

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb. "Qafqazinfo" xəbər verir ki, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu Qara Qarayev prospektində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

10:47 487
.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

17:49 18
.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

12:40 210
.

Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı

"Yaxşı gününüzdə qohum-əqrəbanı xatırlayın, çevrənizdəkilərə yardım edin. Vəzifəyə, işə-gücə, sahib olduqlarınıza güvənməyin". "Olay" bildirir ki, bu sözləri "Səni axtarıram" verilişində Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib. O, həmçinin ötən gün vəfat edən sabi

18.04.2024 674