Bakıda ŞOK OLAY: həkim hamilə qadını ölümcül vəziyyətdə əməliyyat stolunda qoyub qaçdı

Bakıda ŞOK OLAY: həkim hamilə qadını ölümcül vəziyyətdə əməliyyat stolunda qoyub qaçdıBakıda həkim əməliyyatı başa çatdırmamış klinikanı tərk edib.

BiG.AZ-ın məlumatına görə, "Baku Medical Plaza" klinikasında 1 iyun tarixində saat 07:00-də paytaxt sakini İrina Makarova qeysəriyyə əməliyyatı keçirib. Əməliyyatı Öndər adlı həkim keçirib. Qeyd edək ki, Öndər həkim "HB Güven Klinik"asında çalışır.

Əməliyyat təxminən 5 saat davam edib. Bu müddət ərzində İrinanın əməliyyatı və onun vəziyyəti barədə heç bir məlumat verilməyib. Şok təfərrüatlar əməliyyatdan sonra məlum olub. Həkim düzgün əməliyyatı aparmadığını anladıqdan sonra klinikadan qaçıb. Daha sonra məlum olub ki, həkim əməliyyat zamanı cərrah bıçağıyla əkiz körpələrdən birinə toxunub. Uşağın üzərindəki kəsiyin uzunluğu 2 sm, dərinliyi isə 0,3 sm olub. Bu kəsik uşağın həyatı üçün ciddi risk təşkil edir.

İrina Makarov əməliyyat zamanı çox qan itirib. Üç gün ərzində yaxınları və qohumları ona qan verib. Ancaq buna baxmayaraq qadında daxili qanaxma dayanmayıb. Əməliyyatdan iki gün sonra İrina gözlərini açıb. Qohumları ümid edirdi ki, ən pis hadisə geridə qalıb. Amma qadının vəziyyəti sonradan yenə pisləşib.

İrina uğursuz əməliyyata görə yumurtalıq və uşaqlığını itirib. Ola bilsin ki, İrinaya dördüncü dəfə əməliyyata girmək lazım gələcək.

Ginekoloq Öndər hadisədən sonra gizlənib. BAKU.WS hadisə ilə bağlı məlumat əldə etmək üçün "Baku Medical Plaza" klinikası ilə əlaqə saxlayıb. Klinikadan bildirilib ki, sözügedən əməliyyatla bağlı klinika heç bir məsuliyyət daşımır. Həkimin "HB Güven Klinika"sından sifariş əsasında gəldiyi və klinikada əməliyyatı həyata keçirdiyi bildirilib. Nəticə etibarı ilə klinika yaranmış vəziyyətdə özünü günahkar görmür.

BAKU.WS əməkdaşı Səhiyyə Nazirliyi ilə də əlaqə saxlayaraq məsələyə münasibət öyrənməyə çalışıb. Qurumdan bildirilib ki, faktla bağlı nazirliyə hər hansı şikayət daxil olmayıb. Nazirlikdən əmin edirlər ki, əgər şikayət daxil olarsa, faktla bağlı araşdırmalara başlanılacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 15443   Tarix: 06 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497