"Cəsədi çantaya qoyub..." -gündəmi zəbt edən qətllə bağlı TÜKÜRPƏDİCİ FAKTLAR

"Cəsədi çantaya qoyub..." -gündəmi zəbt edən qətllə bağlı TÜKÜRPƏDİCİ FAKTLARSankt-Peterburqda 7 günlük gəlini qətlə yetirən Samir Vəliyev peşəkarcasına istintaqdan boyun qaçıra bilib.

O, özünü çox ehtiyatlı aparıb. "Şübhəli şəxs cinayətin izlərini gizlətmək üçün detallı plan qurub. O, müşahidə kameralarının olduğu yerlərdən tutmuş, həyat yoldaşının hansı paltar geyindiyini, qohumlarına nə deyəcəyinə qədər hər şeyi əvvəlcədən bilib. O, o qədər özündə əmin olub ki, Gülnarənin itkin düşməsi haqda özü polisə məlumat verib", - deyə Kirov rayonu üzrə İstintaq şöbəsinin rəis müavini Aleksandr Nesvit deyib.

Samirin sözlərinə o, Gülnarı təsadüfən ailə münaqişəsi zamanı öldürüb. Mübahisəyə səbəb ərin telefonunun cərəyanının tükənməsi olub. Gülnar telefonu "zaryadkaya" qoyduğunu desə də, ehtimal edilir ki, o, bunu etməyi unudub.

"O, elə düşünüb ki, onu hər zaman aldadıblar. Özünün sözlərinə görə, əgər mənə belə xırda məsələlərdə yalan danışırlarsa, deməli, hər zaman yalan deyirlər", - deyə Aleksandr Nesvit əlavə edib. O, həmçinin qeyd edib ki, Samir özündən 10 yaş kiçik Gülnarı qısqanırdı və hər şeyə görə hesabat verməyi tələb edirdi.

Samir qətli törədəndən sonra cinayət izlərinin itirilməsi haqda düşünməyə başlayıb. Kişi qızın meyitini torbaya qoyub öz böyük qardaşına zəng edib. Onlar bağa gedəcəkləri haqda sözləşiblər. O qardaşından tikinti tullantılarının olduğu paketləri maşına yığmağı xahiş edib, həmin paketlərdən birində Gülnarın meyiti olub. Qardaşı Samirdən Gülnarın harada olması haqda soruşanda o, cavab verib ki, həyat yoldaşı yatır.

"Qeyd etmək lazımdır ki, Samir öz telefonunu qəsdən evdə qoyub ki, onun yerini müəyyən etmək olmasın", - deyə Aleksandr Nesvit qeyd edib

Bağa gələn kişi arvadının meyitini bataqlığa aparıb və üstünü torpaqla örtüb ki, bir müddət sonra ora qayıdıb yenidən meyiti gizlədə bilsin.

Nesvitin sözlərinə görə, cinayətkar özünü o qədər təbii aparıb ki, qohumlar nəyin baş verdiyini anlamayıblar. "Onun qardaşı dindirmələr zamanı ağlayırdı" - Aleksandr Nesvit belə deyib.
"Cəsədi çantaya qoyub..." -gündəmi zəbt edən qətllə bağlı TÜKÜRPƏDİCİ FAKTLARQohumlar cavan gəlinin harada olduğu haqda soruşanda isə əri onun qadın məsləhətxanasına getdiyini və Gülnarın hansı paltarda olduğunu unutduğunu bildirib. Bundan sonra o, gənc qızın geyinə biləcəyi bir dəst geyimini gizlədib ki, heç kəs yalanın üstünü açmasın.

Sonra o, bağa gedib və meyiti yenidən gizlədib. Samir, həmçinin anlayırdı ki, nəqliyyat vasitələrində və taksidə getsə, bu, sonradan ona problem yarada bilər. Ona görə ər velosipeddən istifadə etməyə qərar verib. O xanımının meyitini iri çantaya qoyub və bel götürüb yaxınlıqdakı meşə zolağına yollanıb. Samir velosiped idmanı ilə məşğul olduğundan bir neçə metri velosipeddə asanlıqla qət edə bilib.

"Qız arıq olub və ona görə də onu çantada aparmaq elə də çətin olmayıb. Beləcə, o, 18 km məsafəni keçərək Ropşinski şossesinə çatıb" - deyə istintaqa yaxın mənbə bildirib.

Meşədə Samir bir metr dərinliyi olan çuxur qazıb. Qəbri gizlətmək üçün o, torpağın üstünə yarpaq və qamış töküb.

İstintaq qrupu qızın qəbrini tapmaq üçün xeyli vaxt sərf edib. Cəsəd tapılandan sonra isə 35 yaşlı kişi ağlayıb. Lakin şahidlərin sözlərinə görə, bu, süni görsənib.

Sankt-Peterburq üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi cinayət işinin araşdırmasını davam edir, yaxın zamanda ekspertizanın nəticələrinin açıqlanacağı gözlənilir.

Samir Vəliyev əvvəllər də insan oğurluğuna görə, məhkum olunub və həbsxanada cəza çəkib. İstintaqın fikirincə, məhz həbsdə o cinayət izlərinin itirilməsinə dair biliklər əldə edib. (anspress)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4742   Tarix: 02 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814