Kimsəsiz Uşaqlar üçün Xeyriyyə Konserti və Yardım

Kimsəsiz Uşaqlar üçün Xeyriyyə Konserti və Yardım

"Ultras Production" qrupu 10 Sentyabrda Əhmədlidə yerləşən 3 saylı "Günəş" uşaq evində xeyriyyə konserti və yardım aksiyası planlaşdırır.
Nəzərinizə çatdırım ki, "Günəş" uşaq evində məskunlaşan uşaqların hamısı kimsəsiz uşaqlardı və onların yardıma, qayğıya çox ehtiyacları var. Nəzərə alsaq ki, yeni dərs ilinin başlamasına bir neçə gün qalmış təşkil etdiyimiz bu tədbirlə biz həmin uşaqlara həm məktəb ləvazimatı və maddı baxımdan yardım edə bilərik, həm də o uşaqlarda məktəbdən qabaq ruh yüksəkliyinin artmasına kömək edə bilərik.
Təşkilatçı dostumuz "Orxan Abbasov","Elik photography (Elvin İsmayılzadə)" və "Ultras" Qrupunun hər bir üzvünün böyük həvəslə təşkilində maraqlı olduqları bu tədbirdə bizləri musiqiçii dostlarımız da yalnız qoymayacaqlar. Hər birinizi bu tədbirdə iştirak etməyə cağırır, bu və bundan sonrakı tədbirlərimizdə aktiv iştirak etməyinizi arzulayırıq.

10 Sentyabr saat 12:00-da M.Q/Qarayev, Çudo Peçkanın yanı
Ünvan: Əhmədlidə yerləşən 3 saylı "Günəş" uşaq evi
Görüş yeri: M.Q/Qarayev, Çudo Peçkanın yanı

Əlaqə: 055-611-87-87 (Orxan Abbasov)
Əlaqə: 055-348-85-37 (Emin Vəliyev)

Qeyd edək ki, "Ultras Production" qrupu iştirak etmək istəyənlərin rahatlığı üçün həmin gün saat 12:00-da, M.Q/Qarayev,Çudo Peçkanın qarşısından qonaqların avtobusla çatdırılmasını da təşkil etmişdir. Tanımayanlar və ya maşınsız olanlar orada toplaşıb birlikdə uşaq evinə hərəkət edəcəklər.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Sayt xəbərləri Oxunub: 9588 Tarix: 08.09.2011
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər