ŞOK QƏRAR: Bir həftənin gəlinini öldürən əri azadlıqda, çünki...

ŞOK QƏRAR: Bir həftənin gəlinini öldürən əri azadlıqda, çünki...Toyundan bir həftə sonra itkin düşən və bir neçə gün öncə meyiti tapılan Gülnar Vəliyevanın işi ilə bağlı gözlənilməz qərar verilib.

BiG.AZ-ın məlumatına görə, 23 yaşlı arvadını öldürən Samir Həbibov sərbəst buraxılıb.

Rusiya mətbuatı bu barədə 34 yaşlı Samir Həbibovun yaxınlarına istinadən xəbər verib. "Mayın 27-də Samiri həbs edib məhkəməyə apardılar. Lakin vəkil 3 milyon rubl (67 min 800 AZN) müqabilində onun azad olunmasını istədi. Hakim bununla razılaşaraq onu girov müqabilində azad edib", - deyə Həbibov ailəsinə yaxın mənbə qeyd edib. Bununla bağlı Sankt-Peterburq üzrə İstintaq komitəsi rəsmi açıqlama verməyib.

Daha əvvəl Vəliyevanın həyat yoldaşı Samir Həbibovun saxlanıldıqdan sonra verdiyi ifadəyə görə, o, həyat yoldaşını ehtiyatsızlıqdan qətlə yetirdiyini qeyd edib: "Evdə bizim aramızda mübahisə yarandı. Mən onu itələdim və Gülnar yıxıldı. Ancaq o yerə bərk dəydiyi üçün öldü. Daha sonra cinayətin izini itirmək qərarına gəldim və bu işdə köməklik göstərməsi üçün qardaşıma zəng etdim".

Samir köməyinə gələn qardaşı ilə birlikdə 23 yaşlı gəlinin meyitini velosipedlə Petrodvortsovı rayonundan 10 kilometr aralıdakı meşə massivinə gətirib və orada basdırıb. "Mayın 26-da Petrodvortsovi rayonunda olan meşə massivindən itkin düşmüş Gülnar Vəliyevanın meyiti tapılıb. Qadının ölüm səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə-ekspertizası təyin olunub", - deyə Sankt-Peterburq üzrə İstintaq komitəsinin mətbuat-xidmətinin məlumatında deyilir.

Gülnar Həbibova Sankt-Peterburqda aprelin 22-nə keçən gecə itib. Məlumata görə, axşam saatlarında Gülnar anası ilə telefonla danışıb və deyib ki, 34 yaşlı həyat yoldaşı Samirə yemək hazırlayır. Samir və Gülnar aprelin 15-də evləniblər və bundan sonra qız həyat yoldaşının Marşal Jukov prospektində yerləşən mənzilinə köçüb. Bir həftə sonra isə cavan gəlin yoxa çıxıb./anspress/


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9710   Tarix: 01 iyun 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888