SparkIV - GTA4 oynuna maşın və digər modları yükləmə

GTA 4 oynu bütün Grand Theft Auto kompaniyasının düzəltdiyi ən uğurlu oynudur.Bu oyun 3 hissədən ibarətdir:
1 - Adi GTA 4 oynu.Hansı ki,əksər internet klubda bu oyun var.
2 - The Ballad of Gay Tony
3 - The Lost And Damned

"The Ballad of Gay Tony" və "The Lost And Damned" versiyaları demək olar ki,bütün disklərdə 1 yerdə satılır.Yəni oynu yüklədikdə bu 2 versiya bir yerdə olur.Oyna girdikdə hansına istəsəz ona da girə bilərsiniz.Bu 2 versiya EFLC (Episodes From Liberty City) - Liberty şəhərindən epizodlardır.Ümumiyyətlə hər 3 versiyanın hərəsinin öz ləzzəti var.Yəni demək istədiyim odur ki,EFLC dedikdə bu 2 oyun birdən nəzərdə tutulur...
SparkIV proqramını yükləmək üçün aşağıdakı linkə klikləyin..

Adi GTA 4 üçün...
Yüklə | Download | Скачать

GTA 4 EFLC (Episodes From Liberty City) oynu üçün
Yüklə | Download | Скачать

Bu proqram vasitəsilə iri və ən məhşur oyun olan GTA 4 oynuna maşınlar,silahlar və digər modları 1 dəqiqə ərzində,heç çətinlik çəkmədən asanlıqla yükləyə bilərsiniz.

Gəlin sizinlə birlikdə bir maşın yükləyək.Maşını internetdən "GTA 4 Cars" yazaraq və ya Grand Theft Auto-nun öz saytından köçürə bilərsiniz.Belə saytları tapmaq çox asandır.Özünüz tapacaqsınız.Amma istəsəniz xəbərin aşağısında gözəl bir Audi maşınını var.Onu oyuna yükləyə bilərsiniz.Nəysə.Başlayaq maşın yükləməyə.
-İnternetdən yazdırdığınız maşının 2 faylı olmalıdır. Maşının adı ilə "wtd" və "wft" faylları olur."wtd" - yüklədiyiniz yeni maşının modeli, "wft" isə onun teksturası.Yəni rəngi,salonu və s.
-İlk olaraq Spark proqramına girin.Proqramı açdıqdan sonra kamputerinizdən Grand Theft Auto IVpcmodelscdimages ordan da vehicles.img arxivini bu proqram vasitəsilə açın.Burada GTA 4 oynunun bütün transportunun adları və şəkli var.Maşınların şəklinə baxmağı sonda deyəcəm.

SparkIV - GTA4 oynuna maşın və digər modları yükləmə-Açdıqdan sonra yuxarıdan solda "Filter" var.Ora sizin yüklədiyiniz maşının adını yazın.O qədər siyahıdan sizin maşının adı gələcək.(şəkildə filter-ə yazılan "sultanrs" maşını misal üçün yazılıb.ona fikir verməyin.öz yazdığınız maşının adını yazın ora)

SparkIV - GTA4 oynuna maşın və digər modları yükləmə-Sonra aşağıda o 2 faylı da "Export" edin.Sonra faylı kamputerinizdə hər hansı bir yerə yaddaşa salın.Bu ona görə lazımdır ki,əgər yüklədiyiniz yeni maşında nəsə problem yaransa və ya maşın sadəcə olaraq sizin xoşunuza gəlməsə,GTA 4 oynunun həmin maşının orijinalını qaytara biləsiniz.Çünki internetdən yazılan hər bir maşın normal olmur.Amma yaxşıları da çoxdur.

SparkIV - GTA4 oynuna maşın və digər modları yükləmə-İndi isə yeni maşınınızı oyuna yükləyə bilərsiniz.Bunun üçün isə sadəcə "İmport"-a basın və yeni yüklədiyiniz maşınının 2 faylını da götürüb açın.Maşınınız özü avtomatik olaraq siyahıya salınacaq və lazım olan faylla əvəzlənəcək.

SparkIV - GTA4 oynuna maşın və digər modları yükləmə-Ən sonda yuxarıdan sağda "Rebuild" , sonra isə "Save"-yə basın.Vəssalam.Yeni maşın oyuna yükləndi.Proqramdan çıxın və oyuna girib yeni maşınızı sürün.Yeni maşınınız oynun əsl əvəz etdiyiniz maşınla əvəzlənəcək.

İstəsəniz aşağıdakı maşını yükləyə bilərsiniz.Bu maşın GTA 4 oynunda "Comet"-i əvəz edir.Hansı ki,həmin maşını kodla gətirə bilərsiniz.Kod yığmaq üçün oyunda telefonu çıxardın və nömrəni yığın:
227-555-0175

SparkIV - GTA4 oynuna maşın və digər modları yükləmə

Bu maşını oyuna yüklədikdən sonra yenidən o kodu yığsanız bu maşın kodla gələcək...

Başda sizə oyunda olan bütün transportun şəkillərinə necə baxmaq barədə söz vermişdim ki,deyəcəm.
-Beləliklə SparkIV-la Grand Theft Auto IVpcmodelscdimages ordan da vehicles.img arxivini bu proqram vasitəsilə açın. Sonra hansı maşını istəyirsiniz onun "wtd" formatında olan faylının üstünə 2 dəfə klik edin.Siz maşının oyunda rəngsiz amma orijinal formasını görəcəksiniz.Hətta yeni yüklədiyiniz maşının da formasına bu yolla baxa bilərsiniz.Amma elə maşınlar olur ki,onu göstərmir.Elə olanda narahat olmayın.Oyunda maşınla əlaqədar elə də problem olmayacaq.

Əlavə olaraq oyuna kodlar da verirəm.Kodu yığmaq üçün mötərizədəki nömrəni oyundakı telefonunuza yığın:
GTA-555-0100 (482-555-0100) - Can və silah
GUN-555-0150 (486-555-0150) - Silah
GUN-555-0100 (486-555-0100) - Genişlənmiş silahlar
DOC-555-0100 (362-555-0100) - Tam can
COP-555-0100 (267-555-0100) - Polisi yox edir
COP-555-0150 (267-555-0150) - Polis gətirir
HOT-555-0100 (468-555-0100) - Hava dəyişir

Maşın kodları:
CAR-555-0142 (227-555-0142) - Cognoscenti
CAR-555-0100 (227-555-0100) - FBI Buffalo
CAR-555-0147 (227-555-0147) - Turismo
CAR-555-0175 (227-555-0175) - Comet
CAR-555-0168 (227-555-0168) - SuperGT
MBK-555-0100 (625-555-0100) - NRG900
MBK-555-0150 (625-555-0150) - Sanchez
FLY-555-0100 (359-555-0100) - Police Chopper
WET-555-0100 (938-555-0100) - Jetmax

GTA 4: The Ballad of Gay Tony oynu üçün əlavə 10 kod:
Floater - 938-555-0150
Akuma - 625-555-0200
Vader - 625-555-3273
APC - 272-555-8265
Buzzard - 359-555-2899
Bullet GT - 227-555-9666
Paraşut - 359-555-7272
Super yumruq - 276-555-2666
Snayperin gülləsini partladıcı edir - 486-555-2526
Əlavə genişlənmiş silahlar - 486-555-0100

GTA 4: The Lost And Damned oynu üçün əlavə 6 kod:
Innovation - 245-555-0100
Hexer - 245-555-0150
Hakuchou Custom - 245-555-0199
Double T Custom - 245-555-0125
Gang Burrito - 826-555-0150
Slamvan - 826-555-0100

Oyuna əlavə silah və modlar da bu yolla yüklənir


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 47138   Tarix: 19 avqust 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040