Göygöllə bağlı biabırçılıq - Rəsmi qurumlar cavabdehlikdən yayınır...

Göygöllə bağlı biabırçılıq - Rəsmi qurumlar cavabdehlikdən yayınır...Dünyada gedən və ölkəmizdə də hər addımda hiss edilən iqtisadi böhran şəraitində prezident İlham Əliyev yüksək gəlir gətirmə potensialı olan turizm sektorunun inkişaf etdirilməsini hər çıxışında vurğulayır.

Respublikanın hər bir yanında gedən quruculuq işləri birmənalı şəkildə təqdirəlayiqdir. Hətta uzun illər girişinə qadağa qoyulan "Göygöl" qoruğunun 2015-ci ildən etibarən vətəndaşların ixtiyarına verilməsi bu yolda atılan uğurlu addım kimi alıqışlandı. Əlbəttə, əraziyə gələn vətəndaşların ətrafı zibilliyə çevirməsi ayrıca mövzunun müzakirə predmetidir...

Bu gün söhbət açmaq istədiyimiz məsələ Göygöl rayonundan "Göygöl" qoruğuna gedən yolun bərbad vəziyyətdə olmasıdır. Əgər biz turist cəlb etmək, bu sahədən ölkə büdcəsinə xeyir vermək istəyiriksə, qoruğa gedən yolun bərbad durumda olmasına necə göz yuma bilirik?

Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Bayramova Modern.az saytına məsələnin onların səlahiyyətində olmadığını bildirdi:

"İcra Hakimiyyəti yol təmiri və tikintisilə məşğul olan orqan deyil".

Elə bu səbəbdən də "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Nəcəfliyə müraciət etdik.

BiG.AZ bildirir ki, qurum rəsmisi də modern.az-a həmin yolun "Azəravtoyol"un balansında olmadığını deyib: "Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıda həmin yol yoxdur".

Bu açıqlamadan sonra isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın münasibətini öyrəndik. İ.İbrahimova Modern.az saytına açıqlamasında nazirliyin yalnız qoruğun ərazisinə cavabdeh olduğunu qeyd etdi: "Biz "Göygöl" qoruğunun ərazisinə cavabdehik. Ətrafındakı yolun təmiri bizim səlahiyyətimizdə deyil".

Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur. Göygöl və onun ətrafının meşə landşaftı öz təbiət zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur.

2008-ci ildə Göygöl Dövlət Təbiət Qoruğunun bazasında və ona bitişik ərazilərin hesabına sahəsi genişləndirilərək, 12755 ha ərazidə Göygöl Milli Parkı yaradılıb. Onun 5094 hektarı meşə, 109 hektarı su, yerdə qalan hissəsi isə açıq və dağ sahələridir.

Göygöl kimi nadir məkanın füsünkarlığına xələl gətirən yol problemini bir sözlə biabırçılıq adlandırmaq olar. Xarici turistlər yanında bizə başucalığı gətirməyən biabırçılıq...

Göründüyü kimi problemə dair rəsmi qurumlara ünvanladığımız suallara aldığımız cavablar heç də ürəkaçan olmadı. Maraqlıdır, hər şeyin yaxşısına sahibləndiyimiz bir zamanda, rəsmilər, yol abad olsaydı yenə də "bizlik deyil" söyləyərək Göygölə aparan yolu sahibsiz qoyacaqdılarmı?..


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2348   Tarix: 25 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İtaliya Rəqabət Təşkilatından Amazona 10 milyon avro cərimə kəsilib

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması Amazon-u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib. xəbər verir ki, Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satı

24.04.2024 224
.

Rusiya: "ABŞ-nin Ukraynaya göndərəcəyi silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək"

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ-nin Ukraynaya göndərməyə hazırlaşdığı silahlar cəbhədəki vəziyyəti dəyişməyəcək. xəbər verir ki, Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb. "Münaqişə bölgəsindəki vəziyyət çox aydındır. Bununla belə, yəqi

24.04.2024 290
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

12:07 197
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

10:09 239
.

Aygün Kazımova onunla 23 il sonra bir arada - Video

Xalq artisti Aygün Kazımova "Şəklimi çək" klipində rol alan aktyor Şamil Muradovla 23 il sonra bir araya gəlib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu məclislərdən birində çıxış edərkən tərəf müqabili də orada yer alıb. Ş.Muradov səhnəyə çıxaraq, Pop kraliça ilə görüşüb və ifa zaman

10:23 2063
.

Yaponiyada hava limanına eniş edən sərnişin təyyarəsi xarab olub

Göyərtəsində 213 sərnişinin olan təyyarənin Yaponiyanın şimalındakı hava limanına enərkən qanadından tüstü qalxıb. xəbər verir ki, Yaponiya dövlət televiziyası NHK xəbərlərinə görə, paytaxt Tokiodakı Haneda Beynəlxalq Hava Limanından havaya qalxan All Nippon Airways (ANA) 71 nömrəli reysi yerli vaxtl

24.04.2024 270
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 437
.

"18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil

Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin

12:24 214
.

Sədaqət Vəliyeva: "Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyük bir uğur hesab olunur"

"Bu gün dünya ölkələrinin əksəriyyətində ixtişaşlar, müharibələr, terror aktları, bir sözlə qeyri-sabitlik tüğyan edir. Belə bir şəraitdə Azərbaycan bütün bu mənfi təsirlərdən tam kənardadır və ölkəmizdə yüksək səviyyəli sabitlik hökm sürür. Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyü

24.04.2024 193