"Eurovision 2012" bu binada keçiriləcək [Video]

"Eurovision" Beynəlxalq Mahnı Müsabiqəsinin baş prodüseri Yan Ola Sand və müsabiqənin təşkilati rəhbəri Sitse Bekkerin Azərbaycana səfəri başa çatıb.

Big.az-ın məlumatına görə, bu barədə saytına İctimai Televiziyanın mətbuat xidmətindən məlumat verilib.

Avropa Yayımları Birliyinin nümayəndələri Bakıda müsabiqəyə hazırlıqla bağlı növbəti danışıqlar aparıblar. Eyni zamanda "Eurovision-2012"nin keçiriləcəyi məkanla bağlı, müsabiqəyə hazırlıq üçün «B variantı" barədə müzakirə aparılıb.
"Əgər müsabiqənin keçirilməsi üçün yeni bir yer tikilirsə, o vaxtında başa çatdırılmalıdır. Şou yeni tikiləcək bir məkanda keçiriləcəksə, onda "B variantı" ehtiyat kimi lazımdır. Əgər hansısa səbəbdən gecikmə və ya başqa bir çətinlik ortaya çıxarsa, onda ehtiyat variant kimi alternativ yer olmalıdır"-deyə Sietse Bekker bildirib.

Hazırda Bayılda, Dövlət Bayrağı Meydanın yanında "Eurovision-2012" Mahnı Müsabiqəsinin keçirilməsi üçün yeni arena tikilir.

Heydər Əliyev Fondunun Rusiya nümayəndələiynin rəhbəri Leyla Əliyeva baş redaktoru olduğu "Baku" jurnalının iyul sayında yazıb ki, Azərbaycanda "Eurovision-2012" Mahnı Müsabiqəsinin keçirilməsi üçün dəniz sahilində yeni konsert kompleksi tikilir.

Big.az portalı "Eurovision" Beynəlxalq Mahnı Müsabiqəsinin keçiriləcəyi binanın layihəsini təqdim edir:

Yüklə | Download | Скачать

Formatı: (*flv)

Ölçüsü: 4.86 MB


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 12660   Tarix: 13 avqust 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740