Şəhidimizin başdaşı və qırxına pul tapılmır - FOTOLAR

Şəhidimizin başdaşı və qırxına pul tapılmır - FOTOLARÖtən il dekabrın 16-da cəbhənin Tərtər istiqamətindəki döyüşlərdə şəhid olmuş əsgər Rəşad Əlyar oğlu Cəfərzadənin 40 mərasimi yaxınlaşır. 21 yaşında şəhid olan Rəşad başsız bir ailənin tək oğlan övladıydı. Və onun ölümü bir nəslin varlığına son qoydu. Yanvarın 24-də şəhidə qırx mərasimi veriləcək. Rəşad Cəfərzadəni ana əvəzi - xalası, yeganə bacısı, ata əvəzi-dayısı torpağa tapşırmışdılar.

Hər iki valideynini hələ körpə ikən itirən Rəşad və bacısını xalası və dayısı çox böyük çətinliklə boya-başa çatdırmışdılar. Məcburi köçkünlük və yetimçiliklə böyüyüb, 21 yaşında isə şəhid olub. Əsgərimizin yaxınları onun məzarı üçün başdaşı hazırlanmasına və qırx mərasiminin verilməsinə maddi vəsait tapa bilmirlər.

BiG.AZ xəbər verir ki, bu barədə "Modern.az"-a şəhidin ata əvəzi-dayısı Mahir Pənahov məlumat verib.

Mahir Pənahov deyib ki, onlara yalnız dəfn günü 3 min manat və sonradan isə əsgərin şəhid olduğu Tərtər rayonundan 1400 manat vəsait göndərilib:

"Dəfn günü Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbani bizə kömək məqsədilə 3000 manat verib. Bir də Tərtərdəki hərbi hissədən zabit və əsgərlər adından 1400 manat pul gətirilib. Ondan başqa bizə heç yerdən maddi yardım olunmayıb. Mən də həmin 4400 manatla dəfn xərclərini, şəhidin üç, yeddi, cümə axşamları mərasimlərini yola vermişəm. Bir çətinliklə məzara başdaşı düzəltdirib qoydurmuşam. Amma onun pulunu verməyə imkanım yoxdur".

Mahir Pənahov bu gün Binəqədi rayon İcra Hakimiyyətindən onu çağıraraq, başdaşı üçün yox, yalnız ehsan verməyə kömək edə biləcəklərini söyləyiblər : "Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar müəllim məni çağırdı və dedi ki, "çalışarıq köməklik edək". Amma başdaşının xərcinı kömək üçün heç bir şey demədilər. İndiyə qədər Binəqədi rayon M.Ə. Rəsulzadə qəsəbəsinin bələdiyyə sədri Hümbət müəllim, kənd icra nümayəndəsi Qəzənfər müəllim, bir də səfərbərlik xidmətindən Mehman müəllim bir neçə dəfə zəng edib, bizimlə maraqlanıblar. Onlardan başqa bizim qapını heç kim açmayıb".

Şəhidin dayısı Mahir Pənahov deyib ki, kömək edən olmasa, qırx mərasiminin yola verilməsi üçün borc götürməyə məcbur olacaq.

"Rəşadı və bacısını mən böyütmüşəm. Mən və həyat yoldaşım onları mənəvi valideynləriyik. Şəhidə belə münasibət bəsləmək olmaz. Son 20 ildə Binəqədi rayonuna gələn yeganə ata-anasız şəhidə belə qiymət verilməməliydi. Bunu mən şəhidə qarşı hörmətsizlik sayıram. Əgər kömək olunmasa, məcburam ki, qırx mərasiminin təşkili üçün borca girim. Başqa əlacım, çıxış yolum yoxdur".

Şəhidi böyütmüş ana əvəzi Rəbiyyə Pənahova da vətən yolunda canındam keçən əsgərə belə münasibətin onu çox arıtdığını vurğulayıb:

"Allaha and olsun ki, hələ şəhidin məzarının üstü də götürülməyib. Artıq 3 gündən sonra qırx mərasimidir. Yoldaşım - şəhidin dayısı gecə-gündüz stress keçirir, fikirləşir ki, bu uşağın qəbrinin üstünü necə götürəcək... Qırx mərasimini necə yola verəcək... Axı, belə olmaz. Budur şəhidə verdikləri dəyər, qiymət? Axı Rəşad 21 yaşında canını bu vətən, bu dövlət üçün qurban verdi. Üç mərasiminə gələn vəzifə sahibləri yalandan dedilər "nə lazımdısa, kömək edəcəyik". Amma indi artıq qırx mərasimidir. Heç biri kömək etməyib".
Şəhidimizin başdaşı və qırxına pul tapılmır - FOTOLARŞəhidimizin başdaşı və qırxına pul tapılmır - FOTOLARŞəhidimizin başdaşı və qırxına pul tapılmır - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3679   Tarix: 19 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

28.03.2024 261
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28.03.2024 507
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

28.03.2024 155
.

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir"

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir,Ermənistan tərəfi bəlli kəndlərin qaytarilmayacaği təqdirdə rəsmi Bakinin onu təhdid etdiyini və hətta muharibənin başlana biləcəyini istisna etmir. Azərbaycanin bu kəndlərin qaytarilmayacaği təqdirdə çağirişlarind

28.03.2024 198
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125