Gənc aranjimançı-bəstəkar MC Murad'dan www.BiG.az saytına maraqlı müsahibə və təşəkkür ! (Video, Müsahibə)

Gənc aranjimançı-bəstəkar MC Murad'dan www.BiG.az saytına maraqlı müsahibə və təşəkkür ! (Video, Müsahibə)1. MC Murad kimdir və nə işlə məşğuldur ?
Bir çoxlarına məlumdur ki, mən bəstəkar, aranjimançı, səs rejissoru Rep və Reqqi ifaçısı kimi musiqimizə xidmət göstərirəm.

2. Öz sənəti ilə digər həmkarlarına nə kimi ideyalarla örnək olub ?
Bunu həmkarlarımdan soruşsanız daha məqsədəuyğun olar. :)

3. Bəstəkar və aranjimançı sənəti ilə o Şou biznesimizə və ümumiyyətlə Rap sənətimizə nə kimi yeniliklər gətirib ?
İlk olaraq reqqi janrının inkişafına çalışdım və demək olar ki, nail oldum istədiyimə, hal-hazırda reqqi çox sevilen janrlardan birinə çevrilib. İstifadə olunmayan musiqi alətlərindən aranjimanlarımda istifadəyə başladım, bu da qulaqlara yeni gəldi. Şeiriyyatımla çalışdım müasirlik gətirim. Bir sözlə məncə az yenilik gətirməmişəm söz və musiqi sənətinə. Amma bu hələ başlanğıcdır.

4. Bu yaxınlarda işıq üzü görən ilk klipi olan "Sərt Qayalar" klipində əsasən nədən, kimlərdən və ya hansı hadisələrdən bəhs edilir ?
İlk növbədə qeyd edim ki, klipin rejissoru Rza Əsgərovdur. Çox istedadlı insandı. Klipdə 2005-2011-ci illərdə yaşadığım hadisələrdən bəhs etdim, yəni hər şey real faktlar üzərindədi. Ümumiyyətlə hər şey real olanda düşüncə daha tez qəbul olur. Məncə səmimiyyət yaradıcı insanın ən müsbət xüsusiyyətlərindən biridir.

5. 2010-cu ildə Dəyirman qrupunun eks-üzvü Miri Yusiflə "Karma" albomu üzərində olan işlər öz bəhrəsini verdi və albom kifayət qədər sevildi. Bu uğurun ərsəyə gəlməsində MC Muradın nə kimi xidmətləri oldu ?
Bildiyiniz kimi ‘’Karma’’ albomunun Music-Producer, yəni bəstəkarı, aranjimançısı və bir neçə mahnıların söz müəllifi məhz mənəm. Ondan əlavə bütün mixing işləri də mənə məxsusdur. İlk albom işimdir və sevilməsi məni də çox sevindirir. Yadıma gəlmir ki, son 10 il ərzində bu cür müvəffəqiyyətlə hansisa albom satılsın və ya sevilsin. Xoş təsadüf sadəcə ondan ibarətdir ki, Miri Yusif öz yeni ideyaları ilə solo karyeraya çıxmağa qərar verdi, mən isə o ərəfələrdə yenilik gətirməyə can atdım və fikirlərin ortaq məxrəci tapıldı. Bu amillər bir-birini tamamladığı üçün iş də uğurlu alındı.

6. Miri Yusifdən əlavə Şou biznesimizin ən tanınmış reperlərindən sayılan Elşad Xose ilə də müxtəlif layihələr həyata keçirmisən. Bu iki peşəkar reperdən kimlə birgə işləyəndə daha uğurlu olur ?
Hərəsinin öz uğuru, öz dəsti-xətti, öz avazı var. Hər ikisiylə uğurlu olur, ümumiyyətlə əl goyduğum hər iş uğurlu olmalıdır bu mənim üçün böyük şərtdi. Əks halda əl qoymuram o işə.

7. Şəxsi həyatında nə kimi yeniliklər baş verib və ya verəcək ? Mümkündürsə, bu barədə Sayt istifadəçilərinə qısa və lakonik də olsa məlumat verəsən.
Bir ara böyük uçurumlarla üzləşdim. Bu həyatda hamının başına gələ bilər. Amma indi Allaha min şükür ki, hər şey yaxşıdır, hər şey qaydasındadı. Əzizlərim yanımdadı, bu isə çox böyük xoşbəxtlikdir mənim üçün.

8. Bu ilin payız aylarında işıq üzü görəcək "Koma" albomunda MC Murad öz sevimli dinləyicilərini nə kimi sürprizlərlə qarşılayacaq? Albom haqqında istifadəçilərimizə məlumat verə bilərsən ?
"COMA" – bu mənim həyat cədvəlimdir ! Bu mənim dünənim və bu günümdür. 2005-ci ildə şəxsi problemlərə göre musiqidən uzaqlaşdım – 2010-cu ilə qədər. Yenidən musiqiyə qayıtdıqda geridə qalan 5 il mənə yuxu kimi gəlirdi. "COMA" sözünün mənasə isə ‘’Yuxu’’ deməkdir latın dilindən tərcümədə. Mənə elə gəlir ki, o 5 il ərzində sanki yaşamırdım, ürək döyünsə də. Qayıdışmla isə bu albomu yazmaq fikrinə düşdüm. Yaşadıqlarımı təsvir etmək üçün, çünki bu qədər olanları ürəkdə saxlamaq olmur. Mənə elə gəlir ki, çox səmimi alinacag. Üzərində hal-hazırda böyük işlər gədir. Müxtəlif canlı musiqi alətlərindən istifadə edirəm, milli və yaxud əcnəbi. Alboma duetlər də daxildir – Miri Yusiflə, Elşad Xose, Spider 187 a.k.a. Daddy, PRoMete (H.O.S.T) və Dəyirman qrupunun üzvü L-mir ilə. Bu günlərdə yeni klipimin çəkilişinə başlamışıq Rza Əsgərovla birgə işimizin davamı olaraq. Bu işi də gözləməyə dəyər məncə.

9. Məşğul olduğun sənətin ağırlığı və məsuliyyətliliyi səni işlərinlə daha ciddi və obyektiv məşğul olmağa vadar edir ?
Böyük kütlə üçün çalışmaq təbii ki, böyük məsuliyyət tələb edir. Mənim işlərim tək Azərbaycanda yox, hüdudlarımızdan kənarda da dinlənilir və sevilir. Hər kəsin qəlbinə yol tapmaq asan iş deyil. Çalışıram bacardigim qədər diqqətli və obyektiv olum hər işdə.

10. Hər sənətçi öz sənətini sevməli və ona cani-könüldən bağlanmalıdır. Bəstəkar aranjimançılıq sənətini seçdiyin üçün xoşbəxtsən yoxsa ... ?
Əlbət kimsə bu işi seçdiyim üçün xoşbəxtəm. Ürəyimdə olanlarə milyonlara çatdıra bilirəm, kimisə təsirləndirib kövrəldirəm, kiməsə ümid, kiməsə sevinc bəxş etməkdən gözəl heç nə yoxdur həyatda.

11. Şəxsi albom işləri və digər tərəfdən digər musiqiçilərlə layihələr sənə çətinlik törətmir ? İki daşın arasında qalmaq MC Murada necə təsir edir ?
Bir qədər çətinliyi var sadəcə vaxt baxımından. Hər 2 vəziyyətdən çıxış yolu var və mən bunun sirrini bilirəm :)

12. İrəlidə bizi nə kimi yeniliklər gözləyir ? Mümkündürsə gələcək şəxsi və duet layihələrinlə bağlı bizə məlumat verərdin.
Yaxında Miri Yusiflə duetimiz olacaq. ‘’Səndən olmaz’’ adlanan bu trek "Karma"dan "Nirvana"ya keçid olan "Karvan (EP)" albomunda işıq üzü görəcək. Daha sonra Elşad Xose, Dj Dark və Leyla Kafari ilə Bakı haqqında bir lahiyəmiz var. Bu işi çox güman kliplə bir yerdə təqdim edəcəyik. Ümumiyyətlə təkliflər çoxdu, amma kimle işləyəcəyimə mən özüm qərar verirəm.

13. Elşad Xosenin bu il işıq üzü görəcək albomu haqqında az da olsa məlumat verə bilərsən ? Albomda hansı treklər sənə aiddir və sənin öz məhsulundur ?
Albom ‘’İnsaf’’ adlanır. Bu defe çalışdım Xosenin tərzini tam dəyişim və mənə elə gəlir ki, bu alındı. Albomun bəstələri və aranjimanlarə mənə aiddir. Bir çox ulduzlarla bu albomda işlərimiz oldu. Duet, bek vocal, muğam hissələri şəklində. Albomda Samira, Natavan Həbibi, Rüstəm (Şeron), Elçin Cəfərov, Miri Yusif və mənlə duetlər var. Aranjimanlarda canlı alət ifaçıları qismində Maestro Ceyhun, Fərid Abbasov, İntizar (Şeron), Anar Yusubov iştirak ediblər. Həvəslə danışılası albomdur. Yenə də son qiyməti dinləyicilər versin. Qeyd edim ki, albom artıq satışdadır !

14. Digər reper Miri Yusifin növbəti "Karvan EP" albomu haqqında da həmçinin ...
"Karvan" "Nirvana"ya keçiddir. "Nirvana" albomunda daha çox Şərq musiqisinə üstünlük verməyi nəzərdə tuturam. Məhz ona görə də ‘’Karvan’’ albomunu yazmağa qərara gəldik ki, dinləyici çaşmasın. ‘’Karma’’dan ‘’Nirvana’’ya keçid kimi nəzərdə tutduğumuz bu albom yaxın günlərdə işıq üzü görəcək.

15. Ümumiyyətlə MC Murad imkan varsa istifadəçilərimizə özü haqqında məlumat versin. Saytımıza və istifadəçilərini özünü daha yaxından tanıtsın.
Mən MC Murad – Murad Quliyev 1988-ci ildə Bakı şəhərində anadan olmuşam. 5 yaşından musiqi məktəbinə daxil olmuşam və forte-piano sinfini bitirmişəm. 12 yaşımdan rep ilə məşğulam, müxtəlif festivallarda birinci pillələrə layiq görülmüşəm. 2003-cü il prezident seçkilərində "İlhamla irəli" şüarə altında sosial çarxda rep ifaçısı kimi yer almışam. Daha sonra "Mən də varam" rep müsabiqəsinə qatılmışam. Bəstəkar və aranjimançı kimi ilk xitim Elşad Xose və Vahid Qədimin "Shou-bizness" treki olub. 5 illik fasilədən sonra 2010-cu ildə ‘’Karma ‘’(Miri Yusif), 2011-ci il ‘’inSaf’’ ( Elşad Xose), hal-hazırda isə ‘’Karvan’’ (Miri Yusif), ‘’Coma’’ ( MC Murad ) və ‘’Nirvana’’ ( Miri Yusif ) albomları üzərində çalışıram.

16. Hip-Hop / RnB / Soul / Reggae / Other (including TV commercials, soundtracks etc.) musiqi janrları haqqında istifadəçilərimizi məlumatlandıra bilərsən ? Sən ən çox hansı janra üstünlük verirsən ?
Hər janrın öz üstünlüyü var.

17. Sonda isə www.BiG.az saytına ürək sözlərin və arzuların. Buyur öz fikrini bizimlə bölüş. :)
BiG.Az saytına arzularım odur ki, daima inkişafda olsun, maraqlı xəbərləri ilə göz oxşasın və hər zaman öndə olsun!

MC Murad`dan www.BiG.az Saytına Təşəkkürü İzləyin:

Yüklə | Download | Скачать

Formatı: (*vob)

Ölçüsü: 3.69 MB


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sayt xəbərləri   Baxılıb: 108888   Tarix: 23 avqust 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Telegram kanalımızda ən son xəbərlər

Azərbaycanda və Dünyada baş verən ən son xəbərləri 1ci almaq üçün Telegram kanalımıza qoşulun. Telegramda izləyin

08.04.2020 25955
.

24 saatda üz dərinizi cavanlaşdırın

Məhsul Haqqında BURADA. Genetik və ya yaşlanmağa bağlı olaraq göz qapaqlarının çökmüş olması və göz uçurumun daha diqqətə çarpan hala gəlməsi xəstəni daha yaşlı və əsəbi göstərməkdədir. Bu xəstələrdə Goji Kremi ilə xəstənin baxışları daha gənc və canlı hala gətirmək mümkündür.Yanağları boşalma və sallanmas

09.09.2021 524
.

Dözülməz bel ,əzələ ,sinir , oynaq ağrıları 15 dəqiqədə keçəcək

Flekosteel məlhəminin xüsusiyyətləri və üstünlükləri. İnsan hərəkətsiz yaşaya bilməz. Ancaq hərdən hərəkət insana diskomfort gətirir və o evdə, hətta yataqda qalmaq məcburiyyətində qalır. Əzələlərdə və oynaqlarda yaranan ağrıların bəzi səbəbləri var:. kəskin respirator xəstəliklər, kəskin respirato

13.02.2021 167888