Qarabağ erməniləri: "Halımıza ağlayan gərəkdir" - FOTOLAR

Qarabağ erməniləri: "Halımıza ağlayan gərəkdir" - FOTOLAR"22 il idi ki, Dağlıq Qarabağda nisbi atəşkəs idi. 2014-cü ilin avqustunda hərbi əməliyyatlar aktivləşmişdi və o döyüşlərdən sonra qarabağlı ermənilər belə döyüşlərin bir daha təkrarlanmayacağını düşünürdülər. Olmadı. Aprelin 1-də Dağlıq Qarabağda başlanan, 4 gün davam edən müharibə qarabağlı ermənilərin dinc yaşam arzularının üstündən xətt çəkdi".
İrəvandakı "Çorrord Hişxanutyun" qəzeti "Qarabağlı erməniləri eşidən var?" başlıqlı məqaləsində Dağlıq Qarabağdakı ermənilərin vəziyyətindən bəhs edib.

Erməni fotoqraf Anuş Babacanyanın çəkdiyi və The Washington Post-da dərc olunmuş fotolarla müşayiət olunan məqalədə deyilir: "Qarabağlı ermənilərin həyatı zülm, əzab, əziyyətdir. Dağlıq Qarabağda iqtisadi vəziyyət çox pisdir, əhalinin rifah səviyyəsi olduqca aşağıdır. Lakin ən pisi isə odur ki, qarabağlı ermənilər sabah nə olacağını bilmirlər. Ümidsizlik onların ən böyük problemdir.

20 yaşlı Razmik Mnasakanyan Dağlıq Qarabağın şimalında, ön cəbhədədir. Onun olduğu mövqe ilə Azərbaycan ordusunun ön mövqeləri arasındakı məsafə heç bir kilometr də deyil.

Razmikin anası Siranuşun dediyinə görə, oğlu xəstəlik tapıb: "Təminat çox pisdir. Oğlum mənə demir, amma eşidirəm ki, səngərdəki əsgərlərin yeməyi, sursatı çatışmır. Onların hamısına Ermənistandan gələnlər başçılıq edirlər. Əziyyət verirlər oğluma. Təsəvvür edin ki, oğlumun çəkmələri dəlik, yırtıqdır. Öz puluma çəkmələr alıb yolladım".
Qarabağ erməniləri: "Halımıza ağlayan gərəkdir" - FOTOLARMartuni rayonunun sakini Anais Varcapetyan deyir: "Yarıac, yarıtox yaşamaq olar, amma sabahkı gündən bədgüman yaşamaq mümkün deyil. Ermənistandakı rəhbərlik bizə deyir ki, narahatlıq keçirməyək, hər şey yaxşı olacaq. İllərdir ki, belə yalanlar danışırlar. İnanmırıq. Hər şey daha pis olacaq. Buranı tərk etmək üçün imkan arayıram".

Onun qonşusu, 58 yaşlı Vardan Topalyan isə söyləyir: "Bizə deyirlər ki, nəzarət olunan torpaqlarda ev tikək, təsərrüfat yaradaq. Kimi aldadırlar onlar?! O torpaqlar bizim deyil və orada ev yox, heç toyuq hini də tikmək istəmirəm. Çünki günlərin birində Azərbaycan o torpaqları geri alacaq. Bəs yaxşı, onda mən hara gedəcəyəm?! Dağlıq Qarabağ böyük müharibə məkanıdır. Səngərlərin arasında yaşamaq çətindir. Ermənistandakı siyasətçilər, deputatlar, nazirlər Qarabağdan danışmağı çox sevirlər. Bizi belə düşünürlər, qoy gəlib burada yaşasınlar. Yaşamazlar, yaşaya bilməzlər".
Qarabağ erməniləri: "Halımıza ağlayan gərəkdir" - FOTOLARLaura Babacanyanın yeganə oğlu aprelin 3-də həlak olub.

"Levonum artıq yoxdur. Levon kimin üçün, niyə həlak oldu?! Deyirlər, vətən üçün, bizim üçün. Utanmırlar! Levon sağ olanda bu "vətənərvərlər"dən kim gəlib bizimlə maraqlandı, kim soruşdu ki, ay Laura, təkbaşına övladını necə böyüdürsən, atası 15 il vəfat etmiş oğlunun nəyə ehtiyacı var, ümumiyyətlə, yeməyə çörək tapırsınız, ya yox?! Levon yoxdur, bu həyat artıq nəyimə gərəkdir?.."

Yazı müəllifinin fikrincə, Dağlıq Qarabağdakı "dördgünlük müharibə"dən sonra qarabağlı ermənilər arasında bədbinlik daha da artıb. Onlar yeni müharibə gözləyirlər./milli.az/
Qarabağ erməniləri: "Halımıza ağlayan gərəkdir" - FOTOLARQarabağ erməniləri: "Halımıza ağlayan gərəkdir" - FOTOLARQarabağ erməniləri: "Halımıza ağlayan gərəkdir" - FOTOLARQarabağ erməniləri: "Halımıza ağlayan gərəkdir" - FOTOLARQarabağ erməniləri: "Halımıza ağlayan gərəkdir" - FOTOLARQarabağ erməniləri: "Halımıza ağlayan gərəkdir" - FOTOLARQarabağ erməniləri: "Halımıza ağlayan gərəkdir" - FOTOLARQarabağ erməniləri: "Halımıza ağlayan gərəkdir" - FOTOLARQarabağ erməniləri: "Halımıza ağlayan gərəkdir" - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3660   Tarix: 13 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826