Dəhşətli hadisə: İcra başçısı görün əlil vətəndaşı nə hala saldı - FOTO-VİDEO

Ötən gün Sabunçu rayon icra başçısı Adil Vəliyevin qəbul günündə dəhşətli hadisə yaşanıb. Qəbulda musavat.com-un müxbiri də iştirak edib və baş verənlərin şahidi olub. İcra başçısı ilə görüşməyə gələn onlarla vətəndaş səhər saatlarından icra hakimiyyətinin binası qarşısında gözləsələr də, onlar siyahıya alınmayıb və günün sonuna qədər icra başçısı tərəfindən qəbul edilməyiblər. Bundan qəzəblənən vətəndaşlarla icra nümayəndələri arasında mübahisə yaşanıb. Vətəndaşlar icra başçısından onları qəbul etməsini tələb ediblər.

Qeyd edək ki, mətbuat nümayəndəsi olaraq, bizi də icra başçısı Adil Vəliyev şəxsən özü müsahibə üçün dəvət etsə də, saatlarla gözləməyimizə rəğmən qəbul etməyib. Lakin orada yaşananlar icra başçısının fəaliyyətini o qədər aşkar göstərib ki, müsahibəyə ehtiyac belə qalmayıb. Əksəriyyəti yaşlı və əlil olan şikayətçilər isə artıq neçənci dəfədir ki, səhər saat 7-dən axşam saatlarına kimi burada gözlədiklərini, lakin qəbul edilmədiklərini deyiblər.

İcra başçısının qəbuluna gələn II qrup əlil Tağı Ağayev musavat.com-un kamerası önündə huşunu itirərək yerə yıxılıb. Vətəndaşların ilkin yardım göstərməsi nəticəsində gənc həyatda qalıb. Daha sonra hadisə yerində təcili tibbi yardım çağırılıb və Tağı Ağayevə yardım göstərilib. Gəncin anası Mətanət Ağayeva deyib ki, oğlu bu xəstəliyi 2003-cü ildə əsgərlikdə qazanıb və hərbi xidmətini yerinə yetirərkən, mina partlaması nəticəsində "kantuziya" alıb, başında şiş yaranıb. Əsəb və narahatlıq keçirdikdə isə, gəncdə ürəkgetmə halları baş verir".

31 yaşlı Tağı Ağayev əlilliyinə görə, 130 manat pensiya alır. Onu isə kirayə qaldıqları evə vermək məcburiyyətində qalırlar. Ailəli və bir övlad sahibi olan gənc, vətən uğrunda itirdiyi sağlamlığının müqabilində dövlətdən bir otağı ,bir mətbəxi olan kiçik bir ev istəyir. Lakin hər dəfə qəbula gələndə başlarına buna bənzər hadisələr gəlir. Sizə çatdırdığımız, bu şikayətçilərdən yalnız birinin problemidir. Digərləri də buna bənzər problemlərdən əziyyət çəkən şəxslərdir ki, ümid yeri kimi icra başçısının qəbuluna düşməyə çalışırlar.

Lakin icra nümayəndələri vətəndaşları "10 dəqiqə sonra qəbul edəcək" , "15 dəqiqə sonra qəbul edəcək" deyib günlərlə aldadırlar. Biz qəbulda olarkən də vətəndaşların gözlədiyi halda, icra başçısının arxa qapıdan çıxıb getdiyinin şahidi olduq. Vətəndaşlar isə icra başçısı əvəzinə, problemlərini musavat.com-un kamerasına danışıblar.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz
müsavat.com

Dəhşətli hadisə: İcra başçısı görün əlil vətəndaşı nə hala saldı - FOTO-VİDEODəhşətli hadisə: İcra başçısı görün əlil vətəndaşı nə hala saldı - FOTO-VİDEODəhşətli hadisə: İcra başçısı görün əlil vətəndaşı nə hala saldı - FOTO-VİDEODəhşətli hadisə: İcra başçısı görün əlil vətəndaşı nə hala saldı - FOTO-VİDEODəhşətli hadisə: İcra başçısı görün əlil vətəndaşı nə hala saldı - FOTO-VİDEO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9897   Tarix: 07 may 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qəzzada 34262 nəfər həyatını itirib

İsrailin 201 gündür hücumlarını həyata keçirdiyi Qəzzada 34262 nəfər həyatını itirib. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 201 gündür hücumları ilə bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlard

24.04.2024 292
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

16:33 104
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

12:40 228
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24.04.2024 1036
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 590
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

10:09 307
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 1282
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 145
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

11:34 179