Ətir qoxusunun qalıcı olması üçün - 10 sadə üsul

Ətir qoxusunun qalıcı olması üçün - 10 sadə üsul

Ətir qoxusunun daha uzun müddət və canlı qalmasının bir neçə yolu var. Aile.lent.az xoş qoxunu uzun müddət saxlamağın 10 yolunu təklif edir. Bu məsləhətlərə əməl etsəniz, ətrafdakıların təbəssümünə rast gələrsiniz.

1. Ətirlərinizin qoxusunun uzun müddət qalmasını istəyirsinizsə, onları hamamda, digər nəmli, isti yerlərdə saxlamayın. Bu, ətrin qoxu keyfiyyətini aşağı salacaq.

2. Nəbz nöqtələrinizə ətir sıxmadan əvvəl vazelin sürtün. Krem qoxunu dərinizdə daha çox saxlayacaq.

3. Əgər dəriniz qurudursa, ətirdən əvvəl qoxusuz bədən losyonu sürtməyi unutmayın.

4. Ətri duşdan dərhal sonra və geyinməzdən dərhal əvvəl sıxın. Beləcə, bədəninizdəki nəm qoxunu tutacaq, həm də paltarlarınızda arzuedilməz izlər buraxmayacaq.

5. Ətri sıxdıqdan sonra biləklərinizi bir-birinə sürtməyin. Bu halda qoxunun daha tez uçmasına zəmin vermiş olarsınız.

6. Ətri sıxma yeri olaraq nəbz kimi isti bölgələri seçin. Bunlar biləkləriniz, boynunuz, dirsək içiniz, dizlərin arxası, ayaq biləkləri ola bilər. Amma bir dəfə bu bölgələrdən yalnız bir neçəsini seçin.

7. Daha yüngül bir qoxu istəyirsinizsə, ətri havaya doğru sıxın və yavaşca içinə doğru yeriyin. Beləliklə, çox ağır bir qoxu daşımazsınız.

8. Spirt ehtiva edən ətirləri saçınıza sıxmaqla onları qurudursunuz.

9. Ətrin qalan son damcılarını qoxusuz losyonunuza boşaldın, beləliklə, boşa getməmiş olacaq.

10. Yanınızda ətrin özünü daşımaqdansa istədiyiniz miqdarı qulaq çubuqlarına sıxın və plastik bir paketə qoyun. Beləcə, gün ərzində istədiyiniz zaman qoxunu yeniləyə bilərsiniz.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Sağlamlıq Oxunub: 10754 Tarix: 04.05.2016
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Darya
Darya 05.05.2016
Etir daima istifade edirem,ama,alanda yanimda zovqune guvendiyim birini apariram.Burnumda ceper eyriliyi ve qaymaritim oldugu ucun iybilme qabiliyetim yoxdur


 
NURTEN
NURTEN 05.05.2016
Anam demiwken etirin etin yeyirsen, dehwet cox istifade edirem, kiwi etirlerin daha cox beyenirem.
Xeber ucun twkler
Her weyin bir sonu var.

 
Edaletli
Edaletli 05.05.2016
etirli xanimlar xosluyuram... amma bezen cox istifade edirler hem de tund vururlar.. her sey qederinde gozeldir..


 
Princess
Princess 04.05.2016
men qadini etirsiz tesevvur ede bilmirem coxlu etirlerim var hamisini sevirem en cox sevdiyim elie saab ve estee lauderin modern muss etiridir duzdu bahadi amma original yaxsidi


 
Nihan_1999
Nihan_1999 04.05.2016
_K_O_N_K_R_E_T_, sizin dediyiniz etir cox bahadi. Esidmisem vuruldugu yerde 1 ile yaxin iyisi qalir


 
olqa18
olqa18 04.05.2016
Menim etirlerim keyfiyyetli olur iyiside qalici olur...en sevdiyim etrim yashil Versace ve D&G light blue GUCCI BY FLORA BUNLARDA QALICI OLUr))tesekkurler


 
Aygunkam
Aygunkam 04.05.2016
Ətirləri çox sevirəm. Adətən orginal olanlar daha qalıcı olur.

My life My private



 
Lifeiswonderfull
Lifeiswonderfull 04.05.2016
Etri az istifade edirem.özellikle etrafımda kimise etrimle cezb etmeyi heç sevmirem.adeten kişi etirlerine oxşayan tünd qoxulu etirlerden istifade edirem.


 
AYLIZADE
AYLIZADE 04.05.2016
Eger keyfiyyetsiz etirdise ne elesende xeyiri yoxdu
Etiri cox sevirem

...В душе я всегда буду ребёнком


 
amazing
amazing 04.05.2016
Etir vazgecilmezimdir.Her zaman boynuma bir de bileklerime vururam etiri.


 
chance
chance 04.05.2016
Kim hansı etiri işledir?


 
senusum
senusum 04.05.2016
10- teyyare ile ucanda elverisli usuldir.
NE CICEYE ARTIQ SU VER,
NE INSANLARA ARTIQ UZ VER...

 
princses
princses 04.05.2016
tewekkurler


 
Delibal
Delibal 04.05.2016
Orginal etirlerin iyisi qalir


 
_K_O_N_K_R_E_T_
_K_O_N_K_R_E_T_ 04.05.2016
Sevdiyim ətirlər içərisində bu var Paco Rabanne.
Sənli dünyada sənsizəm



Nə yazsa sevgidən yazır
Dostlarım üçün çox darıxıram

 
Zo_LuW_Ka
Zo_LuW_Ka 04.05.2016
Ətir cox atanda ureyim bulanir iyindən


 
gozelgozler
gozelgozler 04.05.2016
Cox sag olun melumata gore


 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər