Elektron məktublar tarixə qovuşur?

Elektron məktublar tarixə qovuşur?

1970-ci illərdə kəşf olunmuş, 1990-cı illərdə qlobal miqyasda istifadə olunmağa başlamış elektron məktublar (e-mail) artıq yeni nəsillər tərəfindən tərk edilir. Başqa sözlə desək, gənclər "e-mail"lərdən daha az istifadə etməyə başlayıblar. Onlar "e-mail" əvəzinə, sosial şəbəkələrə üstünlük verirlər.

Fransanın "La Tribune" qəzetində dərc olunmuş bir araşdırmada qeyd olunub ki, "spam" (arzu edilməyən məktub), virus və troyan (gizli virus) səbəbindən insanlar, xüsusilə də, gənclər "e-mail"dən uzaqlaşırlar. ABŞ və Fransadakı monitorinqlər uşaq və gənclərin "Feysbuk" (Facebook) və "Tvitter" (Twitter) kimi sosial şəbəkələrə daha çox üstünlük verdiklərini üzə çıxarır.

Qəzet "Komskor" (Comscore) şirkətinin ABŞ-da keçirdiyi sorğuya istinadən yazıb ki, "Gmail", "Yahoo" və "Hotmail" kimi dünyanın nəhəng "e-mail" firmalarından istifadə halları 2009-cu ilin noyabrından 2011-ci ilin may ayınadək 4,1 faiz azalıb. "Yahoo" və "Hotmail"in Fransadakı istifadəsi isə il ərzində 10-16 faiz azalır.

"E-mail" firmalarının gəlirlərinin azalması da bunun göstəricisidir. "Yahoo"un bu ilin ikinci rübü üçün açıqladığı rəqəm 1,1 milyard dollar olub. Halbuki ötən ilin müvafiq dövründə firma 1,13 milyard dollar gəlir əldə etmişdi. Bu sahənin mütəxəssislərinin fikrincə, yaxın gələcəkdə sosial şəbəkələrin reklam gəlirləri "e-mail" firmalarını xeyli üstələyəcək.

"E-mail"dən imtina hallarını stimullaşdıran başqa faktorlar da var. Məsələn, dünya miqyasında fəaliyyət göstərən şirkətlərdə işləyən orta və yüksək vəzifəli işçilər həftə ərzində ortalama olaraq 20 saat vaxtlarını "e-mail" oxumağa sərf edirlər. Ona görə də "e-mail" oxumaq və onu cavablandırmaq çox vaxt alan fəaliyyət kimi qiymətləndirilir.

Bütün bunlara baxmayaraq, mütəxəssislər düşünürlər ki, "e-mail"lər hələ uzun müddət istifadədə olacaq. Ancaq "e-mail" sektorunda müəyyən təkmilləşmələrin aparılacağı istisna olunmur. Bu təkmilləşmələrin mobil telefon, xüsusilə də, "smartfon" sektoru ilə uzlaşdırılacağı gözlənilir. Təkcə ABŞ-da 43 milyondan çox "smartfon" istifadəçisi var. Bu insanların hamısı öz "e-mail"lərini mobil telefonla idarə edirlər. 2014-cü ildə dünyada "smartfon" istifadəçilərinin sayının 1 milyardı keçəcəyi gözlənilir.

Sonda bir maraqlı statistikanı da diqqətinizə çatdıraq. Son statistikaya görə, dünyada internet istifadəçilərinin sayı 3,1 milyardı keçib. Hər gün ortalama olaraq 349 milyard "e-mail" göndərilir və ya qəbul olunur. Bu "e-mail"lərin 90 faizini isə reklam və ya virus məzmunlu "spam"lar təşkil edir


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 4128   Tarix: 08 avqust 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040