İlham Əliyev və xanımı Bakı Ekspo Mərkəzində

İlham Əliyev və xanımı Bakı Ekspo Mərkəzində

Aprelin 8-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində “AITF-2016” XV Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2016” X Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.

BiG.AZ xəbər verir ki, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına və xanımına məlumat verib ki, 2002-ci ildə təməli qoyulan “AITF” sərgisi bu il 15-ci yubileyini qeyd edir.

“AITF-2016” sərgisində Azərbaycanın turizm imkanları da geniş təqdim olunur. Gəncə, İsmayıllı, Lənkəran, Masallı, Mingəçevir, Naxçıvan və digər rayonlar respublikamızın turizm potensialını nümayiş etdirir. Sərgidə qonaqları regionun tarixi-mədəni irsi ilə tanış edən ənənəvi Qarabağ stendi də təqdim olunur.

Sonra dövlət başçısı və xanımı Bakıda turistlər üçün şəhər turlarında istifadə ediləcək avtobusa və mikroavtobusa baxıblar.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1300 Tarix: 08.04.2016
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər