"Bu, Sarkisyanın sonunu gətirəcək" – Niyə atəşkəs elan olundu? (Şərh)

"Bu, Sarkisyanın sonunu gətirəcək" – Niyə atəşkəs elan olundu? (Şərh)"Cəbhədəki vəziyyəti prezident və Müdafiə nazirindən yaxşı bilən yoxdur. Yəqin belə məsləhət olub ki, hələlik atışma dayandırılsın".

BiG.AZ xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə döyüşlərin dayandırılmsını şərh edərkən deyib. Onun sözlərinə görə, prezident atəşkəsə razılaşıbsa həm cəbhədəki vəziyyətə, həm də gedən diplomatik danışıqlara görə belə qərar verib: "Hələlik, nə əldə etmişiksə həmin yerlərdə müdafiə sistemlərini gücləndirmək lazımdır. Ancaq mənə o da aydındır ki, Ermənistan danışıqlarda öz xoşuna 5 rayonu azad etməsə, atəşkəs yaxın günlərdə yenidən pozulacaq və ordumuz bir az daha irəliləyəcək. Bütün iplər Moskvanın əlindədir. Əgər Kreml müharibənin davamını istəmirsə Ermənistan prezidenti Serj Sarkisyanı ilkin şərt irəli sürmədən 5 rayonu azad etməyə məcbur etməlidir. Əks halda, danışıqlar yenə uzanacaqsa bunun davamının nə olacağını artıq ermənilər və Kreml yaxşı anladı".

E.Şahinoğlunun fikrincə, bu müharibə ilə Sarkisyanın ölkə daxilindəki mövqeləri zəifləyib: "O, həm 22 ildir işğal altında saxladığı torpaqların bir hissəsini itirdi, həm də canlı qüvvə və texnikası azaldı. Ermənistan kasıb və əhalisi az olan dövlətdir. Bu itkilərin yerini doldurmaq, hərbə kasıb büdcədən pul xərcləmək, eyni zamanda vətəndaşlara övladlarının itkisini başa salmaq çətindir. Ən azı İrvandakı əsgər anaları "Sən qarabağlısan deyə, bizim övladları Ermənistandan kənarda ölümə göndərməlisən?" şüarı ilə Sarkisyanın başını xarab edəcəklər. Digər tərəfdən, Ermənistandakı müxtəlif siyasi qruplar bir müddət sonra məğlubiyyətin və itkilərin hesabını Sarkisyandan soruşacaqlar. Onlara elə bu cür fürsət lazım idi".

Politoloq bu məsələdə Sarkisyanın iki yolu olduğunu iddia edir: "Ya müvəqqəti atəşkəsdən sonra Qarabağda itirdiyi mövqeləri yenidən geri almağa çalışacaq, ancaq bu uzunmüddətli müharibə ilə yanaşı Ermənistanın itkilərinin artması demək olacaq, ya da itirdikləri ilə barışaraq, üstəgəl "münaqişənin" həlliylə bağlı "mərhələli həll" planına yaşıl yandıracaq. Ancaq bu yollardan hər hansı birinin seçimi Sarkisyanın siyasi karyerasının sonunu gətirəcək. Bir də ki, Sarkisyan "mərhələli həll" planına razılaşacaqsa, ondan sorumazlarmı, "Əgər belə idisə 1990-cı illərin ortalarında eyni plana razılaşan Ermənistanın qanuni prezidenti Levon Ter-Petrosyanı niyə devirirdiniz?"/aznews.az/


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 8768   Tarix: 05 aprel 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ağır qəza törədən reperin qanında NARKOTİK AŞKARLANDI

Xəbər verdiyimiz kimi, Rusiyada "Elley" ləqəbi ilə tanınan məşhur azərbaycanlı repçi Elmin Quliyev ağır qəza törədib. -a istinadən bildirir ki, hadisə ötən gün Moskvanın Ostojenko küçəsində baş verib. O, idarə etdiyi "Infiniti" markalı avtomobillə "Mercedes"lə toqquşub v

23.09.2020 1997
.

Bu MESAJLAR dərhal silinməlidir - XƏBƏRDARLIQ

Telefona gələn bəzi SMS ismarıclar dərhal silinməlidir. "Praym"ın məlumatına görə, bu barədə "Sinerqiya" Universitetinin IT institutunun direktoru Stanislav Kosarev bildirib. Onun sözlərinə görə, bu xəbərdarlıq ilk növbədə bank əməliyyatlarının təsdiqlənməsi üçün göndərilən parolların

27.08.2020 2020
.

Zaurla Günaydan SƏMİMİ GÖRÜNTÜLƏR - VİDEO

Məşhur aparıcı cütlük Zaur və Günay Baxşəliyevlərdən xəbər var. xəbər verir ki, Günay instaqram hesabında yeni görüntülərini paylaşıb. Görüntülərdə onun həyat yoldaşı aparıcı Zaur da yer alıb. Paylaşım izləyicilərin marağına səbəb olub. Sözügedən görüntüləri təqdim edirik:

20.06.2021 2265
.

Düşmənin daha bir PUA-sı məhv edildi

Oktyabrın 14-ü günorta saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus PUA bölmələrimiz tərəfindən məhv edilib. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib

14.10.2020 1779
.

"PANDA BOYA" dan möhtəşəm hədiyyə – "iPhone 11" – Video

Ölkənin ən böyük rəng kataloquna malik "Panda Boya" məşhur ulduzlardan biri ilə müqavilə imzalayıb. Hələlik, adı açıqlanmayan ulduz "Panda Boya"nın yeni siması olacaq. Bu barədə şirkətin Marketinq direktoru Müşviq İskəndərov məlumat verib. M. İskəndərov bildirib ki, "Panda Boya"

25.09.2020 2518
.

Pulsuz bonuslara sahib ən yaxşı oyunlar

Bildiyiniz kimi Azərbaycanda fəaliyyət göstərən onlarla oyun saytı, bukmeker kontoru var. Ümumiyyətlə real oyun ilə onlayn oyunnu bir-birindən ayıran əsas xüsusiyyətlərdən biri də bonuslardır. Onlayn oyunların real oyunlardan fərqli olaraq bonuslar təklif etməsi müştərilər üçün bir üstünlükdür. Telefonda

01.06.2021 886
.

Hərbi əməliyyatlar zamanı Ermənistana 2,7 milyard dollar ziyan dəyib - İNFOQRAFİKA

Bir ay ərzində Ermənistanın hərbi texnika və sursat itkisinin həcmi 2,7 milyard ABŞ dollarından çox olub. xəbər veri ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu Ermənistanın nəzərdə tutulan müdafi

27.10.2020 1567
.

Hot Shapers Neotex - Arıqlama jileti

Məhsul haqqında. Bu, sizə arıqlamağa kömək edən innovativ vasit' - Hot Shapers' arıqlamaq üçün jilet. Neotex, xətti və daxili temperaturu artıran, "ağıllı" parça texnologiyasının tətbiqi ilə hazırlanıb.Sizin gündəlik işlər ilə məşğul olaraq bədəninizin tər tökmək vasitəsiylə artı

31.07.2021 296
.

"Bir insanla hər şey dəyişir..." - Aysun - FOTO

Müğənni Aysun İsmayılova sosial mediadakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki. müğənni instaqram hesabında yeni fotosunu paylaşıb. O. fotoya: "Hər şey dəyişir.bəzən zamanla, bəzən də bir insanla" sözlərini yazıb. Sözügedən fotonu təqdim edirik:

06.08.2020 3548