Təzə paltarları geyinmədən öncə mütləq yuyun - İnanılmaz təhlükə!

Təzə paltarları geyinmədən öncə mütləq yuyun - İnanılmaz təhlükə!
Kolumbiya Universiteti Tibb mərkəzinin professoru dermatoloq Donald Belsito dükanlardan və s. yerlərdən alınmış təzə paltarı evə gətirən kimi dərhal yumağı tövsiyə edir.

Təzə paltarlara gözəl, ütülənmiş görünüş vermək üçün xüsusi kimyəvi maddələr istifadə olunur ki, bu maddələr səpgilərə, qaşınmaya və digər allergik reaksiyalara səbəb ola bilər.

Dermatitlərin müalicəsi ilə məşğul olan professorun sözlərinə görə, formaldegid qətranı xüsusilə təhlükəlidir. Bu maddə təzə paltarlarda olan büküşləri açmaq və paltarları kifdən qorumaq üçün istifadə olunur. Bu maddə də dərinin qıcıqlanmasına və allergik reaksiyalara səbəb olur. Bəzi mütəxəssislər bu maddəni kanserogen (xərçəng əmələ gətirən) hesab edirlər.

Parçaların boyanması üçün istifadə olunan boyalar da təhlükə mənbəyi sayılır. Bir çox sintetik parçalar azo-anilin boyalarla boyanır ki, bu boyalar allergiyadan əziyyət çəkən insanlarda kəskin allergik reaksiyalara səbəb ola bilər.

Bu səbəbdən mütəxəssislər belə parçalardan hazırlanmış paltarları zərərsizləşdirmək üçün aldıqdan sonra bir dəfə deyil, hətta 2 dəfə yumağı tövsiyə edirlər.

Bundan əlavə ekspertlər xəbərdarlıq edir ki, dükanlarda satılan paltarlarda bakteriyalar, mikroblar və hətta həşəratlar və onların yumurtaları ola bilər.

Beləliklə, dükandan alınan istənilən paltarı geyinmədən öncə mütləq yumaq lazımdır./saglamolun.az/

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Sağlamlıq Oxunub: 2981 Tarix: 27.03.2016
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
A_F_I_N_A
A_F_I_N_A 21.10.2016
Xeberin muellifi cox sag ol.


 
_NICE_
_NICE_ 21.07.2016
Hem de kim oldu geyinib baxirda.Yumaq lazimdir.


 
meteorologists
meteorologists 30.03.2016
tekrar xebere gore twk)


 
AYLIZADE
AYLIZADE 28.03.2016
Mende yuyulmamis geyinmerem..
Cunki bilmirem nece gun magazada qalib..ve ya nece qiz geyinib olcusune baxib filan..oncun yuyulur sonra geyinirem

...В душе я всегда буду ребёнком


 
zindan
zindan 27.03.2016
bizde de bu qaydalara riayet olunur paltar,pastel hamisi yuyulur
hukina
hukina 27.03.2016
Biz qozumuzu acanan anam nenem yuyblar mutleq yuyruq pasdele nasqlya kimi yumasan hec isvade edmek olmur bez paltarlarl cox yumaq qadaqa olsada men veslkaya salib usdunden su axdlram ki ureyim rahad olsun


 
NURTEN
NURTEN 27.03.2016
tekrar xeberdi
Her weyin bir sonu var.

 
Zo_LuW_Ka
Zo_LuW_Ka 27.03.2016
bu xeber tekrardi deyeesen,ama hemise yuyuram ilk alanda paltari ama coxda onemsemirdim,bundan sora day aldiqim paltari yumadan geyinmeyecem tesekkurler


 
Uzunsacliqiz
Uzunsacliqiz 27.03.2016
Hem de kim oldu geyinib baxirda.Yumaq lazimdir.
Elvida BiG.AZ

 


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər