Bu xəstəlik Rusiyada 2 milyon adamın ölümünə səbəb olub

Bu xəstəlik Rusiyada 2 milyon adamın ölümünə səbəb olubBiG.AZ teleqraf.com-a istinadən Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Rafiq Bayramovun vərəm xəstəliyi haqqındakı yazısını təqdim edir: Vərəm tam sağalan xəstəlikdir.

Vərəm – vərəm çöpləri tərəfindən törədilən xronik yoluxucu xəstəlikdir. Vərəm xəstəliyi ən çox tənəffüs orqanlarında, ağciyərlərdə rast gəlsə də orqanizmin bütün orqan və sistemlərinin vərəm mənşəli zədələnməsi mümkündür və praktik olaraq rast gəlinir. Belə ki, sümük-oynaq sisteminin, limfa düyünlərinin, ginekoloji orqanların, qarın boşluğu orqanlarının, dərinin, gözün və s. orqanların vərəm xəstəliyi təcrübədə müşahidə edilən patologiyalardandır. Vərəm haqqında olan tarixi məlumatların araşdırılması bu xəstəliyin yaşının bəşəriyyətin, canlıların yaşı ilə eyni olması qənaətinə gəlməyə əsas verir. Vərəmin törədicisinin, yəni vərəm çöplərinin 125 ilə yaxın, ona qarşı istifadə edilən ilk dərman preparatı olan streptomisinin isə 70 ildən artıq müddətdir kəşf olunmasına baxmayaraq bu xəstəlik tarix boyu epidemiya halını alaraq çoxsaylı insan tələfatına səbəb olmuş və hal-hazırda da bu xəstəliyin epidemioloji göstəriciləri yüksək olaraq qalmaqdadır.

Tarix boyu vərəm xəstəliyindən ölənlərin sayı hətta böyük müharibələrdə ölənlərin sayından çox olmuşdur. Belə ki, birinci dünya müharibəsi dövründə (1914-1918-ci illər) hərbçilər arasında ölənlərin sayı 1,7 milyon təşkil etdiyi halda, Rusiyanın özündə vərəmdən 2 milyon adam dünyasını dəyişmişdir. Hal-hazırda da bütün dünyada vərəm xəstəliyi qlobal problem olaraq qalır. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə dünya əhalisinin təxminən 1/3-i vərəm çöpləri ilə yoluxub və dünyada hər il 10 milyon insan vərəmlə xəstələnir ki, onların da 3 milyonu, yəni hər 10 saniyədə bir nəfər bu xəstəlikdən ölür.

Son illər dünyada xüsusilə, dərmanlara dözümlü vərəmlə yoluxma, xəstələnmə və ölüm göstəriciləri artmaqda davam edir. Dərmanlara dözümlü vərəm çöpləri ilə yoluxma nəticəsində inkişaf edən birincili dözümlü vərəmin rast gəlmə tezliyinin artması epidemioloji vəziyyətin daha da gərginləşməsinə səbəb olur. Buna görə də vərəm xəstəliyi vaxtında, erkən aşkar edilməli və müalicə qaydalarına əməl edilməklə tam, kompleks müalicə olunmalıdır. Vərəm əsasən aerogen, yəni tənəffüs yolu vasitəsilə yoluxur. Xəstəliyin əsas yoluxma mənbəyi vərəm çöpü ifraz edən ağciyər vərəmi olan xəstələrdir. Bu xəstələrin öskürməsi və asqırması nəticəsində (hava-damcı yolu) və yaxud onların bəlğəmi ilə çirklənmiş torpaqdan hava-toz yolu ilə yoluxma daha çox müşahidə edilir.

Bundan başqa vərəmə qida, təmas və s. yollarla da yoluxmaq mümkündür. Vərəm çöpləri ilə yoluxma xəstələnmə üçün vacib olsa da, başlıca faktor deyil. Çünki, vərəm çöpləri yoluxduğu orqanizmdə latent ("yatmış") formada qalaraq xəstəlik törətməyə bilər və yaxud immunitetin zəiflədiyi zamanda aktiv formaya keçərək xəstəlik törədə bilir. Vərəmin lokalizasiyasından asılı olmayaraq bu xəsətəlik üçün xas olan əlamətlər - axşamlar zəif subfebril hərarətin (37,2-37,4 C) olması, gecələr səhərə yaxın boyun, ənsə və kürək nahiyyəsinin tərləməsi, arıqlama, ümimi halsızlıq, zəiflik əlamətlərinin qabarıq büruzə verməsidir. Ən çox tənəffüs orqanlarının, ağciyərlərin vərəmi rast gəldiyi üçün qeyd etmək lazımdır ki, ağciyər vərəminin müxtəlif formalarında ən çox müşahidə edilən əlamətlər - 3 həftədən çox davam edən öskürək, bəlğəm ifrazı, döş qəfəsində ağrı, təngnəfəslik və qanhayxırmanın olmasıdır.

Təbii ki, bu əlamətlərin bir və ya bir neçəsinin olması heç də həmin insanın vərəmlə xəstə olmasını sübut etmir. Ancaq bu əlamətlər vərəmə şübhə yaradır və müşahidə edildikdə həkim-mütəxəssisə müraciət etmək məsləhətdir. Çünki xəstəliyin diaqnozu aparılan kompleks müayinələrin əsasında mümkündür. Vərəm xəstəliyi nə qədər tez aşkar edilib düzgün müalicəyə başlanılarsa, nəticəsi bir o qədər daha effektli olar. Bir şeyi unutmaq olmaz ki, vərəmin müalicəsi uzunmüddətlidir, yəni vərəmin ən məhdud forması olan xəstə minimum 6-8 ay fasiləsiz müalicə edilməlidir.

Bir çox hallarda vərəm erkən aşkar edilib tam kompleks müalicə olunduqdan sonra patoloji proses tam sorulur və həmin şəxsin nə vaxtsa vərəmlə xəstə olmasını təyin etmək mümkün olmur. Cəmiyyətdə vərəm xəstəliyinə və vərəmlə xəstələnənlərə münasibətin pis olması, insanlarda bu xəstəlik və onun müalicə edilərək tam sağala bilməsi haqqında yetərli məlumatın olmaması səbəbindən bəzən vərəmin diaqnostikası çox gecikir, ya da xəstələr qeydiyyata düşməkdən və müalicədən yayınır. Ancaq bilmək lazımdır ki, vərəmlə hər bir kəs ömrünün istənilən dövründə xəstələnə bilər. Əbəs yerə deyilməyibdir ki, vərəm elə xəstəlikdir ki, əvvəlcədən öz vizit kartını heç kəsə göndərmir.

Doğrudur vərəmlə xəstələnməyə görə risk qruplarından olan, yəni, şəkərli diabet olan, hormonal preparatlar qəbul edənlər, qidalanması, yaşayış şəraiti yaxşı olmayanlar və s. şəxslər bu xəstəliyə daha çox tutulur. Ona görə də bu qrupdan olan insanlar vərəmin heç bir əlaməti müşahidə edilməsə də ildə 1-2 dəfə bu xəstəliyə görə profilaktik müayinədən keçməlidirlər. Amma hər kəs vərəmlə xəstələnə bilər. Vərəmlə xəstələnməmək üçün normal qidalanmaq, düzgün gün rejiminə əməl etmək, idmanla məşğul olmaq, immuniteti zəiflədən faktorlardan və zərərli vərdişlərdən uzaq olmaq lazımdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2700   Tarix: 26 mart 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865