30 yaşlı xanımlar belə qidalanmalıdır - Dietoloq məsləhəti

30 yaşlı xanımlar belə qidalanmalıdır - Dietoloq məsləhətiHər yaşın öz gözəlliyi olduğu kimi, hər yaşın özünə məxsus qidalanma xüsusiyyətləri də var. Türkiyəli dietoloq-uzman Olcay Barış yaşa uyğun qidalanmanın qadının sağlamlığına və xoşbəxtliyinə qatqısı olduğunu deyir. Aile.lent.az uzmanın yaşa görə qidalanma ilə bağlı məsləhətlərini təqdim edir.

Gənclikdən yetkinliyə keçid dövrü olan 30 yaşlarda sağlamlığın və gəncliyin qorunması vacibdir. Bu baxımdan antioksidanlar, dəmir və C vitamini qəbuluna diqqət etmək lazımdır: "Qadınların regl dövrlərində itirdikləri dəmirin mütləq yerinə qaytarılması vacibdir. 19-50 yaş arası insanın gündəlik dəmir ehtiyacı 8-10 mg-dır, lakin qadın bədənində bu ehtiyac 18 mg-dir. Dəmir qaynağı baxımından yumurta süfrələrdən əskik edilməməli, bol göyərti və təzə tərəvəz yeyilməli, C vitamini qarşılanmalıdır. Bol meyvə-tərəvəzlə qidalanmaq posa və antioksidanlar baxımından çox əhəmiyyətlidir"

40 yaşdan sonra immunitet sistemini qüvvətləndirmək lazımdır

"Balanslı qidalan və aktiv ol!" kampaniyasına başlamaq lazımdır. Qadınlar 40 yaşından sonra immunitet sistemini gücləndirən B və E vitamini qəbuluna diqqət etməlidirlər: "Qurupaxlalılar və dənli bitkilərlə qidalanmaya üstünlük verilməli, hər yemək vaxtı bir dilim tam buğda, çovdar və ya tam taxıllı çörək B vitamini qaynağı kimi qəbul edilməlidir. E vitamini baxımından isə qovrulmamiş fındıq, qoz və badamı bir ovucu keçməmək şərtilə yemək qadınlar üçün vacibdir".

50 yaşdan sonra menopauzaya uyğun qidalanmaq lazımdır

Bu dövrdə menopauzanın təsiriylə gücdən düşən sümüklər üçün kalsium qəbulu vacibdir. Bununla yanaşı, həftədə ən azı 3 dəfə 30-45 dəqiqə piyada yerimək çox əhəmiyyətlidir: "Aktiv hərəkət etmək yavaşlayan maddələr mübadiləsinə təsir edərək sümüklərin gücdən düşməsinin qarşısını alacaq. 50 yaşdan sonra kalsium bədəndən sürətlə azalmağa başlayır. Sümük qırılmalarına qədər baş verə biləcək sağlamlıq problemlərindən qaçmaq üçün kalsium qəbuluna mümkün qədər üstünlük vermək lazımdır. Hər gün ən yaxşı kalsium qaynağı olan süd, qatıq, pendir yeyilməli, ikinci kalsium qaynağı olan yaşıl yarpaqlı tərəvəzlərə hər yeməkdə yer ayrılmalıdır".

60 və sonrakı yaş dövründə düzgün qidalanmaq və D vitaminini günəşdən almaq lazımdır

Bütün yaş dövrlərində, xüsusən də yaş irəlilədikcə bol su içmək vacibdir. Sağlam yaşlılıq dövrü üçün kifayət qədər heyvani zülal və D vitamini qəbulu çox əhəmiyyətlidir. Zülal qaynağı kimi başda toyuq və balıq olmaqla ət, yumurta və quru paxla yemək təklif edilir: "Bədənin D vitamini ehtiyacını qarşılamaq üçün qış günlərində 25 dəqiqə, isti yaz-yay günlərində isə səhər və ya axşam 15 dəqiqə üzə qoruyucu krem ​​vurmaqla günəşdə gəzmək lazımdır. D vitaminini ən yaxşı ehtiva edən qidalar balıq, pendir və yumurta yemək, gündə ən azı 10 stəkan su içmək vacibdir".

Mütəxəssis piylənməyə qarşı mübarizə məqsədiylə rəqs və fitnessi birləşdirən zumba rəqsi ilə məşğul olmağı da məsləhət görür. Qadınların əylənərək idman etmələri həm əhval-ruhiyyələri, həm də sağlamlıqları üçün əhəmiyyətlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2248   Tarix: 25 mart 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439